Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3330/2021 21.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən “xxxx” əmtəə nişanı ilə fəaliyyət göstərən MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 95 manat 80 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, cəmi 266 manat 20 qəpik məbləğində pulun MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən “xxxx” MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə “xxxx” MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayınlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin, bir çox vətəndaşlar “xxxx” MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısını alınması məqsədi ilə “xxxx” MMC ilə “Ədalət A” hüquq firması arasında 15 may 2008-ci il, 15 mart 2011-ci il, 01 oktyabr 2014cü il, 29 mart 2015-ci il və 04 yanvar 2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 77 saylı MKİS tərəfindən verilən arayışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, 28 oktyabr 2008-ci il tarixdə həmin ünvanda yaşayan Abışov Hörmət ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “xxxx” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01 iyul 2011-ci il tarixinədək etmiş və 17 iyul 2011-ci il tarixdə 5,10 manat borc ilə şəbəkədən ayrılmışdır. 24 avqust 2011-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və "KATVl” kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0496D saylı akt tərtib olunmuş və qanunsuz qouşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvana 28 aprel 2012-ci il tarixdə keçirilən qrafikdən kənar nəzarət baxışı zamanı cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə müvafiq olaraq 0963K saylı akt tərtib edilmişdir. Qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 09 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdir. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı 17 iyul 2011ci il tarixdən təkrar qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 28 aprel 2012-ci il tarixədək olan müddət 286 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə iddiaçıya müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərərin məbləği 95 manat 80 qəpik təşkil edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 avqust 2011-ci il tarixli 0496 D saylı və 28 aprel 2012-ci il tarixli 0963 K saylı İddiaçı MMC-nin “KATV 1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında aktların surətindən görünür ki, Nəsimi rayonu, 20 Yanvar 15 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı zaman, həmin binanın 35 saylı mənzilin sakini tərəfindən “xxxx” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. İş materiallarında olan 77 saylı MKİS tərəfindən verilmiş 06 iyun 2012-ci il tarixli arayışdan və DİN-in BPQMİ-nin MAPS şöbəsinin 02 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ev 35, 7 saylı mənzilin sahibidir. Beləliklə, məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı, abunəçi Cavabdeh ilə bağladığı müqaviləyə xitam verdikdən və həmin mənzili kabel şəbəkəsindən ayırdıqdan sonra, mənzilin mülkiyyətçisi və iş üzrə Cavabdeh, iddiaçı ilə heç bir müqavilə bağlamadan kabel şəbəkəsinə qoşulmuş və bununla da müqavilə ilə nəzərdə tutulan abunə haqqını ödəmədən iddiaçının göstərdiyi xidmətlərdən yararlanmışdır. İddiaçı yuxarıda qeyd edilən lisenziyaya əsasən kabel və efir kabel vasitəsi ilə televiziya yayımı kimi fəaliyyət göstərmək hüququnu qanuni əsaslarla əldə etmiş və həmin xidmətlərin həyata keçirilmisinə görə abunəçilərdən abunə haqqı qismində gəlir əldə etmək imkanını qazanmışdır. Cavabdeh isə şəbəkəyə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurmuşdur. Halbu ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının “Telekommunikasiya haqqında” Qanunun 35-ci maddəsinə əsasən Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələmə nəticəsində yaranan zərərin əvəzi təksirkar şəxslər tərəfindən aidiyyatı operatorla, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı Qərarının 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlmədiyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Beləliklə, Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı “xxxx” MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlanmadan qanunsuz olaraq qoşulma nəticəsində cəmi 95,80 manat abunə haqqı qismində vurulmuş zərərin cavabdehdən tutulmasına dair tələbi əsaslı olduğuna görə təmin edilməldir. Bundan başqa, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı manat məbləğində nümayəndəyə çəkilən xərclərin əvəzinin cavabdehdən tutulmasına dair tələb irəli sürmüşdür. Belə ki, məhkəmə həmin məbləği ağlabatan hesab etmir və həmin məbləği azaldaraq 75 manat məbləğində müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Beləliklə də, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 0,40 qəpik məbləğində bank xidmət haqqı Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “xxxx” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 95 manat 80 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 75 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqı, cəmi 191,20 (yüz doxsan bir manat iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 95 manat 80 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 75 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqı, cəmi 191,20 (yüz doxsan bir manat iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3330/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3330/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver