Məhkəmə qərarları › İş №2(006)-3533/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3533/2023

24.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3533/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Tahı̇ r oğlunun cavabdeh "AZƏRİŞİQ" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "borcun silinməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, fərdin yaşayış evində ki, onun adına olan **********03112 saylı abonent koduna xx.xx.2015-ci il tarixinə (ETAİS-dən gələn borc) 616,70 manat borc hesablanmışdır. Onun adına olan **********03112 saylı abonent koduna hesablanmış borcun silinməsi ilə bağlı cavabdeh orqana şifahi qaydada müraciət etməyinə baxmayaraq cavabdeh orqan həmin borcun silinməsindən imtina etmişdir. Hesab edir ki, həmin borcun tələb etmə müddəti ötürüldüyündən həmin borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, fərdin yaşayış evində ki, onun adına olan **********03112 saylı abonent koduna xx.xx.2015-ci il tarixinə (ETAİS-dən gələn borc) hesablanmış 616,70 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini dəqiqləşdirərək 609,70 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan abonentin hərəkət cədvəlinin surətindən görünür ki, iddiaçının 2015-cı il tarixə 436,46 manat məbləğində borcu mövcud olmuşdur. İş materiallarında olan iddiaçının adına olan **********03112 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixdədək sayğac göstərişinə əsasən iddiaçının 609,70 manat məbləğində borcu mövcuddur. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hesablanmış borcda daxil olmaqla, hazırda iddiaçıdan tələb olunan cəmi borc məbləği, yəni 609,70 manat məbləğində borc yarandığı vaxtdan 5 il keçdiyindən borcun tələb etmə müddəti də ötürülmüş və həmin borcun istehlakçıdan tələb edilməsi əsassızdır. Belə ki, işin müəyyən edilmiş hallarından (abunə haqqında çıxarışdan və cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş abonentin hərəkət cədvəlindən) görünür ki, borcun (436,46 manatın) yaranma müddəti 5 il əvvəl olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Belə olan halda tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının abunə hesabına hesablanmış 609,70 manat məbləğində borc silinməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı məxsus abunə hesabına (abonent kodu **********03112) hesablanmış 609,70 manat məbləğində borc silinməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı məxsus abunə hesabına (abonent kodu **********03112) hesablanmış 609,70 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar