Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3539/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Əsədullayeva Kəmalə Xanım Heybət qızının, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili X3, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 oğlunun, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 oğlunun nümayəndəsi və vəkili X7 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və Cavabdeh2 qarşı (12 saylı notariat ofisinin xüsusi notariusu X11 üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən 26.10.2020-ci ildə təsdiq edilən İddiaçı ilə Cavabdeh1 arasında bağlanan Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin əsasında müvafiq torpaq sahələrinə (və ya evlərinə) verilmiş çıxarışların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ailə üzvlərilə bir yerdə ünvan 1ndə 300 kv/m sahədə təmir işləri aparılması üçün "xxxx" MMC-nin direktoru Cavabdeh2lə 15 oktyabr 2020-ci ildə "İş və Xidmət Müqaviləsi №1" bağlamışdır. Buna müvafiq olaraq həmin şəxs Cavabdeh2lə bağladığı 02.11.2020-ci il tarixli müqaviləsinə görə "Mən İddiaçı, Cavabdeh2 İlə öz torpaq sahəmdə ev tikilişi və satışına -ortaq pul yatırımına razıyıq. 300 kv/m sahəmdə ev tikdirmək üçün, cəmi 50000 manatlıq hesabat apararsaq, pulun 25000 manatını Kəmalə Xanım təqdim edir, qalan məbləğ Cavabdeh2 məxsus-öz hesabından ödənilir.Tikilərək tam təmir edilən iki mərtəbəli evin satışından sonra büdcəyə təqdim edilən pul vəsaitlərinin geri götürülərək, qalan hesab gəlirlərinin iki tərəf arasında bərabər bölünməsi nəzərdə tutulub." Həmin evin təmir işləri ilə əlaqədar Cavabdeh2 onu öz yaxın adamı kimi təqdim edən Cavabdeh1 ilə tanış etmiş və bildirmişdir ki, o özünə məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,19 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,05 ha hissəsini alıcı Cavabdeh1 verilməsi barədə Əmlak Xidmətləri Məkanında yerləşən 12 saytı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən 26.10.2020-ci ildə Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi AN-İ№0897766 bağlamışdır. Notariusda müqaviləni bağlayanda bildirmişdir ki, bundan qabaq iki müqaviləni Cavabdeh2lə bağladığı zaman bu müqaviləni niyə tanımadığı adamla bağlamalıdır, buna Ağayev X20 yada saldı, dedi ki, heç vaxt heç kimi aldatmır, halal insandır. "Xanım! Siz evi təmir etməyə pulunuz yoxdur, mən də Sizə kömək etmək üçün bizim əməkdaşlığımız yalnız bu formada aparılmalıdır.” O vaxt o çox fikir verməmişdir onun bu sözlərinə, sonradan o başa düşmüşdür ki, o hardansa onun bütün vəziyyətini bilirmiş və bundan sui istifadə etmişdir. O da aldanmışdır, fikirləşmişdir ki, normal, ziyalı bir insandır. Belə ki, 20.10.2020-ci ildə o, Cavabdeh2 və onun yaxın adamı kimi təqdim edən X19 ilə Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisinində görüşüb 1-2 saat ərzində onu aldadaraq, onu ağır vəziyyətə salmaqnan evin təmiri aparmaq adıynan torpağını əlindən almışlar. Həmin ərəfədə ona məxsus olan bağa bəzi tikinti materialları gətiriblər, müəyyən işləri başlayıblar, lakin sonradan başa düşmüşdür, bu "fəallığın səbəbi" yalnız onun əlindən 0,05 ha bağ sahəsini əlindən almaq olub. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı qaldırdığı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında torpaq sahələrinə verilmiş çıxarışların ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsini, Kəmalə Əsədullayeva tərəfindən ona satılmış 0,05 ha torpaq sahəsindən əlavə olan 50 kvm sahə üçün aldığı 7500 manat pul, habelə Kəmalə Əsədullayeva ilə mülkiyyətlərində olan torpaq sahələrini ayıran daş hasarın çəkilməsi üçün tərəfindən ödənilmiş ümumilikdə 7606,20 manat pulun yarısı olan 3803,10 manat pul cavabdeh İddiaçı alınıb ona ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, eləcə də vəkillə bağlanmış müqavilə üzrə 300 (üç yüz) manat məbləğində pulun cavabdeh İddiaçı alınıb ona ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, bir neçə müddətdən bəri öz şəxsi istifadəsi üçün bağ sahəsi almaq və orada bağ evi tikdirmək istəyirdi. Onun bu istəyi barədə yaxın dostları məlumatlı olduqları üçün 2020-ci ilin oktyabr ayının əvvəllərində yaxın dostu Aqşin Eyvazovla görüş zamanı o, ona digər ortaq dostu olan Nadir Hənifəyev adlı dostunun onunla söhbət zamanı Aqşinə Buzovna qəsəbəsində 0,05 ha sahəsi olan bağ sahəsinin satıldığını dediyini, istəsə onun maraqlana biləcəyini bildirdi. O, həmin bağ sahəsinin konkret olaraq Buzovna qəsəbəsinin hansı istiqamətində və neçəyə satılmasını aydınlaşdırmaq məqsədi ilə dostu Nadirə zəng vurdu. Nadir də ona Elnur adlı bir dəllalın ona Buzovna qəsəbəsində bağ sahəsi satılması barədə məlumat verdiyini, digər xırdalıqlar barədə tam məlumatlı olmadığı, əgər istəsə Elnur adlı dəllalla danışa biləcəyini bildirdi. O razılıq verdikdən sonra digər dostu Aqşin Nadirin köməyi ilə Elnur adlı şəxslə danışdı və sonra təkrar onunla telefon əlaqəsi saxlayaraq bağ sahəsinə nə vaxt baxmaq barədə görüş saatını dəqiqləşdirdi. Onlar sonra Aqşinlə birlikdə həmin bağ sahəsinə baxmağa getdi. Onlar orada özünü Elnur kimi təqdim edən şəxslə, İddiaçı və onun anası ilə birlikdə alacağı bağ sahəsinə baxış keçirdi. Onu da qeyd edir ki, o həmin vaxtadək həmin Elnur adlı şəxsi nə tanımış və nə də onunla hər hansı bir şəkildə ünsiyyətdə olmuşdur. İlk dəfə həmin şəxsi alacağı bağ sahəsinə baxış keçirərkən İddiaçı ilə onun anasının yanında görmüş və həmin şəxslərin yanında Elnur adlı şəxs onlara özünü Kəmalə Əsədullayevanın evini tikən prorab və onların ən yaxın adamı kimi təqdim etmişdir. Aralarında olan danışıqlar zamanı İddiaçı rəsmi mülkiyyətində 0,19 ha torpaq sahəsi olduğunu, hazırda həmin torpaq sahəsindən 0,05 ha torpaq sahəsini satdığını bildirdi. Kəmalə Əsədullayeva ilə razılığa gəldikdən sonra o, ona satdığı 0,05 ha torpaq sahəsi üçün ona ümumilikdə 62.000 manat ödəməyi barədə razılaşmışlar. 26.10.2020-ci il tarixdə isə Əmlak Xidmələri məkanında yeləşən 12 saylı Notariat ofisinə gedərək daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamışlar. Bundan sonra İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, daşınmaz əmlakın bölgü sxeminin tərtib edilməsini xahiş etmiş və onun müraciəti əsasında torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi üçün dövlət orqanın səlahiyyətləri nümayəndələri yenə də onun, dostu Aqşinin, Kəmalə Əsədullayevanın və onun anasının, həmçinin Elnur adlı şəxsin iştirakı ilə ona düşən bağ sahəsinin ölçüsünü tərtib etməyə başladılar. Ölçü zamanı ona düşən sahənin içində 0,05 ha sahədən əlavə olan 50 kvm sahə müəyyən edildi. Kəmalə Əsədullayeva da həmin 50 kvm əlavə sahə müəyyən edilən sahənin sotunu ona 15.000 manata satdığından ondan həmin 50 kvm sahənin pulunu tələb etməyə başlamışdır. Bütün şəhər ətrafı bağ sahələrinin daxilində həmişə o cür rəsmi çıxarışlı sahələrdən əlavə balaca kvmli sahələr olduğundan o, Kəmalə Əsədullayevaya etiraz edərək, onun etdiyinin qanunsuz olduğunu, ondan tələb etdiyi 7500 manat pulu ona verməyəcəyini bildirdi. X21 çığır-bağır salaraq, həmin pulu ondan tələb etməyə başladı, əks halda aralarında olan razılaşmanı pozacağını bildirdi. O da həmin zaman aralarında artıq alqı-satqı olduğundan, onun hərəkətlərinə çox əsəbiləşsə də, dostu Aqşin ona dini qaydalara görə əmlak alarkən satan şəxsin halallıq verməsi üçün ona Kəmalə Əsədullayevaya onun ondan qanunsuz tələb etdiyi 7500 manatı verməyini xahiş etdi. O bundan sonra dostu Aqşinin, Kəmalə Əsədullayevanın anasının, həmçinin Elnur adlı şəxsin yanında 7500 manat pulu Kəmalə Əsədullayevaya vermişdir. Həmin faktı orada olan şəxslər də təsdiq edə bilər. 21.12.2020-ci il tarixdə isə ona özünə məxsus 0,05 ha torpaq sahəsinin plan və ölçüsü təqdim edildi və bundan sonra o Kəmalə Əsədullayeva ilə mülkiyyətlərində olan torpaq sahələrini ayıracaq hasarın çəkilməsinin və çəkiləcək hasarın xərclərinin yarıya bölünməsi barədə razılığa gəlmişlər. Bundan sonra o, usta briqadasını dəvət edərək, daş hasarın çəkilməsini təmin etmişdir. Həmin hasarın çəkilməsi üçün fundament və hörgü üçün 2 top ip - dəyəri 2 manat, 4 paçka qalın əlcək dəyəri 28.80 manat, 40*30 ölçüdə 300 ədəd - dəyəri 165 manat, 288 metr 14-lük armatur xamut - dəyəri 259,20 manat, 144 metr 12-lik armatur xamut - dəyəri 93,60 manat, 10 kq yanmış məftun - dəyəri 18 manat, fundamentin altına istifadə olunmuş şeben hər kvm üçün 18 manatdan hesablanmaqla ümumilikdə 54 manat, armatur və şebenin gətirilməsi üçün iki maşına - ümumlikdə 30 manat, dükanda və həyətdə malı boşaldan fəhləyə - 20 manat, fundamentin altına sərilməsi üçün 1 top klyonka - dəyəri 80 manat, fundament üçün tələb olunan atboynu arenda - dəyəri 40 manat, 15 kvmlik beton - 1170 manat, kiçik beton vurmaq üçün pompa - dəyəri 150 manat, fundament və apalovka işlərini görən usata üçün ödənilən məbləğ - 580 manat, 3600 ədəd daş - ümumilikdə 1800 manat, 12 kvm qum hörgü üçün - 216 manat, 48 kisə sement - ümumilikdə 345,60 manat, 2 reys qumun gətirilməsi üçün maşın pulu - ümumilikdə 24 manat, 2 reys sementin gətirilməsi üçün maşın pulu - ümumilikdə 24 manat, 4 ədəd vedrə - ümumilikdə 10,40 manat, 2 ədəd saplağı ilə birlikdə lapatka - ümumilikdə 13.20 manat, 2 ədəd əridilmiş mastika ümumilikdə 66 manat, 4 ədəd tol - ümumilikdə 55,20 manat, maşın pulu - 30 manat, 6 ədəd boçka ayaq altısı - ümumilikdə 90 manat, həmin boçkaların gətirilməsi üçün istifadə edilən maşın pulu - 12 manat, 2 ədəd mastika çəkilməsi üçün valik - ümumilikdə 5,20 manat, 53 metr betona çəkilən tol - 105 manat, 5 gün işlədilən fəhləyə ödənilən məbləğ ümumilikdə 125 manat, 70 kvm cüt daşın çəkilməsini təmin edən ustanın haqqı - 355 manat, 123 kvm tək daşın çəkilməsini təmin edən ustanın haqqı - 369 manat, prorabın pulu - 1270 manat, ümumilikdə isə 7606.20 manat pul xərclənmişdir. İddiaçı ilə onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsini alarkən onun Cavabdeh2 ilə arasında olan hər hansı bir razılaşma və ya müqavilə barədə məlumatı olmamış, Cavabdeh2 ilk dəfə Kəmalə Əsədullayevanın yanında görmüş və həmin şəxs özünü ona Kəmalə Əsədullayevanın evini tikən prorab, həmçinin onların yaxın adamı kimi təqdim etmiş və Kəmalə Əsədullayeva da anası ilə birlikdə onların danışıqlarının şahidi olmuşlar. Kəmalə Əsədullayeva ona mülkiyyətində olan 0,05 ha torpaq sahəsini satmaq istədiyini, o da həmin torpaq sahəsini ondan ümumilikdə 62.000 manata almaq barədə razılaşmış və Əmlak Xidmələri məkanında yeləşən 12 saylı Notariat ofisinə gedərək 26.10.2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamışlar. Kəmalə Əsədullayeva həddən artıq davakar adam olduğundan, o sakitliyi üçün onda olan pullarını tələb etməmişdir. Lakin onun ona qarşı qaldırdığı hazırki əsassız olan iddia tələbindən sonra, o da öz pullarını ondan geri tələb etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı ona qarşı qaldırdığı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında torpaq sahələrinə verilmiş çıxarışların ləğv edilməsinə dair iddia tələbi rədd edilməli və Kəmalə Əsədullayeva tərəfindən ona satılmış 0,05 ha torpaq sahəsindən əlavə olan 50 kvm sahə üçün aldığı 7500 manat pul, habelə Kəmalə Əsədullayeva ilə mülkiyyətlərində olan torpaq sahələrini ayıran daş hasarın çəkilməsi üçün tərəfindən ödənilmiş ümumilikdə 7606,20 manat pulun yarısı olan 3803,10 manat pul cavabdeh İddiaçı alınıb ona ödənilməlidir. Bundan əlavə, cavabdehə qarşı yönəlmiş tələb üzrə qarşılıqlı iddia ərizəsinin hazırlanması, tərtib edilməsi, sənədlərin toplanması və sair hərəkətlərin həyata keçirilməsi üçün onunla vəkil arasında 300 (üç yüz) manat məbləğində müqavilə bağlanmış, iddianın məhkəmədə qaldırılması üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Hesab edir ki, həmin məbləğlər də cavabddehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi və vəkili X5 ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və onun nümayəndəsi və vəkili X13 qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Digər cavabdehə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İlkin və qarşılıqlı iddia rədd edilməlidir. İddiaçı ilə üzrə "xxxx"MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış 15.10.2020-ci il tarixli iş və xidmət müqaviləsindən görünür ki, müqaviləyə əsasən icraçı sifarişçiyə müqaviləyə əlavədə göstərilən iş və xidmətləri icra etməyi, sifarişçi isə görülən iş və xidmətləri qəbul edir və razılaşdırılmış müddətlərdə dəyərini ödəyir. Müqavilənin məbləği 26000 manat, əlavə məbləğ isə 2.000 manat təşkil edir. Satıcı İddiaçı və alıcı Cavabdeh1 tərəfindən Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisi xüsusi notariusu X8 ünvanlanmış 26.10.2020-ci il tarixli ərizədən görünür ki, onlar İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin (tam hissə,0.05 ha) 62000 manat 00 qəpik (altmış iki min manat sıfır qəpik) qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini “Alıcı” öz üzərinə götürür. O, "Alıcı" bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul olunmasını xahiş edir. O, “Satıcı” həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş edir. 26.10.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,19 ha olan torpaq sahəsindən 0,05 ha-nı alıcı Cavabdeh1 mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 62.000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. 12 saylı notariat ofisi xüsusi notariusu X11 tərəfindən "xxxx" ASC-nin Ulduz şöbəsinə ünvanlanmış 26.10.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 - Bakı, Nəsimi, Tağızadə küç, ev 7, mən 14 tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 62000 manat 00 qəpik (altmış iki min manat sıfır qəpik) məbləğində pulu torpaq sahəsi üçün 300 manat 00 qəpik (üç yüz manat sıfır qəpik) vergi öhdəliklərini (borcu) əmlakın satış dəyərindən çıxaraq dövlət xəzinədarlığına ödənildikdən və alqı-satqı müqaviləsi tərəfindən təsdiq edildikdən sonra 61700 manat 00 qəpik (altmış bir min yeddi yüz manat sıfır qəpik) İddiaçı verilməsi üçün bankda olan AZ14AİİB******************** №li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2, İddiaçı və şahid X14 tərəfindən imzalanmış 02.11.2020-ci il tarixli müqavilədən görünür ki, X1, X22 ilə öz tapaq sahəsində ev tikilişi və satışına - ortaq pul yatırımına razıdırlar. 300 kv metrlik sahəsində ev tikdirmək üçün, cəmi 50 000 manatlıq hesabat apararaq, pulun 25 000 manatını Kəmaləxanım təqdim edir, qalan məbləğ Elmir Ağayevə məxsus - öz hesabından ödənilir. Tikilərək tam təmir edilən iki mərtəbəli evin satışından sonra büdcəyə təqdim edilən pul vəsaitlərinin geri götürülərək, qalan hesab gətirlərinin iki tərəf arasında bərabər bölünməsi nəzərdə tutulub. Evin tikilmə müddəti 2 ay təşkil ediləcək. Qalan bütün işlər iki tərəf arasında razılaşma əsasında həyata keçirilir. Razılaşdırılan hər bir iş məsləhət əsasında görüləcək. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ümumi sahəsi 0,14 ha olan 267 saylı bağ sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 23.12.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 23.12.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 21.12.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə dair sxemdən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. 21.05.2021-ci il tarixli aktdan görünür ki, tərəfindən müvafiq materiallar sərf edilmiş, müvafiq xidmətlər tam yerinə yetirilmiş, ümumilikdə isə 7606,20 manat xərclənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində bildirmişdir ki, o, Cavabdeh1la tanışdır, Kəmalə Əsədullayevanı isə torpaq alqı-satqısı zamanı tanımışdır. Cavabdeh1 ona torpaq almaq istədiyini və ona köməklik göstərməsini bildirmişdir. Kəmalə Əsədullayevanın torpaq satması barəsində başqa bir yaxın tanışı olan Nadir adlı şəxs vasitəsilə məlumatı olmuşdur. O, Cavabdeh1la birlikdə mübahisəli torpaq sahəsinə Nadirin vasitəsilə birgə baxış keçirmişdir. Torpağa baxış keçirilən zaman Kəmalə və onun anası, Elnur adlı şəxs də orada iştirak etmişdir. O və Mehman qeyd olunan torpaq sahəsinə 2-3 dəfə birgə baxmaq üçün getmişlər. Mehman torpağı bəyəndiyi üçün almaq qərarına gəlmişdir. Sonradan torpağın alqı-satqısı üçün o, Mehman, Kəmalə Notariat Ofisinə gedərək torpağın alqı-satqısını həyata keçirmişlər. Kəmalənin anası isə notariat ofisinin yaxınlığında saxlanılmış avtomobildə gözləyirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Kəmalə Əsədullayeva onun qızıdır. O, qızı ilə birlikdə yaşayır. Onlara məxsus bağ evinin təmirinə maddi vəsait lazım olduğu üçün torpaq sahələrini satmaq qərarına gəlmişlər. Təmir işləri ilə Elnur adlı şəxs məşğul idi. Elnura torpaq sahəsini satmaq üçün alıcı tapmasını, torpaq satıldıqdan sonra isə onun əmək haqqısını verə biləcəklərini bildirmişlər. Sonradan torpağa alıcı qismində Aqşin adlı şəxs baxış keçirtmək üçün dəfələrlə gəlmişdir. Aqşin torpağa baxış keçirməyə 1-ci dəfə tək gəlmiş, növbəti dəfə gələn zaman onun yanında sonradan adı onlara məlum olan Mehman adlı şəxs də gəlmişdir. Lakin torpaqla bağlı sualları qızı Kəmaləyə Aqşin vermiş, Mehman heç bir əlavə sual verməmişdir. Aqşinlə torpağın satılmasında razılaşdıqdan sonra birgə Notariat Ofisində torpağın alqı-satqısını həyata keçirmək üçün görüşmüşlər. Elə həmin vaxt torpaq sahəsini Aqşin deyil, onun tanışı Mehmanın almaq istədiyi onlara məlum olmuşdur. Onlar bu hala etiraz etməmiş, razılaşaraq torpağın alqı-satqısını həyata keçirmişlər. Torpağın satışı üçün nəzərdə tutulan pul verilərkən müqaviləyə Kəmalə imza etsə də, Mehman pulu sayaraq Elnura vermişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın araşdırılmasına keçməmişdən əvvəl tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlı olub-olmamasına dair ilkin iddiada qeyd olunmuş dəlillərə hüquqi qiymət verilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2 və 339.3-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinin tələblərinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən müəyyən olunur ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin maddələrin məzmununa görə “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. İş materiallarından göründüyü kimi iddiaçının 26.10.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması məqsədi ilə aldadılması barədə dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İddiaçı müqaviləni məcburiyyət nəticəsində bağladığına, Cavabdeh1ı notariat ofisində gördüyü zaman müqaviləni bağlamaqdan imtina edə bilmədiyinə istinad etsə də, bu halları təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin mübahisəli müqaviləni bağladıqdan sonra aldığı torpaq sahəsində tikinti işlərini aparması, iddiaçı tərəfindən isə qonşu sahədə həmin işlərin aparılmasına mənfi münasibət bildirilməməsi kimi hallar ilkin iddiada göstərilən dəlilləri təkzib, İddiaçı əslində tərəfin kimliyindən asılı olmayaraq müqaviləni bağlamaqda israrlı olduğunu təsdiq etməkdədir. Alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddiaçının sübut qismində istinad etdiyi şahid ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, şahid qismində dindirilmiş X2 alqı-satqı müqaviləsinin bağlanmasında şəxsən iştirak etmədiyi, kənarda saxlanılmış avtomobildə gözlədiyi müəyyən edilmiş və bununla da faktiki olaraq iş üzrə əhəmiyyət kəsb edən halları birbaşa qavranmadığı və ya başqa məlum mənbələrdən qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət etməklə almadığı üçün təsdiq edə bilməmişdir. Şahid ifadəsinə əsasən həmçinin alqı-satqı müqaviləsi üzrə qarşı tərəfin kim olduğu onları maraqlandırmadığı, lakin müqavilə üzrə ödənilmiş pulun onlara yox, Elnurə verildiyini qeyd edtməklə müqavilənin hər-hansı əsasla etibarsız hesab edilməsi üçün heç bir dəlil barədə məhkəməyə məlumat verməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (MPM-nin 62-ci, 81-ci və 104.1-ci maddələri) Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və Cavabdeh2 qarşı (12 saylı notariat ofisinin xüsusi notariusu X11 üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Qarşılıqlı iddiadan qöründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ona satılmış 0,05 ha torpaq sahəsindən əlavə olan 50 kvm sahə üçün İddiaçı ödədiyi 7500 manat, habelə iddiaçı ilə mülkiyyətlərində olan torpaq sahələrini ayıran daş hasarının çəkilməsi üçün tərəfindən ödənilmiş ümumilikdə 7606,20 manat pulun 3803,10 manatı məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı müqavilədən kənar ödədiyi pulun qaytarılmasını xahiş etməkdədir. Mülki Məcəllənin 176.1-ci maddəsinə görə hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Belə ki, torpaq sahəsinin mülkiyyətçisinin öz sahəsini hasarlamaq hüququ vardır. Mülkiyyətçi belə hasarı öz torpaq sahəsindən çəkdiyi halda onun xərclərini özü çəkməlidir. İş materiallarına əsasən hasarın çəkildiyi torpaq sahəsinin ona məxsus olmadığını müəyyən etmək mümkün olmamış, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə 0,05 ha torpaq sahəsindən əlavə Cavabdeh1 satılmış 50 kvm sahə üzrə ödənilmiş pulun qaytarılması ilə əlaqədar eyni qənaətə gəlməkdədir. Belə ki, məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və Cavabdeh2 qarşı (12 saylı notariat ofisinin xüsusi notariusu X11 üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilməlidir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və Cavabdeh2 qarşı (12 saylı notariat ofisinin xüsusi notariusu X11 üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Hər iki iddia üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3539/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3539/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver