Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3553/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun sıfırlanması və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aşağı qəsəbə küçəsi, ev 8-də mövcud olan elektrik sayğacında ondan əvvəl həmin evin mülkiyyətçisi olmaqla yaşamış və elektrik sayğac adına olan X3 elektrik sərfiyyatına görə olan borclarının, mərkəzləşdirilmiş sistem vasitəsilə X3 hazırda yaşadığı ünvandakı adına olan sayğaca köçürülməsi və sözügedən sayğacın sıfırlanaraq abonent kodunun onun adına dəyişdirilməsi öhdəliyinin, bu mümkün olmadıqda yaşadığı evə abonent kodunun onun adına olan yeni elektrik sayğacının quraşdırılması üçün onunla müvafiq müqavilənin bağlanılması öhdəliyinin X5 Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda yaşadığı fərdi yaşayış evini 28 dekabr 2023-cü il tarixdə almışdır. Yaşayış sahəsində mövcud olan elektrik sayğacı ondan əvvəl həmin evin mülkiyyətçisi olmaqla yaşamış və elektrik sayğacı adına olan X3 elektrik sərfiyyatına görə 401,44 manat; 17,80 manat borc və 1870,71 manat məcburi köçkünün silinməli olan borc qalmışdır. Həmin borcların, mərkəzləşdirilmiş sistem vasitəsilə X3 hazırda yaşadığı ünvandakı sayğacına köçürülməsini və sözügedən sayğacın abonent kodunun onun adına dəyişdirilməsini, bu mümkün olmadıqda yaşadığı evə abonent kodunun onun adına olan yeni elektrik sayğacının quraşdırılması xahişi ilə X5 cəmiyyətinin Müştəri Xidmətləri İdarəsiə yazılı müraciət etmişdir. X5 cəmiyyətinin Müştəri Xidmətləri İdarəsi 27 may 2024-cü il tarixli cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən həmin mənzilin yeni mülkiyyətçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerji təchizatı müəssisəsinin arayışını tələb etməlidir) əsaslanaraq mənzildə istehlak edilmiş elektrik sərfiyyatına görə borc olduğu üçün müraciətinin müsbət həllinin imkan xaricində olmasını bildirmişdir. Sözügedən mənzili alarkən o, həmin mənzilin sahibi Bala Qədirovdan kommunal xidmətlərlə bağlı borcun olmaması barədə arayışı təqdim etməsini tələb etsə də həmin şəxs müvafiq sənədi ona verməmişdir. Yaşayış sahəsi onun üçün münasib qiymətə olduğundan və həmin yaşayış sahəsinə təcili ehtiyac yarandığından kommunal borcun olmaması ilə bağlı arayış təqdim etməməsinə baxmayaraq yaşayış sahəsini alıb orada məskunlaşmışdır. Hazırkı vəziyyətdə isə X5 cəmiyyətinin Müştəri Xidmətləri İdarəsi ondan əvvəl mənzildə yaşamış Baba Qədirovun istehlak etdiyi elektrik enerjisinə görə yaranmış borcun ödənilməsini heç bir əsas olmadan onun tərəfindən ödənilməsini və ya həmin borcun Baba Qədirovun ödəməyə məcbur etməyi dolayısı ilə onun üzərinə bir vəzifə olaraq qoyur. Daha sonra, iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, hazırda yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aşağı qəsəbə küçəsi, ev 8-də mövcud olan elektrik sayğacının onun adına keçirilməsi, elektrik enerjisinin alqı-satısına dair onun yeni müqavilənin bağlanması və sayğacda ona qədər olan borcun sıfırlanması və ya qeyd edilən yaşayış sahəsinə onun adına yeni işıq sayğacının quraşdırılması və onunla müvafiq müqavilənin bağlanması, hüquqi xidmətlər üçün sərf etdiyi 320 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Daha sonra, iddiaçı ərizəyə əlavə ilə məhkəməyə müraciət edərək, elektrik sayğacının göstəricisində olan əvvəlki borcun ona aid edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddiaçının izahatına oxşar izahat verdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, hesablanmış borc iddiaçıya deyil, mənzilin əvvəlki sakininə məxsusdur. İddiaçı həmin borcun silinməsini tələb edə bilməz. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan DƏDKR Publik Hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 iddiçının mülkiyyətindədir. İş materiallarında olan "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanan məktubda göstərilmişdir ki, **********00000 saylı kod üzrə elektrik enerji hesabatı haqında abunə vərəqi təhlil olunmuş və xx.xx.2007-ci il tarixinədək istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə 401.44 manat borcun ödənişləri tələb olunmayan borclar qarafasında daxil edildiyi müəyən edilmişdir. Qeyd olunan borcun yaranma müddətindən 5 ildən artıq keçdiyi üçün baxılması mümkün olmamışdır. Bu borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. İş materiallarında olan "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, yaşayış sahəsinə aid olan **********00000 saylı kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə xx.xx.2002-ci il tarixinədək (Bakıelektrikşəbəkəsi dövrü) 17,80 manat; xx.xx.2007-ci il tarixinədək (Barmek MMC dövrü) 401,44 manat; xx.xx.2016-cı il tarixinədək 1870,71 manat (Məcbüri köçkünlər və onlara bərabər tutulan şəxslər üçün ayrılmış limitdən artıq istehlak edilmiş elektrik enerjisinin dəyəri) borc yaranmışdır. Qeyd edilən borclar ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir və ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya məxsus mənzilin abunə koduna 1870,71 manat borc hesablanmışdır. Həmin borc o, mənzili aldıqdan qabaq hesablanmış borcdur. Bu hal cavabdehin nümayəndisinin məhkəmədə verdiyi izahatında da öz təsdiqini tapmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçının ona məxsus olmayan borca görə istehlakçı hüquqları pozulmuşdur. Odur ki, o, cavabdeh qurumla müqavilənin bağlanmaqla borcun ona məxsus olmadığını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin “hüquqi xidmətlər üçün sərf etdiyi 320 manatın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb dair sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə İddiaçı arasında işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə müqavilə bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalı, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına elektrik enerjisinin sərfiyatına görə hesablanmış borcun İddiaçı aid olmadığı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC ilə İddiaçı arasında işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə müqavilə bağlanması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına elektrik enerjisinin sərfiyatına görə hesablanmış borcun İddiaçı aid olmadığı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3553/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3553/2024
10.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver