Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3433/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus **********00020 saylı abonent koduna qanunsuz hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə abonent arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və imzalanmış həmin müqavilə əsasında cavabdeh ona məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Azərqaz İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə sayğacın tipi mexaniki “Elster”, nömrəsi 0655902, markası G-6 nömrəli qaz sayğacı quraşdırılmışdır. Belə ki, mübahisəli sayğac yenisi ilə əvəz olunan zaman tərtib olunmuş akta "dövlət yoxlamasına göndərilir” qeyd olunmuş, laboratoriya yoxlamasından sonra isə həm möhür vurulmuş qurğuşunun və nömrəli plombun olmadığı, həm də zavod qurğuşun plombunun yerinə mənşəyi məlum olmayan plombun olduğu aşkar olunmuşdur. Bundan sonra cavabdeh tərəfindən dəymiş ziyan kimi 6480 kub.m sərfiyyat hesablanmış və nəticə etibarilə əsassız və qanunsuz olaraq həmin sərfiyyat üzrə 777,60 manat məbləğində borc müəyyən olunmuşdur. Hansı ki, cavabdehin özü tərəfindən tərtib olunmuş akt arasında kifayət qədər ziddiyyətlər mövcuddur. Belə ki, cavabdeh tərəfindən qaz sayğacının çıxardılması, quraşdırılması və istifadəyə qəbulu haqqında xx.xx.2023-cü il tarixli nömrəsi ******* akt və aşağıda qeyd edilən digər aktlar tərtib edilmişdir. Akt - qaz sayğacının çıxardılması, quraşdırılması və istifadəyə qəbulu haqqında akt, təbii X1nın pozulması haqqında, akt - qaz sayğacının dövlət yoxlanmasından keçirilməsi barədə, tələbnamə - dəymiş ziyanın bərpasına dair, eləcə də sözügedən aktda aşağıdakı məlumatlar öz əksini tapmışdır. Çıxarılan sayğacın tipi mexaniki “Elster”, markası G-6, nömrəsi 0655902, qırılan plombun nömrəsi oxunmur. Mexaniki göstərici 15808, elektron göstərici 00000,0, quraşdırılan sayğacın tipi “Zenner”, markası G-4 smart, nömrəsi **********360, vurulan plombun nömrəsi ********. Sayğacın (plombun) çıxarılma səbəbi zavod qurğuşun plombu yerində yoxdur. Sayğacın (plombun) quraşdırılma səbəbi əvəz etmədir. Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexaniziminin qoruyucu qapağın üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu. Sayğac istismara yararsızdır. Belə ki, abonent saldosuna əsasən asanlıqla görmək olar ki, yay aylarında orta hesabla 6-10 manat, qış aylarında isə 15-22 manat civarında qaz sərfiyyatı etsə də, cavabdeh astranomik bir rəqəmlə əsassız olaraq borc hesablamışdır. Göründüyü kimi, aylıq qaz sərfiyyatları hər il eyni stabilliklə qeydə alınmışdır. Sual olunur o halda ki, bu məbləğlərin haradan yaranması anlaşılan deyil. Eləcə də göstərilən mənzildə yaşadıqları bütün müddət ərzində heç bir zaman kommunal borcları olmamışdır, sərf etdikləri qaz sərfiyyatının borcları vaxtlı-vaxtında mütəmadi olaraq tam ödənilmişdir. Hansı ki, sayğac dəyişdirilərkən iddiaçıya heç bir məlumat verilməmiş, dəyişdirilən sayğacın son göstəricisi ona təqdim edilməmiş və sayğacın dəyişdirilməsini təsadüfən öyrənmişdir. Belə ki, istəsələr belə qaz sayğacına müdaxilə edə bilməzlər. Bunu nəzərə alaraq hesab edir ki, yazılmış borc qanunsuzdur və ona görə də ləğv olunmalıdır. Beləliklə, Azərqaz İB onun adına olan **********02000 saylı abonent Koduna qanunsuz olaraq 6480 kubmetr borc hesablamışdır və həmin qanunsuz hesablanmış borcu onun ödəməyini tələb edirlər. Hesab edir ki, Azərqaz İB qanunsuz olaraq ona borc hesablamışdır və adına olan abonent koduna qanunsuz hesablanmış borcun silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı və qanunsuz olaraq ona hesablanmış borc silinməlidir. Belə ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşımasının Qaydalarda müəyyən edilməsi, həmçinin qaz təchizatçısının ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli olması heç də, həmin sayğaclara qəsdən, bilərəkdən müdaxilə edilməsi, habelə qazdan qanunsuz istifadə məqsədilə qaz xəttinə müdaxilə edilməsi zamanı istehlakçını məsuliyyətdən azad edən norma kimi başa düşülməməlidir. Belə ki, “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda göstərilmişdir ki, həmin ünvanda yerləşən qaz xətti üzərində quraşdırılmış G-6 markalı turbin tipli “Elster” markalı qaz sayğacı dövlət yoxlamasına aparılmaq üçün xəttdən çıxarılmış və həmin vaxt sayğacın mexaniki göstəricisi 15808 kub.m., elektron göstəricisi 00000,0 kub.m. olmuşdur. Eləcədə paylayıcı ilə istehlakçı arasında bağlanmış "Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilələrə görə, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 3.1, 3.4 və 7.1-ci maddələrinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) k.m. üçün 0,10 manat məbləğində müəyyən edilir. Cavabdeh tərəfindən təqdim edildikdən sonra (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Bu müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə etirazla müraciət edilərək bildirilmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00020 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış G-6 markalı ******* nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3- 5-9570/Q002 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 6480 m3 təşkil etmişdir. Hesablanmış 777,60 manat məbləğində dəymiş ziyan 2023-cü ilin sentyabr ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********00020 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən ərizəni nəzərə alıb, məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, mexaniki “Elster” tipli sayğac zavod qurğuşun plombu yerində olmaması səbəbindən çıxarılmış və əvəzində sayğacın tipi “Zenner”, markası G-4, nömrəsi **********360, vurulan plombun nömrəsi 13076399 olan sayğac quraşdırılmışdır. Qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış, heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və qaz sayğacı abonentə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən dəymiş ziyan həcminin hesablanması üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: G-4 markalı qaz sayğacının nominal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 6840 m3. İş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı ünvan 2 ünvanında sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar olunduğu, sayğacın istismara yararsız olduğu göstərilərək, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosuna əsasən **********00020 abonent kodu üzrə 777,60 manat borc hesablanmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Lakin iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Qeyd etmək lazımdır ki, «İstehlakçıların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı Qərarı ilə təsdiq edilmiş «X1»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı Qərarı ilə təsdiq edilmiş «X1»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı Qərarı ilə təsdiq edilmiş «X1»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İşin faktiki hallarından görünür ki, sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsinin və bunun nəticəsində zərər vurulmasının iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, sayğacda pozuntunun aşkar edilməsi səbəbilə akt tərtib edilərkən Cavabdeh İB-nin əməkdaşları sayğacın abonentin nəzarətindən kənar ərazidə quraşdırıldığını nəzərə almamış, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığına diqqət yetirməmiş və akt tərtib etməklə, qanunvericiliyin tələblərinin pozulmasına yol vermişlər. Digər tərəfdən aktın tərtib edildiyi tarixə diqqət yetirilsə müəyyən etmək olar ki, akt 2023-cü ilin sentyabr ayında tərtib edilmiş və əlavə qaz sərfiyyatı üçün 777 manat 60 qəpik məbləğində borc hesablanmışdır. Lakin qeyd edilməlidir ki, iddiaçının 2010-cu ildən etibarən aylıq qaz sərfiyyatını əks etdirən abonentin saldosuna baxış keçirdikdə sonuncunun aktın tərtib edildiyi tarixə əvvəlki illər üzrə sərfiyyatının həcmi xeyli aşağı olmuşdur. Qaz sərfiyyatını əks etdirən abonentin saldosundan savayı iqlim şəraiti nəzərə alınsa payız ayında qaz sərfiyyatına görə 777 manat 60 qəpik məbləğində borcun hesablanması inandırıcı deyildir. Bununla da məhkəmə hesab edir ki, Cavabdeh İB xx.xx.2023-cü il tarixli aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmin aktda göstərilən hal isə sübuta yetirilməmişdir; buna görə də, sözügedən akt mötəbər sayıla və ona əsasən hesablanmış borc məbləği qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Yəni Cavabdeh İB, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Göründüyü kimi, iddia əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanı üzrə **********00020 saylı abonent koduna hesablanmış 777 manat 60 qəpik borc əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanı üzrə **********00020 saylı abonent koduna hesablanmış 777 manat 60 qəpik borc əsassız sayılaraq silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3433/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3433/2024
03.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver