Məhkəmə qərarları › İş №2(006)-3350/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3350/2020

30.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3350/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, Cavabdeh "Cavabdeh1" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "Cavabdeh1" ASC-yə və "Cavabdeh2" MMC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Cavabdeh1" ASC-yə və "Cavabdeh2" MMC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh "Cavabdeh1" ASC-nin nümayəndəsi X2 vəsatət təqdim edərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin icraatında 2-2(113)-1067/2020 saylı mülki iş vardır. Həmin iş hazırda Nəsimi Rayon Məhkəməsində baxılan işdən əvvəl icraata götürülmüşdür. İşlər biri-biri ilə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırki işin icraatı Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2- 2(113)-1067/2020 saylı mülki işin icraatı ilə birləşdirilməli və onlara birlikdə baxılmalıdır. Göstərilənlərə əsasən Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-3350/2020 saylı mülki işin icraatının Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)- 1067/2020 saylı mülki işin icraatı ilə birləşdirilməsi və mülki işin bir icraatda baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında cavabdeh "Cavabdeh1" ASC-nin nümayəndəsi X2 vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə mülki işə digər cavabdeh "Cavabdeh2" MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının fikirlərini dinləyib, ərizəni mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, vəsatət təmin olunmalı, hazırda icraatda olan İddiaçı cavabdehlər "Cavabdeh1" ASC-yə və "Cavabdeh2" MMC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” 2(006)-3350/2020 saylı mülki iş Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatında olan iddiaçı "Cavabdeh1" ASC-nin cavabdehlər "Cavabdeh2" MMC-yə və İddiaçı qarşı “borc müqaviləsi üzrə mübahisələr tələbinə dair” 2-2(113)-1067/2020 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir.Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırki iş üzrə cavabdehin nümayəndəsinin işlərə birgə baxılması xahişini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.4-cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh "Cavabdeh1" ASC-nin nümayəndəsi X1 vəsatəti təmin edilsin. Hazırda icraatda olan İddiaçı cavabdehlər "Cavabdeh1" ASC-yə və "Cavabdeh2" MMC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” 2(006)- 3350/2020 saylı mülki iş Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatında olan iddiaçı "Cavabdeh1" ASC-nin cavabdehlər "Cavabdeh2" MMC-yə və İddiaçı qarşı “borc müqaviləsi üzrə mübahisələr tələbinə dair” 2-2(113)-1067/2020 saylı mülki işlə bir icraatda birləşdirilsin. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar