Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3353/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Cavabdeh2na qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Cavabdeh2na qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X16 ilə ləğv prosesində olan Cavabdeh1 ASC arasında 30 iyul 2013-ci il tarixdə Ağdaş şəhərində 3M-73 nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Müqavilə Cavabdeh2 təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən, ipotekanın predmeti Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, **********85- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, X10 mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evidir. Kredit müqaviləsi üzrə kredit borcu vaxtında ödənilə bilinmədiyinə görə iddiaçı "Atabank” ASCnin cavabdehlər X23 oğluna, X10, X3, X4, İddiaçı, X14 və X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan daşınmaz əmlaklara yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair Ağdaş Rayon Məhkəməsinin 2(014)-59/2019 saylı, 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə “26 iyul 2013-cü il tarixli GYF 8215 saylı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ipoteka qoyulmuş, mülkiyyət hüququ üzrə cavabdeh X11 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsi, 24 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə və cavabdeh X12 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş- Qəbələ yolunun 1-ci km-nin sol tərəfində yerləşən qeyri-yaşayış binasına yönəldilərək həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılması, ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə cavabdeh X11 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsi, 24 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evi hərracda ilkin satış qiymətinin 72.000 manat məbləğində müəyyənləşdirilməsi və hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən X23 oğlunun 26 iyul 2013-cü il tarixli GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 19.411,12 AZN manat məbləğində borcunun yönəldilməsinə yönəldilməsi, cavabdeh X11 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsi, 24 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmeti olan fərdi yaşayış evinin boşaldılması qət olunmuşdur”. Verilmiş şikayətlərə əsasən həmin iddiaya sonuncu dəfə Azərbaycan Respublikası Məhkəməsində baxılmış və ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə cavabdeh X11 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsi, 24 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evi hərracda ilkin satış qiymətinin məbləği 70.300 manat məbləğində təyin olunmuşdur. Hal-hazırda, məhkəmə işi yekunlaşmış və qətnamə icra olunması üçün Ağdaş Rayon İcra şöbəsinə göndərilmişdir. Borcun əsas hissəsi ödənildiyinə görə, bugünkü günə qətnamə üzrə ödənilməli məbləğ 16911 manat təşkil edir. Kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evində mülkiyyətçi X16 və onun həyat yoldaşından başqa, oğlu X7 və onun ailə üzvləri, hazırki iddia üzrə İddiaçı və onların övladları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X13 yaşayırlar. Uşaqlar vaxtı ilə ipotekaya qoyulan evdə dünyaya gəlmişlər. Bununla da onların həmin evdən istifadə hüququ yaranmışdır. Mübahisələnən ipoteka müqaviləsi bağlanarkən iddiaçının böyük qızının 3 yaşı tamam olmuşdu, kiçik qızı isə hələ dünyaya gəlməmişdi. Həmin dövrdə hesab edilirdi ki, kredit götürən qohumları X23 oğlu kredit məbləğini vaxtında qaytaracaq və yaşadıqları evlə bağlı problem olmayacaq. Lakin, reallıq ondan ibarətdir ki, hazırda cavabdehin ödəmə qabiliyyəti çox zəifdir və ancaq hissə-hissə ödəməklə öhdəliyi icra edə bilər. Borclu borc məbləği üzrə ödəniş edir, lakin birdən birə qətnamə üzrə borcu tam ödəməyə gücü çatmır. Nəzərə alınmalıdır ki, icra rəsmi olaraq borc tam ödənilmədiyi təqdirdə yaşadıqları fərdi yaşayış evini hərraca çıxara bilər. Göstərilən səbəblərdən yaşadıqları evin icra qurumu tərəfindən hərracdan satılma ehtimalı artdığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 30 iyul 2013-ci il tarixli 27 sentyabr 2011-ci il tarixli, 3M-73 saylı ipoteka müqaviləsi etibarsızdır. Çünki həmin ipoteka müqaviləsi imzalanarkən iddiaçının övladı X2 hüquqları kobud şəkildə pozulmuşdur. Evə dair Cavabdeh2 ipoteka müqaviləsi bağlanarkən notarius həmin evdə yaşayan şəxslər barədə arayış tələb etməmişdir. Arayış tələb olunacağı təqdirdə, həmin evdə azyaşlı uşağı xx.xx.2009-cu il təvəllüdlü X2 yaşadığı məlum olardı. Halhazırda isə fərdi yaşayış evində iki azyaşlı uşağı yaşayır və evin hərracdan satılacağı təqdirdə onların hüquqları kobud şəkildə pozulacaqdır. Məlum olduğu kimi, mübahisəli ev ipoteka ilə yüklü edilən zaman Qəyyumluq və Himayəçilik Orqanının razılıq məktubu olmalı idi ki, bu qaydaya da nə Cavabdeh2, nə Cavabdeh1 ASC, nə də ipoteka qoyan şəxslər riayət etməmişlər. Halbuki, həm Cavabdeh2, həm də Cavabdeh1 ASC bundan xəbərdar olmuşlar və bu arayışı vətəndaşdan tələb etməli idilər. Göründüyü kimi ipoteka müqaviləsi Cavabdeh2 tərəfindən törədilmiş ciddi qanun pozuntusu mövcudluğu şəraitində təsdiq edildiyindən etibarsızdır. Yəni azyşalı uşaqlarının gələcəkdə yeganə yaşayış yerlərindən məhrum olmaları ilə nəticələnə biləcək müqaviləni imzalamışdır. Göstərilənlərə əsasən, X16 ilə ləğv prosesində olan Cavabdeh1 ASC arasında 30 iyul 2013-cü il tarixdə, 3M-73 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul olunması xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4139/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2na qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işin məhkəmə baxışına hazırlığın icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 1158/2023 saylı qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(006)-4139/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1380/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1158/2023 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 3855/2023 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4139/2022 saylı qərardadı ləğv edilmiş, iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla mülki işə mahiyyəti üzrə baxılması məsələsinin yenidən araşdırılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X15 iddia tələbinə etiraz edərək, onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 19 iyul 2016-cı il tarixdə verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2016-cı il tarixdə anadan olmuş, atası X7, anası İddiaçıdır. Mülki işin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 28 aprel 2009-cu il tarixdə verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə anadan olmuş, atası X7, anası İddiaçıdır. Mülki işin materiallarında olan Cavabdeh2na İddiaçı tərəfindən ünvanlanan 26 iyul 2013-cü il tarixli ərizədən görünür ki, Q.Samirə ünvan 3 ünvanında xüsusi mülkiyyətdə olan 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 243.62 kv.m yaşayış sahəsi 163.54 kv.m, yardımçı sahəsi 80.08 kv.m olan fərdi yaşayış evinin ipotekaya qoyulmasına razılıq vermişdir. Mülki işin materiallarında olan 30 iyul 2013-cü il tarixli “ipotekanın əlavə qeydiyyatı haqqında” Razılaşmanın surətindən görünür ki, Cavabdeh1 ASC-nin Göyçay filialı, X16 və X23 oğlu arasında razılaşma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinin 2.1, 2.2 və 3.2 bəndlərinə dəyişiklik edilməsi barədə razılığa gəlmişlər. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(014)-59/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 26 iyul 2013-cü il tarixli, GYF- 8215 saylı kredit müqaviləsi üzrə yaranmış 16411,12 manat borc və 3000 manat cərimə borcu olmaqla, cəmi 19411,12 manat borcun cavabdeh X23 oğlundan alınaraq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, 26 iyul 2013-cü il tarixli, GYF8215 saylı kredit müqaviləsi üzrə borcun tutulmasının ipoteka qoyulmuş, mülkiyyət hüququ üzrə cavabdeh X10 məxsus ünvan 5vinə və cavabdeh X12 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş- Qəbələ yolunun 1-ci kilometrliyinin sol tərəfində yerləşən qeyri-yaşayış binasına yönəldilərək, həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə cavabdeh X10 məxsus Ağdaş şəhəri, Azərbaycan küçəsi, 24 saylı ünvanda yerləşən 6 otaqlı fərdi yaşayış, evinin hərracda ilkin satış qiymətinin 72000 manat məbləğində və cavabdeh X12 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci kilometrliyinin sol tərəfində yerləşən qeyri-yaşayış binasının hərracda ilkin satış qiymətinin 55000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğinin X23 oğlunun 26 iyul 2013-cü il tarixli, GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 19411,12 manat məbləğində borcunun ödənilməsinə yönəldilməsi, cavabdeh X10 məxsus ünvan 5vinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmeti olan fərdi yaşayış evinin boşaldılması, iddia ərizəsi verilərkən dövlət büdcəsinə köçürülmüş 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 58 manat dövlət rüsumunun cavabdeh X23 oğlundan alınaraq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(107)-783/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2(014)-59/2019 nömrəli qətnaməsi kredit müqaviləsi üzrə hesablanmış 3000 manat cərimə borcu və ümumi məbləğ hissəsində dəyişdirilərək, cərimə borcu 500 manat həddində və ümumi məbləğ 16911,12 manat müəyyən edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2043/2022 saylı qərarı ilə cavabdeh X16 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2021 -ci il tarixli, 2(107)-1101/2020 nömrəli qətnaməsinin qismən, yəni ipotekaya qoyulmuş X8 mülkiyyətində olan ünvan 5vinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipotekaya qoyulmuş X8 mülkiyyətində olan ünvan 5vinin ilkin satış qiymətinin 70300 (yetmiş min üç yüz) manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan 09 avqust 2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilən Açıq hərracın keçirilməsinə dair 284№-li Bildirişdən görünür ki, Ağdaş şəhəri, Azərbaycan küçəsi, 24 saylı ünvanda yerləşən, 6 otaqlı fərdi yaşayış evinin dəyəri 70.300 manat olmaqla 29 avqust 2022-ci il tarixdə, saat 11:00-da ünvan 4 ünvanında açıq hərracın keçiriləcəyi qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X23 oğlu ilə LPO Cavabdeh1 ASC arasında kredit müqaviləsi, həmin müqavilənin təminatı olaraq isə X16 ilə LPO Cavabdeh1 ASC arasında 30 iyul 2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanaraq, hazırki iş üzrə iddiaçı və onun ailəsinin də yaşadığı ünvan, yəni ünvan 5vi ipoteka ilə yüklü edilmişdir. Öhdəlik vaxtında yerinə yetirilmədiyindən Bank iddia qaldırmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında borc ipoteka ilə yüklü edilmiş evə yönəldilmişdir. Hazırda iddiaçı ipoteka müqaviləsi bağlandığı zaman onun həmin evdə yaşayan yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü qızına münasibətdə Qəyyumluq və Himayəçilik orqanının razılıq məktubunun alınmamasını əsas gətirərək sözügedən ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İpoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə ipoteka əqdin bir növü olduğuna görə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (MMin 269.1-269.3-cü maddələri). Bununla yanaşı, nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Məhkəmə həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli qərarını əsas gətirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz kimi hüquqi mövqe ortaya qoymuşdur. Göründüyü kimi qanunvericilikdə mülkiyyətçi tərəfindən ona məxsus əmlakın ipoteka və ya girov qoyulması zamanı həmin ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılığının alınmasına zərurət olmadığı qanunvericilikdə müəyyən edilmişdir. Belə ki, mülkiyyətdə olan daşınmaz əmlakın girov və ya ipoteka ilə yüklü edilməsi onun özgəninkiləşdirilməsi anlamına gəlmir. Bu əsasdan ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınması şərtini qanunvericilik istisna edir. Göründüyü kimi bu əsasa istinad etməklə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi yol verilməzdir. İddiaçı tərəfindən həmin ipoteka müqaviləsi mübahisələndirilsə də, onun qanuniliyini şübhə altına alan hər hansı bir sübut müəyyən olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Bundan başqa, əqdin etibarsızlığı barədə iddia vermək üçün nəzərdə tutulmuş 1 (bir) illik müddətdə keçmişdir. Etibarsız əqdlərdə müddət iddia müddəti kimi deyil kəsici müddət kimi götürüldüyündən əqdin imzalandığı andan müddət axımı başlayır ki, bu müddətdə 30 iyul 2013-cü il tarixdən hesablanmaqla artıq üzərindən 10 (on) ildən çox müddət keçmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Cavabdeh2na qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Cavabdeh2na qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3353/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3353/2023
28.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver