Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3347/2021 26.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X1 və X4, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 16.10.2018-ci il və 09.12.2018-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********33666 olan “Samsung Galaxy J6” markalı telefon və İMEİ kodu **********72975 olan “Samsung Galaxy A7” markalı telefon almış və nəticədə 1264 (min iki yüz altmış dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.10.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 576 (beş yüz yetmiş altı) manat (18 ay x 32 manat) İMEİ kodu **********33666 olan “Samsung Galaxy J6” markalı telefon üçün ümumilikdə 457 (dörd yüz əlli yeddi) manat olmaqla, ondan 416 (dörd yüz on altı) manat ödənilməmiş hissə, cərimə 124 (bir yüz iyirmi dörd) manat (0,32 manat x 390 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 41 (qırx bir) manat cərimə; 09.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1224 (bir min iki yüz iyirmi dörd) manat (24 ay x 49 manat + 49 manat ilkin ödəniş) İMEİ kodu **********72975 olan “Samsung Galaxy A7” markalı telefon üçün ümumilikdə 807 (səkkiz yüz yeddi) manat olmaqla, ondan 734 (yeddi yüz otuz dörd) manat ödənilməmiş hissə, cərimə 220 manat (0.49 manat x 450 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 73 (yetmiş üç) manat cərimə borcu hesabalanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 651 manat təşkil edir. Göstərilənlərə əsasən 16.10.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********33666 olan “Samsung Galaxy J6” markalı telefon üçün 416 (dörd yüz on altı) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə, 09.12.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********72975 olan “Samsung Galaxy A7” markalı telefon üçün 734 (yeddi yüz otuz dörd) manat ödənilməmiş hissə, 73 (yetmiş üç) manat cərimə, ümumilikdə 1264 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1294 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci və 284-5.3-cü maddələrinə əsasən, hazırki mülki işə iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, bu barədə cavabdeh X5 bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş olunmuşdur. 19 may 2021-ci il tarixdə Cavabdeh iddiaçının iddia tələbinə dair etiraz verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «pul tələbi» ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X1 və X7 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, borcun məbləği iddiaçı MMC tərəfindən şişirdilib və telefonlar baha qiymətə satılmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.10.2018-ci il tarixli 00337339 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC İMEİ kodu **********33666 olan “Samsung Galaxy J6” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.12.2018-ci il tarixli, 00408994 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «ABC Telecom” MMC İMEİ kodu **********72975 saylı “Samsung Galaxy A7” markalı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 16.10.2018-ci il tarixli müqavilə üzrə 416 manat ödənilməmiş borcu, 41 manat dəbbə borcu, cəmi 457 manat, 09.12.2018-ci il tarixli müqavilə üzrə 734 manat ödənilməmiş borcu, 73 manat dəbbə borcu, cəmi 807 manat olmaqla, ümumilikdə 1264 manat borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 13.06.2019-cu il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.10.2018-ci il və 09.12.2018-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********33666 olan “Samsung Galaxy J6” markalı telefon və İMEİ kodu **********72975 olan “Samsung Galaxy A7” markalı telefon almış və nəticədə 1264) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun 16.10.2018ci il tarixli müqavilə üzrə 416 manat ödənilməmiş borcu, 41 manat dəbbə borcu, cəmi 457 manat, 09.12.2018-ci il tarixli müqavilə üzrə 734 manat ödənilməmiş borcu, 73 manat dəbbə borcu, cəmi 807 manat olmaqla, ümumilikdə 1264 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissələrdə qismən təmin edilərək dəbbə pulu 16.10.2018-ci il tarixli, 00337339 saylı müqavilə üzrə 4 manat, 09.12.2018-ci il tarixli, 00408994 saylı müqavilə üzrə 7 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 16.10.2018-ci il tarixli müqavilə üzrə 416 (dörd yüz on altı) manat ödənilməmiş borcu, 4 (dörd manat) manat dəbbə borcu, cəmi 420 (dörd yüz iyirmi manat) manat, 09.12.2018-ci il tarixli müqavilə üzrə 734 (yeddi yüz otuz dörd) manat ödənilməmiş borcu, 7 (yeddi) manat dəbbə borcu, cəmi 741 (yeddi yüz qırx bir) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1191 (bir min yüz doxsan bir) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16.10.2018-ci il tarixli müqavilə üzrə 416 (dörd yüz on altı) manat ödənilməmiş borcu, 4 (dörd manat) manat dəbbə borcu, cəmi 420 (dörd yüz iyirmi manat) manat, 09.12.2018-ci il tarixli müqavilə üzrə 734 (yeddi yüz otuz dörd) manat ödənilməmiş borcu, 7 (yeddi) manat dəbbə borcu, cəmi 741 (yeddi yüz qırx bir) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1191 (bir min yüz doxsan bir) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3347/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3347/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver