Məhkəmə qərarları › İş №2(006)-3346/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3346/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3346/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı 27.11.2019-cu və 23.12.2019-cu il tarixli müqavilələrə əsasən, “Samsung” markalı televizor və İMEİ Kodu **********02248 olan “Samsung Galaxy A30s” markalı telefon və “HP Pavilion” markalı komputer almış və nəticədə 5114,4 (beş min yüz on dörd manat, qırx qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2742 (iki min yeddi yüz qırx iki) manat (12 ay x 214 manat + 174 manat ilkin ödəniş) olan “Samsung” markalı televizor və İMEİ Kodu **********02248 olan “Samsung Galaxy A30s” markalı telefon üçün ümumilikdə 2782 (iki min yeddi yüz səksən iki) manat olmaqla, ondan 2140 (iki min iki yüz qırx) manat ödənilməmiş hissə, 642 (altı yüz qırx iki) manat dəbbə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2016,4 olan (12 ay x 149,7 manat + 220 manat ilkin ödəniş) “HP Pavilion” markalı komputer üçün ümumilikdə 2332,4 manat olmaqla, ondan 1796,4 manat ödənilməmiş hissə, 536 (beş yüz otuz altı) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 822 manat təşkil edir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 4-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən 27.11.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” markalı televizor və İMEİ Kodu **********02248 olan “Samsung Galaxy A30s” markalı telefon üçün 2140 (iki min iki yüz qırx) manat ödənilməmiş hissə, 642 (altı yüz qırx iki) manat dəbbə borcu, cəmi 2782 manat, 23.12.2019-cu il tarixli müqaviləyə əsasən “HP Pavilion” markalı komputer üçün 1796,4 manat ödənilməmiş hissə, 536 manat dəbbə borcu, cəmi 2332,4 manat borc olmaqla, ümumilikdə 5114,4 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 27.11.2019-cu il tarixli 01079606 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx» MMC İMEİ Kodu **********02248 olan “Samsung Galaxy A30s” markalı telefonu və “Samsung” markalı televizoru Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 23.12.2019-cu il tarixli, 01151396 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxx” MMC “HP Pavilion” markalı komputeri Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə 27.11.2019-cu il tarixli müqavilə üzrə 2140 manat ödənilməmiş borcu, 642 manat dəbbə borcu, cəmi 2782 manat, 23.12.2019-cu il tarixli müqavilə üzrə 1796,4 manat ödənilməmiş borcu, 536 manat dəbbə borcu, cəmi 2332,4 manat, olmaqla, ümumilikdə 5114,4 manat borcu vardır. «xxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış 31.07.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxx» MMC ilə Cavabdeh arasında 27.11.2019-cu və 23.12.2019-cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən «xxxx» MMC “Samsung” markalı televizoru, İMEİ kodu **********02248 olan “Samsung Galaxy A30s” markalı telefonu və “HP Pavilion” markalı komputeri Cavabdeh vermiş, Cavabdeh isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun «xxxx» MMC-yə 27.11.2019-cu il tarixli müqavilə üzrə 2140 manat ödənilməmiş borcu, 642 manat dəbbə borcu, cəmi 2782 manat, 23.12.2019-cu il tarixli müqavilə üzrə 1796,4 manat ödənilməmiş borcu, 536 manat dəbbə borcu, cəmi 2332,4 manat olmaqla, ümumilikdə 5114,4 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissələrdə qismən təmin edilərək dəbbə pulu 27.11.2019-cu il tarixli, 01079606 saylı müqavilə üzrə 200 manat, 23.12.2019-cu il tarixli, 01151396 saylı müqavilə üzrə 170 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 27.11.2019-cu il tarixli müqavilə üzrə 2140 (iki min yüz qırx) manat ödənilməmiş borcu, 200 (iki yüz) manat dəbbə borcu, cəmi 2340 (iki min üç yüz qırx) manat, 23.12.2019-cu il tarixli müqavilə üzrə 1796,4 (bir min yeddi yüz doxsan altı manat, qırx qəpik) manat ödənilməmiş borcu, 170 (bir yüz yetmiş) manat dəbbə borcu, cəmi 1966,4 (bir min doqquz yüz altmış altı manat, qırx qəpik) manat olmaqla, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 4336,4 (dörd min üç yüz otuz altı manat, qırx qəpik) manat məbləğində pul alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh 27.11.2019-cu il tarixli müqavilə üzrə 2140 (iki min yüz qırx) manat ödənilməmiş borcu, 200 (iki yüz) manat dəbbə borcu, cəmi 2340 (iki min üç yüz qırx) manat, 23.12.2019-cu il tarixli müqavilə üzrə 1796,4 (bir min yeddi yüz doxsan altı manat, qırx qəpik) manat ödənilməmiş borcu, 170 (bir yüz yetmiş) manat dəbbə borcu, cəmi 1966,4 (bir min doqquz yüz altmış altı manat, qırx qəpik) manat olmaqla, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 4336,4 (dörd min üç yüz otuz altı manat, qırx qəpik) manat məbləğində pul alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar