Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3358/2020 06.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə 06 iyul 2020-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxxxxxxxxxxxx” MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə 573 AZN borcun, 79.77 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxxxxxxx MMC" ilə Cavabdeh arasında bağlanmış “Nisyə Alqı-satqı” müqaviləsinə əsasən cavabdeh 666 manat dəyərində nisyə aldığı malın 40 manatını ilkin olaraq ödəmiş, qalan 626 manatı isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. "xxxxxxxxxxxxxx"xxxxxxxxxxxxxxxxxxxxx"xxxxxxxxx MMC" arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən fiziki şəxs "xxxxxxxxx MMC"-nin Cavabdeh qarşı olan 626 manat məbləğindəki tələb hüququ "xxxxxxxxxxxxxx" MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun "xxxxxxxxxxxxxx" MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdeh bugünə qədər ödəniş etməmişdir. Cavabdehin bugünə 573 manat əsas borcu, 79.77 manat cərimə borcu yaranmışdır. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə 573 AZN borcun, 79.77 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, “xxxxxxxxx MMC” ilə Cavabdeh arasında 04.09.2019-cu il tarixdə dəyəri 576 manat olan 1 ədəd “Samsung A405 DS 64 (R) Black” modelli mobil telefonun və dəyəri 90 manat olan 1 ədəd “Al-dəyiş Plus 501-79,770” adlı avadanlığın nisyə alqı-satqısına dair müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən “Satıcı” dəyəri 666 AZN olan malı “Alıcı”ya nisyə satmağı, “Alıcı” isə malı qəbul edib, satılmış əşyaya görə 40 AZN ilkin ödəniş etməklə, qalan 626 manat məbləği 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4.4-cü bəndinə əsasən “Alıcı” qalan borcun ödənilməsini gecikdirdiyi halda, geciktirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 79,77 manat təşkil edir. 04.09.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 04.09.2019-cuil tarixli əşyanın nisyə alqısatqısı müqaviləsi üzrə dəyəri 576 manat olan 1 ədəd “Samsung A405 DS 64 (R) Black” modelli mobil telefon və dəyəri 90 manat olan 1 ədəd “Al-dəyiş Plus 501-79,770” adlı avadanlıq bütün texniki sənədləri və ləvazimatı ilə birlikdə alıcıya təhvil verilmişdir. “xxxxxxxxx MMC” ilə “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış 17.08.2019-cu il tarixli, R- 113/19 saylı faktorinq müqaviləsinə əsasən Faktor (“xxxxxxxxxxxxxx” MMC) borclu (Müştərinin ona qarşı pul tələbi olan fiziki şəxs) barəsində Müştərinin (“xxxxxxxxx” MMC) borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verməyi (müştərinini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt etməyi öhdəsinə götürmüşlər. Müqavilənin imzalanması ilə faktor borcluya münasibətdə kreditor qismində çıxış etmək, borcludan öhdəliklərinin icra edilməsini tələb etmək, ödənişin gecikdirilməsinə görə əsas müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək üzrə hüquqlar əldə edir. 17.08.2019-cu il tarixli, R-113/19 saylı faktorinq müqaviləsinə əlavə olunan 09.09.2019-cu il tarixli, R-113/19-0004 saylı Sazişdən görünür ki, Cavabdeh 626 manat borcun tələb edilməsi hüququ “xxxxxxxxx” MMC tərəfindən “xxxxxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxx MMC” ilə Cavabdeh arasında 04.09.2019-cu il tarixli əşyanın nisyə alqı-satqısı müqaviləsindən irəli gələn pul tələbinin “xxxxxxxxxxxxxx” MMC-yə güzəşt edilməsi barədə Cavabdehna bildirilmişdir. “xxxxxxxxxxxxxx” MMC-nin 16.03.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 16.03.2020-ci il tarixli, WS000040 saylı alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh 16.03.2020-ci il tarixə onun “xxxxxxxxxxxxxx” MMC-yə 573 manat əsas, 79,77 manat cərimə borcu, cəmi 652,77 manat məbləğində borcu vardır. 17.03.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ 631841052) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, “xxxxxxxxx MMC” ilə Cavabdeh arasında 04.09.2019-cu il tarixdə dəyəri 576 manat olan 1 ədəd “Samsung A405 DS 64 (R) Black” modelli mobil telefonun və dəyəri 90 manat olan 1 ədəd “Al-dəyiş Plus 501-79,770” adlı avadanlığın alqı-satqısına dair müqavilə bağlanılmışdır. “xxxxxxxxx MMC” ilə “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış 17.08.2019-cu il tarixli, R-113/19 saylı faktorinq müqaviləsi və ona əlavə olunan 09.09.2019-cu il tarixli, R-113/19-0004 saylı Sazişə əsasən Cavabdeh 626 manat borcun tələb edilməsi hüququ “xxxxxxxxx” MMC tərəfindən “xxxxxxxxxxxxxx” MMC-yə güzəşt edilmişdir. Bu barədə bildiriş cavabdehə təqdim edilmişdir. Göründüyü kimi, “xxxxxxxxx MMC” ilə Cavabdeh arasında bağanmış nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin 16.03.2020-ci il tarixə əsas borc üzrə 573 manat, cərimə borcu üzrə 79,77 manat, cəmi 652,77 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 655.1 və 655.2-ci maddələrinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Bu Məcəllənin 657.4-cü maddəsinin tələblərinə görə əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Beləliklə cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Məhkəmə qeyd edilən müqavilə üzrə cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüququn iddiaçıya güzəşt edildiyini və bu barədə cavabdehin məlumatlı olduğunu nəzərə alaraq hesab edir ki, “xxxxxxxxxxxxxx” MMC hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdeh isə tərəf olduğu müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının etibarlı müqavilə üzrə yaranmış bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPMnin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 573 manat əsas borc, 79,77 manat cərimə borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat və banka xidmət haqqı kimi ödənilmiş 0,40 manat, cəmi 683,17 manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxxxxxxx” MMC-yə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia təmin edilsin. Əsas borc üzrə 573 manat, cərimə borcu üzrə 79,77 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat və banka xidmət haqqı kimi ödənilmiş 0,40 manat, cəmi 683,17 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “xxxxxxxxxxxxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3358/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3358/2020
06.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver