Məhkəmə qərarları › İş №2(006)-3433/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3433/2022

08.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3433/2022 08.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 11 saylı ərazi idarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 11 saylı ərazi idarəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, JN-940 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi hazırda ünvan 1 ünvanında yaşayır. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə ərizəçinin və X7 ümumi birgə mülkiyyətinə 0.35 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-940 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında ərizəçinin atasının adı yanlış olaraq “Məmməd” kimi göstərilmişdir. Lakin ərizəçinin bütün sənədlərində soyadı, adı, ata adı “Ərizəçi” qeyd edilmişdir. Ərizəçi hazırda həmin torpaq sahəsini satmaq istəyir, lakin ata adında yanlışlıq olduğundan, mülkiyyətində olan torpaq sahəsi ilə bağlı sənədləşmə işlərini apara bilmir. Bununla bağlı DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, onun tələbindən imtina edilmişdir. Hazırda qeyd olunan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında olan yanlışlığı aradan qaldıra bilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 11 saylı ərazi idarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki hazırlıq iclasında şahid qismində çıxış edən X13 ərizəçinin onun qardaşının həyat yoldaşı olduğunu, onların 1988-ci ildə ailə həyatı qurduqlarını, hazırda qardaşının Rusiya Federasiyasında olduğunu və alqı-satqı üçün etibarnamə verdiyini bildirmişdir. Bundan əlavə, 2015-2016-cı illərdə ərizəçinin ata adının Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında “Məhərrəm” deyil, texniki xəta kimi “Məmməd” olaraq göstərildiyini bilmişlər və bununla bağlı Şəmkir rayon Bələdiyyəsinə müraciət etmişlər. Bələdiyyə texniki səvin bələdiyyə tərəfindən edildiyini bildirərək, onlara arayış vermiş və həmin arayışın bütün dövlət orqanlarında keçərli olduğunu qeyd etmişdir. Hazırda torpaq sahəsini ərizəçinin səhhətində yaranan problemlə bağlı satmaq istədiklərini əlavə etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, məhkəmənin əvvəlki hazırlıq iclasındakı şahidin izahatını nəzərə alıb, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AZ-İİİ seriyalı 778404 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X4r. Mülki işin materiallarında olan İV-ЖГ seriyalı 471574 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X2 Kifayət Məhərrəm qızı ilə xx.xx.1988-ci il tarixdə nikahlarını bağlamışlar. Nikahdan sonra arvada Alıyeva soyadı verilmişdir. Mülki işin materiallarından görünür ki, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi Ərizəçi məxsusdur. Mülki işin materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-940 (KOD ********) saylı xx.xx.1998-ci il tarixli Dövlət Aktından görünür ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 52 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.35 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X8 (torpaq mülkiyyətçisi) və Ərizəçi Məmməd qızına (ailə üzvləri) verilmişdir. Dövlət aktı qeydiyyat kitabında 2/9641 nömrə ilə qeydiyyata alınıb. Mülki işin materiallarına, həmçinin, mülkiyyətə verilmiş torpaq sahəsinin planı/cizgisi, qaiməsi/sertifikatı da əlavə edilmişdir. Mülki işin materiallarında olan Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Düyərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2016-cı il tarixli 1001 nömrəli arayışından görünür ki, Torpağa Mülkiyyət Hüququna dair JN-940 saylı X15 Kifayət Məmməd qızı səhv yazılmışdır. Onun soyadı, adı və atasının adı Ərizəçi kimi oxunsun. Arayış Şəmkir rayonu DƏDRX-nə təqdim etmək üçün verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********34 saylı cavab məktubundan görünür ki, ərizəçi və ailə üzvünə məxsus olan, Şəmkir şəhərində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-940 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda səhv yazılmış ata adına düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Müvafiq qanunvericilik aktına istinad olunaraq, ərizəçiyə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizənin məhkəməyə verilməsinə görə ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, X5 xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X4r. O, xx.xx.1988-ci il tarixdə X10 ilə nikaha daxil olmuş və Alıyeva soyadını götürmüşdür. Ərizəçi nikaha daxil olduqdan sonra onun soyadı, adı, ata adı Ərizəçi olmuşdur. Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 52 nömrəli qərarı ilə ərizəçiyə və X3 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.35 hektar torpaq sahəsi verilmişdir. Lakin Torpağa Mülkiyyət Hüququna dair JN-940 (KOD ********) saylı xx.xx.1998-ci il tarixli Dövlət Aktında ərizəçinin ata adı səhvən “Məmməd” kimi qeyd edilmişdir. Ərizəçi səhvin düzəldilməsi məqsədilə Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Düyərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə müraciət etmiş və ona səhvin düzəldilməsi məqsədilə arayış verilmişdir. Bundan sonra ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin səhv yazılmış ata adına düzəliş edilməsinin İdarənin səlahiyyətləri xaricində olduğu bildirilmiş və ona aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ərizəçi hazırda torpaq sahəsini satmaq istəsə də, hüquqmüəyyənedici sənəddə ata adının səhv göstərilməsi səbəbindən sənədləşmə işlərini həyata keçirə bilmir. Buna görə də səhvin aradan qaldırılması və sənədin əslində ərizəçiyə məxsus olmasını təsdiqləmək məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Torpağa Mülkiyyət Hüququna dair JN-940 saylı Dövlət Aktı ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, sözügedən aktda X7 və Ərizəçi Məmməd qızının adları qeyd edilmişdir. X1 verilməsi hissəsinə münasibətdə mübahisə olmadığından, məhkəmə hesab edir ki, həmin hissəyə hüquqi qiymət verməyə zərurət yoxdur. Belə ki, X1 məxsus olması faktı mübahisəsizdir. Buna görə də məhkəmə tərəfindən bu məsələnin araşdırılması və ya məsələyə hüquqi qiymət verilməsi zəruri deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə Torpağa Mülkiyyət Hüququna dair JN-940 saylı Dövlət Aktına yalnız mübahisəli hissədə qiymət verməyi zəruri hesab edərək, işi bu istiqamətdə araşdırmış və müvafiq nəticəyə gəlmişdir. Belə ki, hazırda ərizəçi aktda ata adının səhv qeyd edilməsi səbəbindən öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Həmin yanlışlığa isə ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Bu səbəbdən də, fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.5-ci maddələrinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Sözügedən Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə müvafiq olaraq, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli JN-940 saylı 50400058 kod nömrəli “Torpağın mülkiyyəthüququna dair Dövlət Aktı”nın xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu isə ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-308, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli JN-940 saylı 50400058 kod nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın xx.xx.1958ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar