Məhkəmə qərarları › İş №2(006)-3499/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3499/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3499/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov İlham Məmməd oğlu, iddiaçı «****» MMC-nin cavabdeh AAA oğluna qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «****» MMC cavabdeh AAA oğluna qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, AAA oğlu «****» MMC ilə 01.02.2020-ci il və 16.03.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********55797 olan “SAMSUNG GALAXY A10” markalı telefon, “SAMSUNG LED” markalı televizor və İMEİ kodu **********00637 olan “SAMSUNG GALAXY A30S” markalı telefon almış və nəticədə 1869 (bir min səkkiz yüz altmış doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1380,60 (bir min üç yüz səksən manat altmış qəpik) manat (18 ay x 76,7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********55797 olan “SAMSUNG GALAXY A10” markalı telefon və “SAMSUNG LED” markalı televizor üçün 1433,60 (min dörd yüz otuz üç manat altmış qəpik) manat olmaqla ondan, 1303,6 (bir min üç yüz üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 273 manat (0,76 x 360 gün) cərimə hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 130 (bir yüz otuz) manat cərimə hesablanmış və 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 518,4 (beş yüz on səkkiz manat qırx qəpik) manat (18 ay x 39,7 manat + 42 manat ilkin ödəniş) olan İMEİ kodu **********00637 olan “SAMSUNG GALAXY A30S” markalı telefon üçün 435,4 (dörd yüz otuz beş manat qırx qəpik) manat olmaqla ondan, 396,4 (üç yüz doxsan altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 117 manat (0,39 x 300 gün) cərimə hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 39 (otuz doqquz) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 199 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, cavabdeh müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, 01.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********55797 olan “SAMSUNG GALAXY A10” markalı telefon, “SAMSUNG LED” markalı televizor üçün 1303,6 (bir min üç yüz üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 130 (bir yüz otuz) manat cərimə və 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********00637 olan “SAMSUNG GALAXY A30S” markalı telefon üçün 396,4 (üç yüz doxsan altı manat qırx qəpik) manat ödənilməmiş məbləğ, 39 (otuz doqquz) manat cərimə, cəmi 1869 (bir min səkkiz yüz altmış doqquz) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1899 (bir min səkkiz yüz doxsan doqquz) manat pulun cavabdeh AAA oğlundan alınaraq «****» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «****» MMC ilə AAA oğlu arasında bağlanmış 01.02.2020-ci il tarixli, 20074212 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «****» MMC İMEİ kodu **********55797 olan “SAMSUNG GALAXY A10” markalı telefonu və “SAMSUNG LED” markalı televizoru cavabdeh AAA oğluna satmış, cavabdeh AAA oğlu alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 01.02.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, 01.02.2020-ci il tarixli, 20074212 saylı alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********55797 olan “SAMSUNG GALAXY A10” markalı telefon və “SAMSUNG LED” markalı televizor AAA oğlu tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. «****» MMC ilə AAA oğlu arasında bağlanmış 16.03.2020-ci il tarixli, 20180186 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «****» MMC İMEİ kodu **********00637 olan “SAMSUNG GALAXY A30S” markalı telefonu cavabdeh AAA oğluna satmış, cavabdeh AAA oğlu alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 16.03.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, 16.03.2020-ci il tarixli, 20180186 saylı alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********00637 olan “SAMSUNG GALAXY A30S” markalı telefon AAA oğlu tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. «****» MMC tərəfindən məhkəməyə təqdim edilmiş 01.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh AAA oğlunun «****» MMC-yə 01.02.2020-ci il tarixli müqavilə üzrə 1303,6 manat ödənilməmiş məbləğ, 130 manat cərimə olmaqla, cəmi 1433,6 manat borcu, 16.03.2020-ci il tarixli müqavilə üzrə 396,4 manat ödənilməmiş məbləğ, 39 manat cərimə borcu olmaqla, cəmi 435,4 manat borcu, ümumilikdə isə 1869 manat borcu vardır. «****» MMC tərəfindən AAA oğluna ünvanlanmış 22.12.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, «****» MMC ilə AAA oğlu arasında bağlanmış 01.02.2020-ci il tarixli, 20074212 saylı və 16.03.2020-ci il tarixli, 20180186 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən «****» MMC İMEİ kodu **********55797 olan “SAMSUNG GALAXY A10” markalı telefonu, “SAMSUNG LED” markalı televizoru və İMEİ kodu **********00637 olan “SAMSUNG GALAXY A30S” markalı telefonu cavabdeh AAA oğluna satmış, cavabdeh AAA oğlu alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun «****» MMC-yə 01.02.2020-ci il tarixli, 20074212 saylı müqavilə üzrə 1303,6 manat ödənilməmiş məbləğ, 130 manat cərimə, cəmi 1433,6 manat borcu, 16.03.2020-ci il tarixli, 20180186 saylı müqavilə üzrə 396,4 manat ödənilməmiş məbləğ, 39 manat cərimə, cəmi 435,4 manat borcu olmaqla, ümumilikdə 1869 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 601.1ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla, 01.02.2020ci il tarixli, 20074212 saylı kredit müqaviləsi üzrə 130 (bir yüz otuz) manat və 16.03.2020ci il tarixli, 20180186 saylı kredit müqaviləsi üzrə 39 (otuz doqquz) manat, cəmi 169 (bir yüz altmış doqquz) manat məbləğində cərimə borcunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh AAA oğlundan 01.02.2020-ci il tarixli, 20074212 saylı müqavilə üzrə 1303,6 (bir min üç yüz üç manat altmış qəpik) manat ödənilməmiş məbləğ, 130 (bir yüz otuz) manat cərimə, 16.03.2020-ci il tarixli, 20180186 saylı müqavilə üzrə 396,4 (üç yüz doxsan altı manat qırx qəpik) manat ödənilməmiş məbləğ, 39 (otuz doqquz) manat cərimə olmaqla, cəmi 1869 (bir min səkkiz yüz altmış doqquz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1899 (bir min səkkiz yüz doxsan doqquz) manat manat məbləğində pul alınaraq «****» MMC-yə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh AAA oğlundan 01.02.2020-ci il tarixli müqavilə üzrə 1303,6 (bir min üç yüz üç manat altmış qəpik) manat ödənilməmiş məbləğ, 130 (bir yüz otuz) manat cərimə, 16.03.2020-ci il tarixli müqavilə üzrə 396,4 (üç yüz doxsan altı manat qırx qəpik) manat ödənilməmiş məbləğ, 39 (otuz doqquz) manat cərimə olmaqla, cəmi 1869 (bir min səkkiz yüz altmış doqquz) manat borc, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1899 (bir min səkkiz yüz doxsan doqquz) manat məbləğində pul alınaraq «****» MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar