Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3333/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səmədov Rəşid Əfraim oğlu, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh «xxxx» MMC ilə 02.10.2018-ci il, 23.06.2018-ci, 28.12.2018-ci il və 09.04.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung markalı soyuducu, “HOFFMANN LED” markalı televizor, İMEİ Kodu **********633 olan Samsung J3 markalı telefon, İMEİ Kodu **********9068 olan X1 markalı telefon almış və nəticədə 662 (altı yüz altmış iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.10.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1458 (min dörd yüz əlli səkkiz) manat (18 ay x 81 manat + 0 manat ilkin ödəniş) “Samsung” markalı soyuducu üçün ümumilikdə 217 (iki yüz on yeddi) manat olmaqla, ondan 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, cərimə 72 manat (0.81 manat x 90 gün) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 19 (on doqquz) manat cərimə, 23.06.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 864 (səkkiz yüz altrmış dörd) manat (18 ay x 48 manat + 0 manat ilkin ödəniş) HOFFMANN LED markalı televizor üçün ümumilikdə 37 (otuz yeddi) manat olmaqla, ondan 34 (otuz dörd) manat ödənilməmiş hissə, cərimə 14 manat (0.14 manat x 30 gün) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 3 manat cərimə borcu hesablanmışdır. 28.12.2018-ci il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 504 (beş yüz dörd) manat (18 ay x 28 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********633 olan “Samsung J3” markalı telefon üçün ümumilikdə 231 (iki yüz otuz bir) manat olmaqla, ondan 210 (iki yüz on) manat ödənilməmiş hissə, cərimə 67 manat (0.28 manat x 240 gün) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 21 (iyirmi bir) manat cərimə hesablanmışdır. 09.04.2019-cu il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 258 (iki yüz əlli səkkiz) manat (18 ay x 14 manat + 6 manat ilkin ödəniş) İMEİ Kodu **********9068 olan “X1” markalı telefon üçün ümumilikdə 177 (yüz yetmiş yeddi) manat olmaqla, ondan 161 (yüz altmış bir) manat ödənilməmiş hissə, cərimə 50 manat (0.14 manat x 360 gün) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 16 (on altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2481 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən 02.10.2018ci il tarixli müqaviləyə əsasən Samsung markalı soyuducu üçün 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, 23.06.2018-ci il tarixli müqaviləyə əsasən “HOFFMANN LED” markalı televizor üçün 34 (otuz dörd) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 28.12.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********633 olan Samsung J3 markalı telefon üçün 210 (iki yüz on) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə və 09.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********9068 olan X1 markalı telefon üçün 161 (yüz altmış bir) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə ümumilikdə 662 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 692 manat Cavabdeh alınaraq “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 23.06.2018-ci il tarixli, K00185145 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC “HOFFMANN LED” markalı televizoru Cavabdeh satmış, cavabdeh isə alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 28.12.2018-ci il tarixli, 00442547 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC İMEİ Kodu **********633 olan “Samsung J3” telefonu Cavabdeh satmış, cavabdeh isə alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 02.10.2018-ci il tarixli, 00319646 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC “Samsung” markalı soyuducunu Cavabdeh satmış, cavabdeh isə alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 09.04.2019-cu il tarixli, 00606770 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC İMEİ Kodu **********9068 olan “X1” markalı telefonu Cavabdeh satmış, cavabdeh isə alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş 18 mart 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə 02.10.2018-c il tarixli müqavilə üzrə 198 manat ödənilməmiş borcu, 19 manat cərimə borcu, cəmi 217 manat borcu, 23.06.2018-ci il tarixli müqavilə üzrə 34 manat ödənilməmiş borcu, 3 manat cərimə borcu, 28.12.2018-ci il tarixli müqavilə üzrə 210 manat ödənilməmiş borcu, 21 manat cərimə borcu, cəmi 231 manat borcu və 09.04.2019cu il tarixli müqavilə üzrə 161 manat ödənilməmiş borcu, 16 manat cərimə borcu, cəmi 177 manat borcu, ümumilikdə 662 manat məbləğində borcu vardır. «xxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış 10.02.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 02.10.2018-ci il, 23.06.2018-ci, 28.12.2018-ci il və 09.04.2019-cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən «xxxx» MMC Samsung markalı soyuducunu, “HOFFMANN LED” markalı televizoru, İMEİ kodu **********633 olan “Samsung J3” markalı telefonu, İMEİ Kodu **********9068 olan “X1” markalı telefonu Cavabdeh satmış, cavabdeh isə alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər icra edilməmiş və nəticədə onun «xxxx» MMC-yə 28.12.2018-ci il tarixli müqavilə üzrə 210 manat ödənilməmiş borcu, 21 manat cərimə borcu, cəmi 231 manat borcu, 09.04.2019-cu il tarixli müqavilə üzrə 161 manat ödənilməmiş borcu, 16 manat cərimə borcu, cəmi 177 manat borcu, 23.06.2018-ci il tarixli müqavilə üzrə 34 manat ödənilməmiş borcu, 3 manat cərimə borcu və 02.10.2018-ci il tarixli müqavilə üzrə 198 manat ödənilməmiş borcu, 19 manat cərimə borcu, cəmi 217 manat borcu, ümumilikdə 662 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 02.10.2018-ci il tarixli, 00319646 saylı müqavilə üzrə 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş məbləğ, 19 (on doqquz) manat cərimə pulu, cəmi 217 (iki yüz on yeddi) manat, 23.06.2018-ci il tarixli, K00185145 saylı müqavilə üzrə 34 (otuz dörd) manat ödənilməmiş məbləğ, 3 (üç) manat cərimə pulu, cəmi 37 (otuz yeddi) manat, 28.12.2018-ci il tarixli, 00442547 saylı müqavilə üzrə 210 (iki yüz on) manat ödənilməmiş məbləğ, 21 (iyirmi bir) manat cərimə pulu, cəmi 231 (iki yüz otuz bir) manat və 09.04.2019-cu il tarixli, 00606770 saylı müqavilə üzrə 161 (yüz altmış bir) manat ödənilməmiş məbləğ, 16 (on altı) manat dəbbə pulu, cəmi 177 ( bir yüz yetmiş yeddi) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 692 (altı yüz doxsan iki) manat məbləğində pul alınaraq «xxxx» MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 02.10.2018-ci il tarixli, 00319646 saylı müqavilə üzrə 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş məbləğ, 19 (on doqquz) manat cərimə pulu, cəmi 217 (iki yüz on yeddi) manat, 23.06.2018-ci il tarixli, K00185145 saylı müqavilə üzrə 34 (otuz dörd) manat ödənilməmiş məbləğ, 3 (üç) manat cərimə pulu, cəmi 37 (otuz yeddi) manat, 28.12.2018-ci il tarixli, 00442547 saylı müqavilə üzrə 210 (iki yüz on) manat ödənilməmiş məbləğ, 21 (iyirmi bir) manat cərimə pulu, cəmi 231 (iki yüz otuz bir) manat və 09.04.2019-cu il tarixli, 00606770 saylı müqavilə üzrə 161 (yüz altmış bir) manat ödənilməmiş məbləğ, 16 (on altı) manat dəbbə pulu, cəmi 177 ( bir yüz yetmiş yeddi) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 692 (altı yüz doxsan iki) manat məbləğində pul alınaraq «xxxx» MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3333/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3333/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver