Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3523/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1166A - Yeni qaydalarla: AZ 1044 Bakı şəhəri, ünvan 1 ünvan: ünvan 2: **********00000) ünvanında iddiaçıya aid bağ evi yerləşir. Azərişıq ASCnin işçiləri sayğacı dəyişib yenisi ilə əvəz etmişdilər. Maraqlısı odur ki, sayğacın dəyişilməsi abonent haqqında məlumatda 04 aprel 2025-ci il göstərilsə də, 01 aprel 2025ci il tarixində Elektrik sayğacının yoxlanılması protokolu NDYM 050/29 tərtib olunub. Sonradan akt tərtib olunub ki, sayğacın dövlət möhürü pozulub, sayğacın daxilinə baxış zamanı yük naqillərinə qaynaq vasitəsilə müdaxilə olunduğu aşkar olunmuşdur. Bu səbəbdən sayğac aşağıda göstərilən xəta faizləri ilə az sərfiyyat hesablayır. İşıq sayğacı bayırda quraşdırılıb. Onu yad müdaxilələrdən necə qoruya bilər. Sayğacın blombunu özləri qırıb sayğacı dəyişiblər, amma ona sonradan müdaxiləyə görə akt tərtib edib 3000 manat cərimə borc yazıblar. Faktiki olaraq 3 ay müddətində qaldığı bağ evinin ödənişini etmək ona heç bir çətinlik yaratmır və sayğaca hər hansı müdaxilə etmək ağılsızlıqdır. Yazılmış akta əsasən cərimə borcu da əsassızdır. Hal-hazırda elektrik enerjisinin verilməsi dayandırılıb. Ünvanın borcu olduğu üçün "xxxx" ASC kodu adına keçirməkdən imtina etmişdir. Atası Əliyev M.R. xx.xx.2008-ci ildə vəfat edib. Belə qərara gəlmişdir ki, məhkəməyə müraciət edib öz haqqını müdafiə etsin. Göstərilənlərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1166A - Yeni qaydalarla: AZ 1044 Bakı şəhəri, ünvan 1 ünvan: ünvan 2: **********00000) ünvanına əsassız hesablanmış 3.000 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suala cavab olaraq isə sayğaca müdaxilə etmədiyini, həmin bağ evində yalnız yay aylarında qaldqlarını, həmin evdə sudan, elektrikdən də az istifadə etdiklərini, ildə sadəcə 2-3 ay həmin bağ evində qalmaq üçün sayğaca müdaxilə etməkdə heç bir səbəbin olmadığını bildirmişdir. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq isə videogörüntülərdə qeyd edilən hüquq pozuntularının iddiaçı tərəfindən edildiyinə dair sübutlarının olmadığını, sayğaca müdaxilənin abonentin xeyrinə olmasını, yəni sayğacın tam istifadə edilən elektrik gücünü hiss edə bilmədiyini, bununla bağlı müvafiq orqana müraciət etmədiklərini bildirmişdir. 5.Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1166A - Yeni qaydalarla: AZ 1044 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 120 Mərdəkan küçəsi, giriş 56 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 7.Mülki işin materiallarında olan 1 saylı Bakı “Asan Kommunal” Mərkəzi tərəfindən iddiaçıya ünvanlanan 07 may 2025-ci il tarixli cavab məktubundan görünür ki, “Asan kommunal” mərkəzlərində xidmətlərin birbaşa idarə, müəssisə və təşkilatlar tərəfindən göstərildiyi nəzərə alınaraq müraciəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, 3-45-21/2-Ə- 5-1238/2025 qeydiyyat nömrəli məktub ilə baxılması üçün aidiyyəti üzrə "xxxx" ASC-yə göndərilmişdir. 8.Mülki işin materiallarında olan “Azərbaycan Metrologiya İnstitutu” PHŞ "xxxx" MMC tərəfindən verilən DY M 050/28 nömrəli elektrik sayğacının yoxlanılması haqqında protokola əsasən abonent kodu **********00000 nömrəli sayğacın 239491 nömrəli dövlət möhürü pozulub. Sayğacın daxilinə baxış zamanı yük naqillərinə qaynaq vasitəsilə müdaxilə olunduğu aşkar olundu. Bu səbəbdən sayğac aşağıda göstərilən xəta faizləri ilə az sərfiyyat hesablayır. 9.Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Nəzarət İdarəsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanında yerləşən yaşayış sahəsində “Elektrik enerjisindən istifadə Qaydaları” yoxlanılan zaman elektrik hesabat sayğacının dövrədən keçən yükü düzgün qeyd etmədiyi, dövlət möhürünün pozulduğu və hesablama mexanizminin müdaxiləli olduğu aşkarlanmışdır. Sayğacın yenisi ilə əvəz olunmasına dair NİM 010646 saylı akt tərtib edilmişdir. xx.xx.2025-ci il tarixdə sayğac yenisi ilə əvəz olunmuş, çıxarılan sayğac rəy verilməsi üçün "xxxx" MMC-də yoxlanılmışdır. DY M 050/28 nömrəli protokolda sayğacın yük naqillərinə qaynaq vasitəsi ilə müdaxilə olunduğu və bu səbəbdən təyin olunmuş xəta faizləri ilə sayğacın az sərfiyyat hesablandığına dair rəy verilmişdir. NİM 010646 nömrəli akt əsasında itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədilə tarif nəzərə alınmaqla, 22367 kVt.s (3019,17 manat) elektrik enerjisi dəyərində hesabat ödəniş sənədi hazırlanmışdır. Yaşayış sahəsinə aid **********00000 saylı abunə kodu üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, NİM 010646 nömrəli aktın “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olduğu, xx.xx.2025-ci il tarixinə enerji sərfiyyatına görə ödənişi tələb olunan borcun 3253,72 manat təşkil etdiyi və ödənilməsinin zəruri olduğu müəyyənləşdirilmişdir. 10.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilən 25 mart 2025ci il tarixli, NİM № 010646 nömrəli aktdan görünür ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, istehlakçı Əliyev Məmmədə məxsus, abonent kodu **********00000 olan sayğaca "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmir, belə ki, sayğacın dövlət möhürünün içliyində sim daxil olan dəliklərdə genişlənmə və içliyin arxa hissəsində müdaxilə izləri və möhürün stəkanının arxa hissəsində xüsusi yapışqan görünür. 11.Mülki işin materiallarında olan 25 mart 2025-ci il tarixli, NİM № 010646 nömrəli akt əsasında verilən 03 aprel 2025-ci il tarixli əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərə dair icra vərəqəsinə əsasən 22367 kVt.s üçün 3019 manat məbləğində borc hesablanmışdır. 12.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, abonent kodu **********00000 olan sayğaca xx.xx.2025-ci il tarixdə NİM 010646 nömrəli akt üzrə ümumilikdə 3019,17 manat məbləğində borc hesablanmışdır. 13.Mülki işin materiallarında olan xx.xx.2008-ci il tarixdə verilən AZ-İ seriyalı, 291063 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə ölmüşdür. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 14.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evində, abonent kodu **********00000 olan sayğaca baxış keçirilən zaman cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli, NİM 010646 saylı akta əsasən xx.xx.2025-ci il tarixə 3019 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış borcun ona məxsus abunə hesabından silinməsini tələb edir. Cavabdeh isə iddia tələbi ilə razı deyildir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 16.«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır 17.«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 18.Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı: 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 19.“Eletroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunun 19.16cı maddəsinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. 20.Məhkəmə, mülki mübahisəyə qiymət verərək qeyd edir ki, iddiaçı tərəfindən silinməsi tələb olunan borcun əsasını - enerjitəchizatı müəssisəsi (cavabdeh) tərəfindən akt əsasında abonentin (iddiaçının) abunə hesabına hesablanmış pul məbləğləri olduğundan, yaranmış borcun əsaslı olması halı barədə sübutetmə yükü cavabdehin üzərinə düşür. 21.Hazırki iş üzrə işin araşdırılan hallarından göründüyü kimi xx.xx.2025-ci il tarixli tərtib edilmiş akta görə, sayğaca kənar müdaxilə edilmişdir. 22.Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı ünvanda istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun mövcudluğu, olduğu təqdirdə isə bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranması, tələb edilən borcun hansı səbəbdən yarandığına dair məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin, işin hallarından da müəyyən edilmişdir ki, sayğac çöldə quraşdırılmışdır ki, belə olan vəziyyətdə də abonent sayğacın çıxarılmasına və ya onda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, bu hal baş vermiş olsaydıda belə cavabdeh təşkilat həmin aktı müvafiq orqana bildirməli və həmin orqan iddiaçının barəsində inzibati xətanın və ya cinayət tərkibinin olması barədə müvafiq qərar qəbul etməklə iddiaçının təqsiri sübuta yetirilməli idi. Lakin cavabdeh təşkilat bunu etməmişdir. 23.Sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsi mövcud sübutlarla öz təsdiqini tapmamışdır. Ona görə də hesablanmış borc məbləği əsassız hesab edilməklə iddiaçıya məxsus abunə hesabından silinməlidir. 24.Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən borcun 3.019 manat məbləğində hesablandığı görünsə də, iddiaçı hazırda 3.000 manat məbləğində borcun silinməsini tələb edir. Odur ki, iddia tələbindən kənara çıxmadan iddia tələbi təmin edilməklə, xx.xx.2025-ci il tarixli akt əsasında iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1166A - Yeni qaydalarla: AZ 1044 Bakı şəhəri, ünvan 5 ünvan: ünvan 2: **********00000) ünvanında yerləşən sayğaca hesablanmış 3.000 (üç min) manat məbləğində borc "xxxx" ASC tərəfindən **********00000 saylı abunə hesabından silinməlidir. 25.Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 26.«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 28.«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. 29.Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də 50 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir 30.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 31.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2025-ci il tarixli akt əsasında iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1166A - Yeni qaydalarla: AZ 1044 Bakı şəhəri, ünvan 5 ünvan: ünvan 2: **********00000) ünvanında yerləşən sayğaca hesablanmış 3.000 (üç min) manat məbləğində borc "xxxx" ASC tərəfindən **********00000 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 50 (əlli) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3523/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3523/2025
12.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver