Məhkəmə qərarları › İş №2(006)-3434/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3434/2025

23.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3434/2025 23.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh Kontakt X1rşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı Fərəcli X2 X1rşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

Əsaslandırıcı hissə:

3. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, hazırkı iş üzrə cavabdeh “Cavabdeh Mağazalar Şəbəkəsi” adlı hüquqi şəxs mövcud deyil. Cavabdeh qismində fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar çıxış edə bilərlər. 4.İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının cavabdeh qismində cəlb etmək istədiyi şəxs "xxxx" MMC-dir. Qeyd edilməlidir ki, "xxxx" MMC-nin qeydiyyat ünvanı Yasamal rayonu ərazisində olduğuna görə iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməlidir. Bundan əlavə, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı istehlakçı olaraq hüquqlarının pozulduğunu iddia edir. Belə olan halda iddiaçı öz seçiminə əsasən özünun qeydiyyatda olduğu ünvan üzrə, yəni Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə də müraciət edə bilər.

5. İddia ərizəsinə əlavə edilmiş 16.*5.2*25-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 1**,** manat məbləğində dövlət rüsumu ödənilmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 35.1-ci maddə. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.9-cu maddə. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 5*.1-ci maddə. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 5*.3-cü maddə. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 114.1.2-ci maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1-ci maddə. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.6-cı maddə. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 43.1-ci maddə. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

8. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh qismində “Cavabdeh Mağazalar Şəbəkəsi”ni qeyd etmişdir. Halbuki, bu adlı hüquqi şəxs mövcud deyil. Buna görə də iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən, aidiyyəti məhkəməyə cavabdeh qismində düzgün şəxsi qeyd etməklə müraciət edilməlidir.

Nəticə:

8. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı cavabdeh Kontakt X1rşı “pul” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 1** (yüz) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar