Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3503/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 18.03.2019-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********42862 olan iPhone Xs Max markalı telefon və 2 ədəd aksesuar üçün 731 (yeddi yüz otuz bir) manat ödənilməmiş hissə, 219 (iki yüz on doqquz)manat dəbbə, cəmi 950 manat, 22.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********44215 olan iPhone 11 Pro Max markalı telefon və 2 ədəd aksesuar üçün 4210 (dörd min iki yüz on) manat ödənilməmiş hissə, 1263 (min iki yüz altmış üç) manat dəbbə, cəmi 5473 manat, ümumilikdə 6423 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6453 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, cavabdeh, “xxxx” MMC ilə 05.04.2019-cu il və 22.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********42862 olan iPhone Xs Max markalı telefon və 2 ədəd aksesuar və İMEİ Kodu **********44215 olan İPhone 11 Pro Max markalı telefon və 2 ədəd aksesuar almış və nəticədə 6423 (altı min dörd yüz iyirmi üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3428 (üç min dörd yüz iyirmi səkkiz) manat (12 ay x 244 manat + 500 manat ilkin ödəniş) İMEİ Kodu **********42862 olan iPhone Xs Max markalı telefon və 2 ədəd aksesuar üçün ümumilikdə, 950 (doqquz yüz əlli) manat olmaqla ondan, 731 (yeddi yüz otuz bir) manat ödənilməmiş hissə, 219 (iki yüz on doqquz)manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5052 (beş min əlli iki) manat (12 ay x 421 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********44215 olan İPhone 11 Pro Max markalı telefon və 2 ədəd aksesuar üçün ümumilikdə, 5473 (beş min dörd yüz yetmiş üç) manat olmaqla ondan, 4210 (dörd min iki yüz on) manat ödənilməmiş hissə, 1263 (min iki yüz altmış üç) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 3539 manat təşkil edir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 4-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İddiaçı “xxxx” MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh qarşı İddiamız üzrə başlamış iş məhkəmənin icraatındadır. Cavabdeh 05.04.2019-cu il tarixli müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyi və 22.10.2019-cu N tarixli müqavilə üzrə isə ödəniş etdiyi üçün iddiamızın dəqiqləşdirilməsinə zərurət yaranmışdır. 22.10.2019-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********44215 olan iPhone 11 Pro Max markalı telefon, DİSK Playstation 4, Apple Airpods 2 üçün 4011 (dörd min on bir) manat ödənilməmiş hissə, -160 (yüz altmış) manat dəbbə pulu, ümumilikdə, 4171 (dörd min yüz yetmiş bir) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat vermişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 22.10.2019-cu il tarixdə ümumilikdə dəyəri 5052 manat təşkil edən İMEİ kodu **********64961 olan “İPhone 11 Pro Max” markalı telefon, “DİSK Playstation 4”, “Apple Airpods MV7N2” markalı qulaqlığın alqı-satqısına dair müqavilə bağlanılmışdır. Tərəflər arasında bağlanmış ödəniş cədvəlinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. 22.10.2019-cu il tarixli təhvil-təslim aktına əsasən həmin tarixli alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********64961 olan “İPhone 11 Pro Max” markalı telefon, “DİSK Playstation 4”, “Apple Airpods MV7N2” markalı qulaqlıq tam qüsursuz halda təhvil verilmişdir. 08.10.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun ödənilməsi barədə iddiaçı «xxxx» MMC tərəfindən xəbərdar olunmuşdur. Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən əşyanın alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyanı ödəmək üzrə vəzifəsini icra etməmiş, iddiaçı tərəfindən təqdim olunmuş 24.03.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi tarixə 4210 manat əsas borcu, 1263 manat dəbbə pulu olmaqla, ümumilikdə 5473 manat borcu yaranmışdır. İddiaçının 22.10.2019-cu il tarixli müqavilə üzrə hal-hazırda tələb etdiyi məbləğ 4011 manat əsas borcu, 160 manat dəbbə pulu olmaqla, ümumilikdə 4171 manat təşkil edir. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, 22.10.2019-cu il tarixli əşyanın alqı-satqısına dair müqavilə üzrə müəyyən edilmiş dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək qiymətləndirilməli və dəbbə pulu 50 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 22.10.2019-cu il tarixli müqaviləyə uyğun olaraq əsas borc üzrə 4011 manat, cərimə borcu üzrə 50 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatı, cəmi 4090 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 4011 manat, cərimə borcu üzrə 50 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatı, cəmi 4090 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3503/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3503/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver