Məhkəmə qərarları › İş №2(006)-3361/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3361/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3361/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh “xxxx” MMC ilə 06.01.2019-cu il, 25.03.2019-cu il və 18.09.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********14599 olan “Xiaomi Mi A2 Lite” markalı telefon, “Panasonic” markalı ev telefonu və “Demir Dokum” markalı su qızdırıcı almış və nəticədə 64 (altmış dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 484 (dördyüz səksən dörd) manat (12 ay x 40 manat + 4 manat ilkin ödəniş), İMEİ Kodu **********14599 olan “Xiaomi Mi A2 Lite” markalı telefon üçün ümumilikdə, 44 (qırx doqquz) manat olmaqla ondan, 40 (qırx) manat ödənilməmiş hissə, 12 manat cərimə (30 gün x 0.40 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 4 (dörd) manat cərimə miqdarında borc yaranmışdır. 25.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 48 (qırx səkkiz) manat (12 ay x 4 manat + 0 manat ilkin ödəniş) “Panasonic” markalı ev telefonu üçün ümumilikdə, 10 (on) manat olmaqla ondan, 10 (on) manat ödənilməmiş hissə, 3 manat cərimə (90 gün x 0.04 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə; 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 252 (iki yüz əlli iki) manat (6 ay x 42 manat + 0 manat ilkin ödəniş) “Demir Dokum” markalı su qızdırıcı üçün ümumilikdə, 10 (on) manat olmaqla ondan, 10 (on) manat ödənilməmiş hissə, 12 manat cərimə (30 gün x 0.42 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə. Cavabdehin cəmi ödədiyi məbləğ 724 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən 06.01.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********14599 olan “Xiaomi Mi A2 Lite” markalı telefon üçün 40 manat ödənilməmiş hissə, 4 manat cərimə, 25.03.2019-cu il tarixli müqavilə üzrə “Panasonic” markalı ev telefonu üçün 10 manat ödənilməmiş hissə, 0 manat cərimə, 18.09.2019-cu il tarixli müqavilə üzrə “Dəmir Dokum” markalı su qızdırıcı üçün 10 manat ödənilməmiş hissə, 0 manat cərimə, ümumilikdə 64 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 84 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə göndərilmiş bildiriş onun tərəfindən 21.04.2021-ci il tarixdə qəbul edilsə də, məhkəməyə iddia ilə bağlı etiraz ərizəsi daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 06 yanvar 2019-cu il il tarixli, 00458135 saylı müqavilədən görünür ki, «xxxx» MMC “Xiaomi Mi A2 lite” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqaviləyə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ilkin ödəniş 4 manat ödəməklə hər ay 40 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 25 mart 2019-cu il tarixli müqavilədən görünür ki, «xxxx» MMC “Panasonic” markalı ev telefonunu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqaviləyə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 4 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış 18 sentyabr 2019-cu il tarixli müqavilədən görünür ki, «xxxx» MMC “Demir Dokum” markalı su qızdırıcısını Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqaviləyə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 06 ay müddətinə hər ay 42 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş 15 mart 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə 06.01.2019-cu il tarixli müqavilə üzrə 40 manat ödənilməmiş hissə, 4 manat cərimə pulu olmaqla, ümumilikdə 44 manat, 25.03.2019-cu il tarixli müqavilə üzrə 10 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu olmaqla, ümumilikdə 10 manat, 18.09.2019-cu il tarixli müqavilə üzrə 10 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu olmaqla, ümumilikdə 64 manat, hər üç müqavilə üzrə ümumilikdə isə 60 manat əsas, 4 manat cərimə, cəmi 64 manat borcu vardır. «xxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış 09.03.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh «xxxx» MMC ilə 06.01.2019-cu il, 25.03.2019-cu il və 18.09.2019-cu il tarixli müqavilələrə əsasən “Xiaomi Mi A2 Lite” markalı telefon, “Panasonic” markalı ev telefonu və “Demir Dokum” markalı su qızdırıcı almış və nəticədə 64 manat borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə 06.01.2019cu il tarixli müqavilə üzrə 40 manat ödənilməmiş hissə, 4 manat cərimə pulu olmaqla, ümumilikdə 44 manat, 25.03.2019-cu il tarixli müqavilə üzrə 10 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu olmaqla, ümumilikdə 10 manat, 18.09.2019-cu il tarixli müqavilə üzrə 10 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu olmaqla, ümumilikdə 10 manat, hər üç müqavilə üzrə ümumilikdə isə 60 manat əsas, 4 manat cərimə, cəmi 64 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 20 (iyirmi) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 06.01.2019-cu il tarixli müqavilə üzrə 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə pulu olmaqla, ümumilikdə 44 (qırx dörd) manat, 25.03.2019-cu il tarixli müqavilə üzrə 10 (on) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu olmaqla, ümumilikdə 10 (on) manat, 18.09.2019-cu il tarixli müqavilə üzrə 10 (on) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu olmaqla, ümumilikdə 10 (on) manat, hər üç müqavilə üzrə ümumilikdə isə 60 (altmış) manat əsas, 4 (dörd) manat cərimə, cəmi 64 (altmış dörd) manat borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 84 (səksən dörd) manat məbləğində pul tutularaq «xxxx» MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 06.01.2019-cu il tarixli müqavilə üzrə 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə pulu olmaqla, ümumilikdə 44 (qırx dörd) manat, 25.03.2019-cu il tarixli müqavilə üzrə 10 (on) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu olmaqla, ümumilikdə 10 (on) manat, 18.09.2019-cu il tarixli müqavilə üzrə 10 (on) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu olmaqla, ümumilikdə 10 (on) manat, hər üç müqavilə üzrə ümumilikdə isə 60 (altmış) manat əsas, 4 (dörd) manat cərimə, cəmi 64 (altmış dörd) manat borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 84 (səksən dörd) manat məbləğində pul tutularaq «xxxx» MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar