Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3347/2024 13.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh LPO Cavabdeh1 ASC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh LPO Cavabdeh1 ASC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə İsmayılova (Əsədova) Vüsalə İlham qızı arasında qanunsuz bağlanmış xx.xx.2011-ci il tarixli, 647 nömrəli kredit müqaviləsinin və Cavabdeh1 ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 637 nömrəli kredit müqaviləsinin etibarsız sayılaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2017 nömrəli, xx.xx.2017-ci il tarixli hökmünün icra edilərək, kredit borc öhdəliklərinə xitam verilməsi, adlarına olan etibarsız məlumatların Mərkəzi Kredit Reyestri sistemindən silinməsi barədə qətnamə çıxarılmasını, həmçinin, ödənilmiş 200 manat dövlət rüsumunun hər bir şəxsə 100 manat olmaqla LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı1 və İddiaçı2 geri qaytarılmasının təmin edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC-nin “Cənub” filialının rəhbəri qanunsuz olaraq işçilərin və digər şəxslərin adından iştirakları və imzaları olmadan qanunsuz kreditlər rəsmiləşdirmişdir. Kreditlərin heç birindən heç bir kəsin xəbəri olmamışdır. Bir müddət keçdikdən sonra Cavabdeh1 ASC tərəfindən İddiaçı1 və İddiaçı2 borc haqqında iddia qaldırılmış və iddiaçılara məlum olmuşdur ki, İddiaçı1 3420 manat kreditin verilməsinə dair xx.xx.2011-ci il tarixli, 647 nömrəli kredit müqaviləsi, İddiaçı2 3350 manat kreditin verilməsinə dair xx.xx.2011-ci il tarixli, 637 nömrəli kredit müqaviləsi hazırlanmış və iddiaçıların xəbəri olmadan imzalanmışdır. Cavabdeh1 ASC-nin “Cənub” filialının rəhbəri tərəfindən iddiaçılara narahat olmamaları və onların adlarına olan kredit borcunun silinəcəyi barədə yalan məlumat verilmişdir. Məhkəmə prosesi zamanı imzaların iddiaçılara aid olmadığı ekspertiza tərəfindən təsdiq olunmuş və onların xeyrinə qərar qəbul edilməsinə baxmayaraq, hazırki günə kimi kredit borcu onların adlarında qalmaqdadır. Eyni zamanda, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2017 nömrəli, xx.xx.2017-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, həqiqətən, Cavabdeh1 ASC-nin “Cənub” filialının rəhbəri tərəfindən 2009-cu ildən başlayaraq müxtəlif vaxtlarda fərqli şəxslərin adına kreditlər rəsmiləşdirilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə iddiaçı İsmayılova (Əsədova) Vüsalə İlham qızı arasında bağlanması iddia edilən xx.xx.2011-ci il tarixli, 647 nömrəli və Cavabdeh1 ASC ilə İddiaçı2 arasında bağlanması iddia edilən xx.xx.2011-ci il tarixli, 637 nömrəli kredit müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr üzrə iddiaçıların aktiv öhdəliklərinin olmamasına dair məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair öhdəliyin LPO Cavabdeh1 ASC-nin üzərinə qoyulması, iş üzrə ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun LPO Cavabdeh1 ASC-dən tutularaq 100 manat hissəsinin İddiaçı1, qalan 100 manat hissəsinin isə İddiaçı2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3620/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Cavabdeh1 ASC-nin məcburi ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı tarixindən etibarən Cavabdeh1 ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2017 nömrəli, xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək, cəzalar qismən toplanmaqla 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-983/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki: - X4 xx.xx.2004-cü il tarixdən xx.xx.2013-cü il tarixədək olan müddətdə Cavabdeh1 ASC “Cənub” filialının müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş bankın külli miqdarda əmlakını vahid qəsdlə talama məqsədi ilə özü ilə yaxın, qohumluq, tanışlıq və digər münasibətləri olduğu ayrı-ayrı şəxslərin, o cümlədən İddiaçı2 adına xx.xx.2011-ci il tarixli 637 nömrəli kredit müqaviləsi ilə 3.350 manat, X1 adına xx.xx.2011-ci il tarixli 647 nömrəli kredit müqaviləsi ilə 3.420 manat pul vəsaitinin guya həmin şəxslər tərəfindən kredit kimi götürüldüyünü rəsmiləşdirməklə, onların adlarına müvafiq saxta müqavilələr, xəzinə məxaric orderləri, ərizələr, sifarişlər, cədvəllər və digər sənədləri qanunsuz hazırlayaraq, qeyd olunan sənədlərdə vətəndaşların imzalarını adlarından icra etməklə ... ona etibar edilmiş özgənin əmlakını mənimsəyərək talamışdır; - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-110/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü məhkum X2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır; - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkum X3 barəsindəki 07 fevral 2018-ci il tarixli qərarının dəyişdirilməsi, məhkum X2 verilmiş ittihamın həcminin 2.819.543,82 (iki milyon səkkiz yüz on doqquz min, beş yüz qırx üç manat səksən iki qəpik) manatdan 2.043.814,82 (iki milyon qırx üç min, səkkiz yüz on dörd manat səksən iki qəpik) manata endirilməsi, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 21 (iyirmi bir) gün müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasının 9 (doqquz) il 6 (altı) ay müddətinə endirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar İddiaçı1 tərəfindən 100 (bir yüz) manat və İddiaçı2 tərəfindən 100 (bir yüz) manat olmaqla, cəmi 200 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2017 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə X5 və İddiaçı2 adına bağlanmış kredit müqavilələrinin surəti, kassa məxaric orderləri, məhkəməxətşünaslıq üzrə ekspert rəyinin surəti göndərilmişdir. xx.xx.2016-cı il tarixli ekspert rəyindən görünür ki, X1 və İddiaçı2 adına bağlanmış kredit müqavilələri və əlaqəli sənədlərin onların özləri tərəfindən deyil, başqa şəxslər tərəfindən imzalanması müəyyən edilmişdir. Azərbaycan Kredit Bürosundan xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli çıxarışlardan görünür ki: - İddiaçı1 xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə LPO Cavabdeh1 ASC qarşısında 3.412 manat; - İddiaçı2 xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə LPO Cavabdeh1 ASC qarşısında 3.350 manat məbləğində aktiv öhdəlikləri mövcuddur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, X4 xx.xx.2004-cü il tarixdən xx.xx.2013-cü il tarixədək olan müddətdə Cavabdeh1 ASC “Cənub” filialının müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş bankın külli miqdarda əmlakını vahid qəsdlə talama məqsədi ilə özü ilə yaxın, qohumluq, tanışlıq və digər münasibətləri olduğu ayrı-ayrı şəxslərin, o cümlədən hazırkı iş üzrə İddiaçı2 adına xx.xx.2011-ci il tarixli 637 nömrəli kredit müqaviləsi ilə 3.350 manat, hazırkı iş üzrə digər iddiaçı X1 adına xx.xx.2011-ci il tarixli 647 nömrəli kredit müqaviləsi ilə 3.420 manat pul vəsaitinin guya həmin şəxslər tərəfindən kredit kimi götürüldüyünü rəsmiləşdirməklə, onların adlarına müvafiq saxta müqavilələr, xəzinə məxaric orderləri, ərizələr, sifarişlər, cədvəllər və digər sənədləri qanunsuz hazırlayaraq, qeyd olunan sənədlərdə vətəndaşların imzalarını adlarından icra etməklə ... ona etibar edilmiş özgənin əmlakını mənimsəyərək taladığından, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə o, yekun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 21 (iyirmi bir) gün müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, barəsində olan 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası 9 (doqquz) il 6 (altı) ay müddətinə endirilmişdir. Hazırda iddiaçılar kredit müqavilələrinin onlar tərəfindən imzalanmamasının ekspert rəyi və müvafiq məhkəmə qərarları ilə öz təsdiqini tapmasına istinad edərək, kredit müqavilələrinin etibarsız hesab edilməsini və həmin müqavilələr üzrə aktiv öhdəliklərinin olmamasına dair məlumatların "xxxx" MMC-yə verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edirlər, cavabdeh isə iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim edir. İddia tələbi ilə əlaqədar məhkəmə hesab edir ki, iddiaçılar özləri tərəfindən imzalanmadığı müvafiq qaydada sübuta yetirilmiş müqavilələrin etibarsız hesab edilməsini və buna müvafiq olaraq, kredit reyestrində düzəlişlərin edilməsini tələb etməkdə haqlıdırlar. Belə ki, iş materiallarında olan ekspert rəyi və həmin rəyi mötəbər sübut kimi qiymətləndirən məhkəmə qərarları ilə hazırda etibarsızlığı mübahisələndirilən kredit müqavilələrinin və digər əlaqəli sənədlərin iddiaçılar tərəfindən deyil, başqa şəxslər tərəfindən imzalanması faktı öz təsdiqini tapmışdır. Qeyd olunmalıdır ki, həmin məhkəmə qərarları sözügedən hissədə hazırkı mübahisə üzrə preyudisiya təşkil edir. Beləliklə, iddiaçılarla bank arasında bağlandığı iddia edilən müqavilələrin iddiaçılar (yəni səlahiyyətli şəxslər) tərəfindən imzalanmaması faktı sübuta yetdiyindən, həmin müqavilələrə görə iddiaçıların adlarına kredit reyestrində aktiv öhdəliklər qalması isə onların hüquqlarının pozulması hesab olunduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə öz mövqeyini aşağıdakı normalarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-337.2, 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740-cı maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi Qaydalarının 4.2-ci bəndinə əsasən, büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, iddia rədd edilir. Bu halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına isə ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh1 ASC ilə iddiaçı İsmayılova (Əsədova) Vüsalə İlham qızı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 647 nömrəli və Cavabdeh1 ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2011ci il tarixli, 637 nömrəli kredit müqavilələri etibarsız hesab edilməli, həmin kredit müqavilələri üzrə İddiaçı1 və İddiaçı2 aktiv öhdəliklərinin olmamasına dair məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair öhdəlik LPO Cavabdeh1 ASC-nin üzərinə qoyulmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, dövlət rüsumu kimi artıq ödənilmiş 50 (əlli) manat məbləğində pul İddiaçı1, qalan 50 (əlli) manat məbləğində pul isə İddiaçı2 geri qaytarılmalı, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh LPO Cavabdeh1 ASC-dən tutularaq 50 (əlli) manat hissəsi İddiaçı1, qalan 50 (əlli) manat hissəsi isə İddiaçı2 verilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 114.1 və 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ASC ilə iddiaçı İsmayılova (Əsədova) Vüsalə İlham qızı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 647 nömrəli və Cavabdeh1 ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2011ci il tarixli, 637 nömrəli kredit müqavilələri etibarsız hesab edilsin, həmin kredit müqavilələri üzrə İddiaçı1 və İddiaçı2 aktiv öhdəliklərinin olmamasına dair məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair öhdəlik LPO Cavabdeh1 ASC-nin üzərinə qoyulsun. Dövlət rüsumu kimi artıq ödənilmiş 50 (əlli) manat məbləğində pul İddiaçı1, qalan 50 (əlli) manat məbləğində pul isə İddiaçı2 geri qaytarılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh LPO Cavabdeh1 ASC-dən tutularaq 50 (əlli) manat hissəsi İddiaçı1, qalan 50 (əlli) manat hissəsi isə İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3347/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3347/2024
13.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver