Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3456/2020 17.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov İlham Məmməd oğlu, iddiaçı «XXX» MMC-nin cavabdeh xxx-a qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «XXX» MMC cavabdeh XXX-a qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh XXX «XXX» MMC ilə 21.06.2018-ci il və 14.09.2018-ci il tarixli müqavilələrinə əsasən, LG LED markalı televizor, soyuducu HOFFMANN və HP markalı kompüter almış və nəticədə 1864 (bir min səkkiz yüz altmış dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.06.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2255 (iki min iki yüz əlli beş) manat (18 ay x 120 manat + 95 manat ilkin ödəniş) olan LG LED markalı televizor, soyuducu HOFFMANN üçün 1454 (min dörd yüz əlli dörd) manat olmaqla ondan, 1322 (bir min üç yüz iyirmi iki) manat ödənilməmiş hissə, 132 (bir yüz otuz iki) manat cərimə və 14.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1116 (bir min yüz on altı) manat (18 ay x 62 manat + 0 manat ilkin ödəniş) olan HP markalı kompüterüçün 410 (dörd yüz on) manat olmaqla ondan, 373 (üç yüz yetmiş üç) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1676 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, cavabdeh müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, 21.06.2018-ci il tarixli müqaviləsinə əsasən, LG LED markalı televizor, soyuducu HOFFMANN üçün 1322 (bir min üç yüz iyirmi iki) manat ödənilməmiş hissə, 132 (bir yüz otuz iki) manat cərimə, cəmi 1454 manat və 14.09.2018-ci il tarixli müqaviləsinə əsasən, HP markalı kompüter üçün 373 (üç yüz yetmiş üç) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə, cəmi 410 manat, ümumilikdə 1864 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1894 manat pulun cavabdeh XXX-dan alınaraq «XXX» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «XXX» MMC ilə cavabdeh XXX arasında bağlanmış 21.06.2018-ci il tarixli, K00183293 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «XXX» MMC LG LED markalı televizoru və HOFFMANN markalı soyuducunu cavabdeh XXX-ə satmış, cavabdeh XXX alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 21.06.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, 21.06.2018-ci il tarixli, K00183293 saylı alqı-satqı müqaviləsi üzrə LG LED markalı televizor və HOFFMANN markalı soyuducu cavabdeh XXX tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. «XXX» MMC ilə cavabdeh XXX arasında bağlanmış 14.09.2018-ci il tarixli, 00295315 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «XXX» MMC HP markalı kompüteri cavabdeh XXX satmış, cavabdeh XXX alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 14.09.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, 14.09.2018-ci il tarixli, 00295315 saylı alqı-satqı müqaviləsi üzrə HP markalı kompüter cavabdeh XXX tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. «XXX» MMC tərəfindən məhkəməyə təqdim edilmiş 01.06.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh XXX «XXX» MMC-yə 21.06.2018-ci il tarixli, K00183293 saylı müqavilə üzrə 1322 manat ödənilməmiş məbləğ, 132 manat cərimə olmaqla, cəmi 1454 manat borcu, 14.09.2018-ci il tarixli, 00295315 saylı müqavilə üzrə 373 manat ödənilməmiş məbləğ, 37 manat cərimə borcu olmaqla, cəmi 410 manat borcu, ümumilikdə isə 1864 manat borcu vardır. «XXX» MMC tərəfindən cavabdeh XXX ünvanlanmış 06.03.2019-cu il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, «XXX» MMC ilə cavabdeh XXX arasında bağlanmış 21.06.2018-ci il tarixli, K00183293 saylı və 14.09.2018-ci il tarixli, 00295315 saylıəşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən «XXX» MMC LG LED markalı televizoru, HOFFMANN markalı soyuducunu və HP markalı kompüteri cavabdeh XXX-a satmış, cavabdeh XXX alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun «XXX» MMC-yə 21.06.2018-ci il tarixli, K00183293 saylı müqavilə üzrə 1322 manat ödənilməmiş məbləğ, 132 manat cərimə, cəmi 1454 manat borcu, 14.09.2018-ci il tarixli, 00295315 saylı müqavilə üzrə 373 manat ödənilməmiş məbləğ, 37 manat cərimə, cəmi 410 manat borcu olmaqla, ümumilikdə 1864 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 601.1ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla, 21.06.2018ci il tarixli, K00183293 saylı kredit müqaviləsi üzrə 132 (bir yüz otuz iki) manat və 14.09.2018-ci il tarixli, 00295315 saylı kredit müqaviləsi üzrə 37 (otuz yeddi) manat, cəmi 169 (bir yüz altımış doqquz) manat məbləğində cərimə borcunun tutulması ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh XXX-dan 21.06.2018-ci il tarixli, K00183293 saylı müqavilə üzrə 1322 (bir min üç yüz iyirmi iki) manat ödənilməmiş məbləğ, 132 (bir yüz otuz iki) manat cərimə, cəmi 1454 (bir min dörd yüz əlli dörd) manat borc, 14.09.2018-ci il tarixli, 00295315 saylı müqavilə üzrə 373 (üç yüz yetmiş üç) manat ödənilməmiş məbləğ, 37 (otuz yeddi) manat cərimə, cəmi 410 (dörd yüz on) manat borc olmaqla, ümumilikdə 1864 (bir min səkkiz yüz altımış dörd) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1894 (bir min səkkiz yüz doxsan dörd) manat manat məbləğində pul alınaraq iddiaçı «XXX» MMC-yə verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh XXX-dan 21.06.2018-ci il tarixli müqavilə üzrə 1322 (bir min üç yüz iyirmi iki) manat ödənilməmiş məbləğ, 132 (bir yüz otuz iki) manat cərimə, 14.09.2018-ci il tarixli müqavilə üzrə 373 (üç yüz yetmiş üç) manat ödənilməmiş məbləğ, 37 (otuz yeddi) manat cərimə, cəmi 1864 (bir min səkkiz yüz altımış dörd) manat borc, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1894 (bir min səkkiz yüz doxsan dörd) manat məbləğində pul alınaraq iddiaçı «XXX» MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-3456/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3456/2020
17.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver