Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-276/2025 06.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfail oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə 06 mart 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi X2 xx.xx.1982-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X13 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, X3 onun ata nənəsi olmuşdur. Atası xx.xx.1995-ci ildə vəfat etmişdir. X10 1909-cu ildə anadan olmuş, xx.xx.1982-ci ildə vəfat etmiş və Tərtər rayon Qaynaq kənd qəbristanlığında dəfn edilmişdir. Lakin, nənəsi Gülüstanın ölümünə dair şəhadətnamə alınmamışdır. Vərəsəlik işi üçün ondan nənəsi Gülüstanın ölümü haqqında şəhadətnamə istənilmişdir. X5 ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də hazıkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. . Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin nənəsi Gülüstan 1982-ci ildə vəfat etmişdir. Gülstan Tərtər rayon Qaynaq kənd qəbristanlığında dəfn edilmişdir. Gülüstanın yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin nənəsi Gülüstan xx.xx.1982-ci ildə vəfat etmişdir. Gülüstan Tərtər rayon Qaynaq kənd qəbristanlığında dəfn edilmişdir. Gülüstanın yas mərasimində iştirak etmişdir. İşdə olan Mirbəşir rayonunun VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1973-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci ildə anadan olmuş, atası kimi X11 ... qeyd olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X11 xx.xx.1942-cı ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olmuş, ... anası kimi X3 qeyd olunmuşdur. İşdə olan Moskva şəhəri VVAQ şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.1995-ci ildə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-6- 5/7-C/2-6xx-xx/2024 nömrəli məktubdan görünür ki, X3 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün ölümü dövlət qeydiyyatına almaq mümkün deyildir və məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İşdə olan Tərtər rayonu Qaynaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X1 rayon Qaynaq kəndində 1982-ci ildə vəfat etmiş, həmin kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Tərtər rayon Dövlət Notariat Ofisi tərəfindən qəbul edilmiş “notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair” 793 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X3 və X6 qalan mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyü üçün Ərizəçi vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan X2 qəbr daşınının foto şəkilindən görünür ki, qəbr daşında “1909-1982” sözləri yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləni 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin nümayəndəsinin izahatı, şahidin ifadələri və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, ərizəçinin nənəsi X3 1909-cu ildə anadan olmuş, xx.xx.1982-ci il tarixdə Tərtər rayonunun Qaynaq kəndində vəfat etmiş və həmin kənd qəbristanlığında dəfn edilmişdir. Gülüstan Zeynalovanın ölümünü təsdiq edən həkim arayışı olmadığı üçün Maraqlı şəxsndən ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Vərəssəlik məsələlərrinin həlli üçün ərizəçinin nənəsi Gülüstana ölümü haqqında şəhadətnamənin alınması zəruridir. Gülüstan Zeynalovanın ölümü haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçinin nənəsi X2 xx.xx.1982-ci ildə Tərtər rayon Qaynaq kəndində ölməsini təsdiq edən ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün olmadığından X2 xx.xx.1982-ci ildə Tərtər rayon Qaynaq kəndində ölməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı və qanunidir. Ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 308, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: Ərizə təmin edilsin. 1909-cu ildə anadan olmuş X2 Tərtər şəhərində xx.xx.1982-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №2(061)-276/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-276/2025
06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver