Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3490/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Cavabdehnndan 18.03.2019-ci il tarixli müqaviləsinə əsasən, Lenovo markalı tablet və aksesuar üçün 124 manat ödənilməmiş hissə, 42 manat dəbbə, cəmi 166 manat, 18.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********05234 olan İphone 11 Pro Max markalı telefon üçün 3722 manat ödənilməmiş hissə, 120 manat dəbbə, cəmi 3.842 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə İddiaçı MMC ilə 06.08.2019-cu il və 18.11.2019-cu il tarixli müqaviləsinə əsasən Lenovo markalı tablet və aksessuar və İMEİ kodu **********05234 olan İphone 11Pro Max markalı telefon almış və nəticədə almış və nəticədə 5088 manat borc yaranmışdır. Cavabdeh müqaviləsinin şərtlərini pozmuş və nəticədə 06.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1704 manat Lenova markalı tablet və aksessuar üçün ümumilikdə 166 manat olmaqla ondan 124 manat ödənilməmiş hissə, 42 manat dəbbə, cavabdeh müqaviləsinin şərtlərini pozmuş və nəticədə 18.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4002 manat İMEİ kodu **********05234 olan İphone 11 Pro Max markalı telefon üçün ümumilikdə 4922 manat olmaqla ondan 3722 manat ödənilməmiş hissə, 1200 manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 1860 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC ilə arasında bağlanmış 06.08.2019-cu il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 1704 manat Lenova markalı tablet və aksessuar üçün ümumilikdə 166 manat olmaqla ondan 124 manat ödənilməmiş hissə, 42 manat dəbbə yaranmışdır İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC ilə arasında bağlanmış 18.11.2019-cu il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 4002 manat İMEİ kodu **********05234 olan İphone 11 Pro Max markalı telefon üçün ümumilikdə 4922 manat olmaqla ondan 3722 manat ödənilməmiş hissə, 1200 manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 1860 manat təşkil edir Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». MMC tərəfindən irəli sürülən, 06.08.2019-cu il tarixli və 18.11.2019-ci il tarixli müqavilə üzrə 1200 manat məbləğində cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nın 600.5-ci maddəsinə əsasən «alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər». Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin 18 noyabr 2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 3722 manat məbləğində borc üçün tələb etdiyi 1200 manat məbləğində dəbbə tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi dəbbə pulunun məbləğini azaldaraq 18 noyabr 2019-cu il tarixli müqavilə üzrə isə 120 manat məbləğində müəyyən edir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, qeyd olunanlara əsasən Cavabdehnndan 18.03.2019-ci il tarixli müqaviləsinə əsasən, Lenovo markalı tablet və aksesuar üçün 124 manat ödənilməmiş hissə, 42 manat dəbbə, cəmi 166 manat, 18.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********05234 olan İphone 11 Pro Max markalı telefon üçün 3722 manat ödənilməmiş hissə, 120 manat dəbbə, cəmi 4008 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216- 220 və 222-ci maddələrinə rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehnndan 18.03.2019-ci il tarixli müqaviləsinə əsasən, Lenovo markalı tablet və aksesuar üçün 124 manat ödənilməmiş hissə, 42 manat dəbbə, cəmi 166 manat, 18.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********05234 olan İphone 11 Pro Max markalı telefon üçün 3722 manat ödənilməmiş hissə, 120 manat dəbbə, cəmi 4008 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3490/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3490/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver