Məhkəmə qərarları › İş №2(006)-3331/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3331/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3331/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səmədov Rəşid Əfraim oğlu, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh «xxxx» MMC ilə bağladığı 01.10.2018-ci il və 12.09.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********75569 olan “Samsung J2” markalı telefon və İMEİ kodu **********01509 olan “Samsung Galaxy A10” markalı telefon almış və nəticədə 185 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.10.2018-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 450 (dörd yüz əlli) manat (18 ay x 25 manat ) İMEİ kodu **********75569 olan “Samsung J2” markalı telefon üçün ümumilikdə 170 manat olmaqla, ondan 155 manat ödənilməmiş hissə, cərimə 45 manat (0.25 manat x 180 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 15 (on beş) manat cərimə, 12.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 312 manat (12 ay x 19 manat + 84 manat ilkin ödəniş) İMEİ kodu **********01509 olan “Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə 15 (on beş) manat olmaqla, ondan 15 (on beş) manat ödənilməmiş hissə, cərimə 5 manat (0.19 manat x 30 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq cərimə borcu hesablanmamışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 592 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, borclu müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən 01.10.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75569 olan “Samsung J2” markalı telefon üçün 155 (yüz əlli beş) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, 12.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********01509 olan “Samsung Galaxy A10” markalı telefon üçün 15 (on beş) manat ödənilməmiş hissə, ümumilikdə 185 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 205 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki- Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 01.10.2018-ci il tarixli, 00318109 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC İMEİ Kodu **********75569 olan “Samsung J2” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 12.09.2019-cu il tarixli, 00907701 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC İMEİ kodu **********01509 olan “Samsung Galaxy A10” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş 17 mart 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə 01.10.2018-ci il tarixli müqavilə üzrə 155 manat ödənilməmiş borcu, 15 manat dəbbə borcu, cəmi 170 manat borcu, 12.09.2019-cu il tarixli müqavilə üzrə 15 manat ödənilməmiş borcu olmaqla, cəmi 15 manat borcu, ümumilikdə 185 manat məbləğində borcu vardır. «xxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış 08.02.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 01.10.2018-ci il və 12.09.2019-cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən «xxxx» MMC İMEİ Kodu **********75569 olan “Samsung J2” markalı telefon və İMEİ kodu **********01509 olan “Samsung Galaxy A10” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər icra edilməmiş və nəticədə onun «xxxx» MMC-yə ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 01.10.2018-ci il tarixli, 00318109 saylı müqavilə üzrə 155 (bir yüz əlli beş) manat ödənilməmiş məbləğ, 15 (on beş) manat dəbbə pulu, cəmi 170 (bir yüz yetmiş) manat və 12.09.2019-cu il tarixli, 00907701 saylı müqavilə üzrə 15 (on beş) manat ödənilməmiş məbləğ, cəmi 15 (on beş) manat, habelə 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 205 (iki yüz beş) manat məbləğində pul alınaraq «xxxx» MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 01.10.2018-ci il tarixli, 00318109 saylı müqavilə üzrə 155 (bir yüz əlli beş) manat ödənilməmiş məbləğ, 15 (on beş) manat dəbbə pulu, cəmi 170 (bir yüz yetmiş) manat və 12.09.2019-cu il tarixli, 00907701 saylı müqavilə üzrə 15 (on beş) manat ödənilməmiş məbləğ, cəmi 15 (on beş) manat, habelə 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 205 (iki yüz beş) manat məbləğində pul alınaraq «xxxx» MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar