Məhkəmə qərarları › İş №2(006)-3494/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3494/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3494/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı “xxxx” MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 12.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********62863 olaıı Samsung galaxy A10 markalı telefon üçün 50 (əlli) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə; 12.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********51794 olan Samsung galaxy A10s markalı telefon və Casio markalı saat üçün 312 (üç yüz on iki) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə; 13.12.2019-cu il tarixli müqaviləyə əsasən, Apple markalı qulaqlıq üçün 410 (dörd yüz on) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə; 08.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Lenovo markalı tablet və 2 ədəd aksesuar üçün, 861.6 (səkkiz yüz altmış bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat cərimə, ümumilikdə 1796.6 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1826.6 manat Cavabdeh alınaraq “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 12.08.2019-cu il, 12.10.2019-cu il və 13.12.2019-cu il, 08.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********62863 olan Samsung galaxy A10 markalı telefon, İMEİ Kodu **********51794 olan Samsung galaxy A10s markalı telefon və Casio markalı saat , Apple markalı qulaqlıq, Lenovo markalı tablet və 2 ədəd aksesuar almış və nəticədə 1796.6 (min yeddi yüz doxsan altı manat altmış qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 410 (dörd yüz on) manat (6 ay x 50 manat + 8 manat ilkin ödəniş) İMEİ Kodu **********62863 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə,55 (əlli beş) manat olmaqla ondan, 50 (əlli) manat ödənilməmiş hissə, 15 manat cərimə (30 gün x 0.50 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 5 (beş) manat cərimə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 468 (dördyüz altnuş səkkiz) manat (12 ay x 39 manat +- 0 manat ilkin ödəniş) İMEİ Kodu **********51794 olan Samsung galaxy A10s markalı telefon və Casio markalı saat üçün ümumilikdə, 343 (üç yüz qırx üç) manat olmaqla ondan, 312 (üç yüz on iki) manat ödənilməmiş hissə, 93 manat cərimə (240 gün x 0.39 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 31 (otuz bir) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 492 (dörd yüz doxsan iki) manat (12 ay x 41 manat + 0 manat ilkin ödəniş) Apple markalı qulaqlıq üçün ümumilikdə, 451 (dördyüz əlli bir) manat olmaqla ondan. 410 (dörd yüz on) manat ödənilməmiş hissə, 123 manat cərimə (300 gün x 0.41 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 41 (qırx bir) manat cərimə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 861.6 (səkiz yüz altmış bir manat altmış qəpik) manat (24 ay x 35.9 manat + 0 manat ilkin ödəniş) Lenovo markalı tablet və 2 ədəd aksesuar üçün ümumilikdə, 947.6 (doqquz yüz qırx yeddi manat altnuş qəpik) manat olmaqla ondan, 861.6 (səkkiz yüz altmış bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 136 manat cərimə (390 gün x 0.35 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 86 (səksən altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 496 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəvir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissəhissə ödəmə şərti ilə malın alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 12.08.2019-cu il tarixdə ümumilikdə dəyəri 410 manat təşkil edən “Samsung Galaxy A10” markalı telefonun, 12.10.2019-cu il tarixdə ümumilikdə dəyəri 468 manat təşkil edən “Samsung galaxy A10s” markalı telefon və “Casio” markalı saatın, 13.12.2019-cu il tarixdə ümumilikdə dəyəri 492 manat təşkil edən “Apple” markalı qulaqlığın və 08.02.2020-ci il tarixdə ümumilkdə dəyəri 861,60 manat təşkil edən “Lenovo” markalı tablet və 2 ədəd aksesuarın alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 12.08.2019-cu il tarixli, 12.10.2019-cu il tarixli, 13.12.2019-cu il tarixli və 08.02.2020-ci il tarixli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 12.08.2019-cu il tarixli müqavilə üzrə 5 manat, 12.10.2019-cu il tarixli müqavilə üzrə 31 manat, 13.12.2019-cu il tarixli müqavilə üzrə 41 manat və 08.02.2020-ci il tarixli müqavilə üzrə 86 manat təşkil edir. 12.08.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00842683 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A10 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 12.10.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00975806 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung galaxy A10s markalı telefon və Casio markalı saat tam qüsursuz halda təhvil verilmişdir. 13.12.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 01122575 nömrəli alqı-satqı müqaviləsi üzrə Apple Airpods 2 tam qüsursuz halda təhvil verilmişdir. 08.02.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 20088033 nömrəli alqı-satqı müqaviləsi üzrə Lenovo markalı tablet və 2 ədəd aksesuar tam qüsursuz halda təhvil verilmişdir. 07.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 26.03.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 12.08.2019-cu il tarixli müqaviləyə əsasən 50 manat ödənilməmiş hissə, 5 manat cərimə; 12.10.2019-cu il tarixli müqaviləyə əsasən 312 (üç yüz on iki) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə; 13.12.2019-cu il tarixli müqaviləyə əsasən 410 manat ödənilməmiş hissə, 41 manat cərimə; 08.02.2020-ci il tarixli müqaviləyə əsasən 861.6 manat ödənilməmiş hissə, 86 manat cərimə, ümumilikdə 1796.6 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 12.08.2019-cu il tarixli müqavilə üzrə 5 manat, 12.10.2019-cu il tarixli müqavilə üzrə 31 manat, 13.12.2019-cu il tarixli müqavilə üzrə 41 manat, 08.02.2020-ci il tarixli müqavilə üzrə 86 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12.08.2019-cu il tarixli müqaviləyə əsasən 50 manat ödənilməmiş hissə, 5 manat cərimə; 12.10.2019-cu il tarixli müqaviləyə əsasən 312 manat ödənilməmiş hissə, 31 manat cərimə; 13.12.2019-cu il tarixli müqaviləyə əsasən 410 manat ödənilməmiş hissə, 41 manat cərimə; 08.02.2020-ci il tarixli müqaviləyə əsasən 861.6 manat ödənilməmiş hissə, 86 manat cərimə, ümumilikdə 1796.6 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 12.08.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 50 manat, cərimə borcu üzrə 5 manat; 12.10.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 312 manat, cərimə borcu üzrə 31 manat; 13.12.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 410 manat, cərimə borcu üzrə 41 manat; 08.02.2020-ci il tarixli müqavilə əsasında əsas borc üzrə 861,6 manat, cərimə borcu üzrə 86 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 1826,60 (bir min səkkiz yüz iyirmi altı manat altmış qəpik) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar