Məhkəmə qərarları › İş №2(006)-3536/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3536/2020

13.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3536/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdeh "Cavabdeh2 QSC X9 Təşkilatının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx"xxxxxxxxx"Cavabdeh2 QSC X9 Təşkilatına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxxxxxx" MMC-yə və X3 qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx"xxxxxxxxx"Cavabdeh2 QSC X9 Təşkilatına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxxxxxx" MMC-yə və X3 qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 6543 saylı, xx.xx.2012-ci il tarixli 6543A saylı, xx.xx.2013-cü il tarixli, 6654 saylı, xx.xx.2013-cü il tarixli 6652 saylı. xx.xx.2013-cü il tarixli, 6651 saylı, xx.xx.2013-cü il tarixli, 6650 saylı, xx.xx.2013-cü il tarixli, 6649 saylı, xx.xx.2013-cü il tarixli, 6648 saylı və xx.xx.2013-cü il tarixli, 6647 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "Cavabdeh2 QSC X9 Təşkilatının nümayəndəsi X6 ərizə təqdim edərək, eyni tərəflər, eyni predmet barəsində qanuni qüvvəsini almış akt mövcud olduğundan, hazırki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin materiallarında olan qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3344/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxxxxxx" MMC və X4 işə cəlb etməklə cavabdehlər "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx"xxxxxxxxxxx"Cavabdeh2 QSC X1rşı "kredit müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxxxxxx" MMC və X4 işə cəlb etməklə cavabdehlər "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx"xxxxxxxxxxx"Cavabdeh2 QSC X1rşı "kredit müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-3344/2019 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. Sözügedən qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx"xxxxxxxxx"Cavabdeh2 QSC X9 Təşkilatına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxxxxxx" MMC-yə və X3 qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar