Məhkəmə qərarları › İş №2(006)-3444/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3444/2021

16.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3444/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” iddia tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Məhəmmədəli oğluna qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında **********18-11301 №-li Çıxarışa əsasən onun tam mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 1620 ünvanda yerləşən bağ sahəsindən və bağ evindən cavabdeh – xx.xx.1974-ü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və daimi orada ailəsi ilə yaşayan Cavabdeh Məhəmmədəli oğlunun məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması, son üç il, yəni otuz altı ay ərzində bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı meyvə ağaclarının barından onun icazəsi olmadan özbaşına olaraq istifadə etməsi nəticəsində ona vurulmuş maddi ziyan kimi, hər ay üçün 300 (üç yüz) manat olmaqla, cəmi 10800 (on min səkkiz yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh Məhəmmədəli oğlundan tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə vəsatətlə müraciət edərək cavabdehin əsl cavabdeh olan Cavabdeh ilə əvəz edilməsini və cavabdehin qeydiyyat ünvanı ünvan 3əhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-2822/2021 saylı qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək qeyd edilən iş aidiyyət üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən İddiaçı iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, mülki iş üzrə cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 103, mənzil 8-də qeydiyyatda olmasını nəzərə alıb, ərazi aidiyəti üzrə hazırki mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi əsassızdır. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında **********18-11301 №-li Çıxarışdan görünür ki, mübahisələndirilən əmlak - Bakı şəhərinin Sabunçu rayonunun ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - Mülki-Prosessual Məcəllənin) 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Mülki-Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki-Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından, mülki işin ərazi aidiyyatının müəyyən edilməsi üçün İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar