Məhkəmə qərarları › İş №2(006)-3463/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3463/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3463/2020 14.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlu, İddiaçı «xxxxxxxxxxx» X1 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» X3 Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019 və xx.xx.2019-cuil tarixlimüqavilələrə əsasənİMEİ kodu **********46432 olan «Samsung Galaxy A7» markalı mobil telefon və paltaryuyan LG almış, nəticədə 1408 (bir min dörd yüz səkkiz) manat borc yaranmışdır.Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 889 manat (12 ay x 70 manat + 49 manat ilkin ödəniş) olan İMEİ kodu **********46432 Samsung Galaxy A7 markalıtelefon üçün ümumilikdə462manat olmaqla, ondan 420 manat ödənilməmiş hissə, 42 manat dəbbə pulu, xx.xx.2019-cuil tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1056 manat (11 ay x 96 manat + 0 manat ilkin ödəniş) olan LG markalıpaltaryuyan üçün ümumilikdə946manat olmaqla, ondan 860 manat ödənilməmiş hissə, 86 manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 665 manat təşkil edir. Müqavilənin şərtlərinə görə “müştəri” bu müqavilənin 2-ci bəndinin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********46432 Samsung Galaxy A7 markalıtelefon üçün ümumilikdə420 manat ödənilməmiş hissə, 42 manat dəbbə pulu, cəmi 462 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən LG markalıpaltaryuyan üçün 860 manat ödənilməmiş hissə, 86 manat dəbbə pulu, cəmi 946 manat, ümumilikdə 1408 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1438 manat Cavabdehalınaraq «xxxxxxxxxxx» X2 ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə göndərilmiş bildiriş onun tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilsə də, məhkəməyə iddia ilə bağlı etiraz ərizəsi daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC «Samsung Galaxy A7» markalıtelefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 70 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC LG markalıpaltaryuyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 11 ay müddətinə hər ay 96 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə cədvəlindən görünür ki, cavabdeh X4 «xxxxxxxxxxx» MMC-yə xx.xx.2019cu il tarixli müqavilə üzrə 420 manat ödənilməmiş hissə, 42 manat dəbbə pulu olmaqla, ümumilikdə 462 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 860 manat ödənilməmiş hissə, 86 manat dəbbə pulu olmaqla, ümumilikdə 946 manat, hər iki müqavilə üzrə ümumilikdə isə 1280 manat əsas, 128 manat dəbbə, cəmi 1408 manat borcu vardır. «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019 və xx.xx.2019-cuil tarixlimüqavilələrə əsasən«Samsung Galaxy A7» markalı mobil telefon və LG markalıpaltaryuyanı almış, nəticədə 1408 (bir min dörd yüz səkkiz) manat borc yaranmışdır.Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədəxx.xx.2019-cu il tarixli müqavilə üzrə 420 manat ödənilməmiş hissə, 42 manat dəbbə pulu olmaqla, ümumilikdə 462 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 860 manat ödənilməmiş hissə, 86 manat dəbbə pulu olmaqla, ümumilikdə 946 manat, hər iki müqavilə üzrə ümumilikdə isə 1280 manat əsas, 128 manat dəbbə, cəmi 1408 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat dəbbə pulu, cəmi 462 (dörd yüz altmış iki) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 860 (səkkiz yüz altmış) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat dəbbə pulu, cəmi 946 (doqquz yüz qırx altı) manat, ümumilikdə 1408 (bir min dörd yüz səkkiz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1438 (bir min dörd yüz otuz səkkiz) manat məbləğində pultutularaq «xxxxxxxxxxx» MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 420 (dörd yüz iyirmi) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat dəbbə pulu, cəmi 462 (dörd yüz altmış iki) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 860 (səkkiz yüz altmış) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat dəbbə pulu, cəmi 946 (doqquz yüz qırx altı) manat, ümumilikdə 1408 (bir min dörd yüz səkkiz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1438 (bir min dörd yüz otuz səkkiz) manat məbləğində pultutularaq «xxxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar