Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3363/2021 21.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qızına qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 27 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı televizor, Hoffmann markalı televizor və televizor asqısı, Apple markalı qulaqlıq, İmmergas markalı kombi və Hoffmann markalı fen üçün 3608 manat ödənilməmiş hissə, 1082 manat dəbbə, cəmi 4690 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4720 manat cavabdehdən alınaraq MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, cavabdeh MMC ilə 27 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı televizor, Hoffmann markalı televizor və televizor asqısı, Apple markalı qulaqlıq, İmmergas markalı kombi və Hoffmann markalı fen almış və nəticədə 4690 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3940 manat (12 ay x328 manat + 4 manat ilkin ödəniş) Samsung markalı televizor, Hoffmann markalı televizor və televizor asqısı, Apple markalı qulaqlıq, İmmergas markalı kombi və Hoffmann markalı fen üçün cəmi 4690 manat olmaqla ondan 3608 manat ödənilməmiş hissə, 1082 manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 332 manat təşkil edir. Bundan başqa, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır ki, həmin məbləğin də cavabdehdən tutulmasını xahiş edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, vaxtı ilə Samsung markalı televizor, Hoffmann markalı televizor və televizor asqısı, Apple markalı qulaqlıq, İmmergas markalı kombi və Hoffmann markalı feni işinə güvənib almışdır. Hal-hazırda “xxxx” MMCyə olan borcunu maddi imkanı yaxşı olmadığı üçün ödəyə bilmir. Sonda Cavabdeh məhkəmədən dəbbə borcunu azaldılmaqla iddianın qismən təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, MMC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli müqavilənin şərtlərinə görə, cəmi dəyəri 3940 manat olan Samsung markalı televizor, Hoffmann markalı televizor və televizor asqısı, Apple markalı qulaqlıq, İmmergas markalı kombi və Hoffmann markalı fen Cavabdeh müvəqqəti sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh isə 27 dekabr 2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətinə, hər ayın ödəniş haqqı 3285 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə Cavabdeh arasında əşyaların nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Bu səbəbdən də, Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, yəni 27 dekabr 2019-cu il tarixli müqavilə ilə MMC-nin tələb etdiyi 3608 manat məbləğində əşyaların satış qiymətini ödəməyə borcludur. 27 dekabr 2019-cu il tarixli tarixli müqavilənin şərtlərinə görə cavabdeh 12 ay ərzində, hər ay 328 manat olmaqla, cəmi 3936 manat məbləğində pulu iddiaçıya ödəməlidir. MMC bu məbləğin 27 dekabr 2019-cu il tarixli müqavilə üzrə cəmi 332 manat məbləğində hissəsinin ödənildiyini bildirir, qalan 3608 ödənilməsini isə tələb edir. MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». MMC tərəfindən irəli sürülən, 27 dekabr 2019-cu il tarixli müqavilə üzrə 1082 manat məbləğində cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nın 600.5-ci maddəsinə əsasən «alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər». Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin 27 dekabr 2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 36080 manat məbləğində borc üçün tələb etdiyi 1082 manat məbləğində dəbbə tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi dəbbə pulunun məbləğini azaldaraq 27 dekabr 2019-cu il tarixli müqavilə üzrə isə 50 manat məbləğində müəyyən edir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, qeyd olunanlara əsasən 27 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı televizor, Hoffmann markalı televizor və televizor asqısı, Apple markalı qulaqlıq, İmmergas markalı kombi və Hoffmann markalı fen üçün 3608 manat ödənilməmiş hissə, 50 manat dəbbə, cəmi 3658 (üç min altı yüz əlli səkkiz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216- 220 və 222-ci maddələrinə rəhbər tutaraq, qət etdi: İddia qismən təmin olunsun. 27 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı televizor, Hoffmann markalı televizor və televizor asqısı, Apple markalı qulaqlıq, İmmergas markalı kombi və Hoffmann markalı fen üçün 3608 manat ödənilməmiş hissə, 50 manat dəbbə, cəmi 3658 (üç min altı yüz əlli səkkiz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3363/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3363/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver