Məhkəmə qərarları › İş №2(006)-3568/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3568/2021

29.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3568/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 41 saylı Notariat Kontoruna və Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı «müqavilələrinin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 41 saylı Notariat Kontoruna və Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı «müqavilələrinin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışlar ki, iddiaçının atası Cavabdeh1 ilə anası X8 19.05.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Anası 02.07.2020-ci il tarixdə vəfat etmişdir. Bir müddət əvvəl (vəkil sorğusuna cavab aldıqdan sonra) iddiaçıya məlum olmuşdur ki, atası anası ilə birgə nikahda olduğu zaman əldə etdiyi əmlakları anasının razılığı olmadan özgəninkiləşdirmişdir. Belə ki, anası ilə birgə nikahda olduğu dövrdə aşağıdakı əmlakları əldə etmişlər:

1. Bakı şəhəri, Səbail rayonu, Yusifbəy İbrahimli küçəsi, ev 6-da yerləşən 3 saylı mənzil;

2. Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 2A-da yerləşən 15 saylı mənzil;

3. Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 2A-da yerləşən 13 saylı mənzil;

4. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 102-də yerləşən 57 saylı mənzil;

5. Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 57-də yerləşən 15 saylı mənzil;

6. ünvan 3-də yerləşən 175 saylı mənzil;

7. Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 19-da yerləşən 21 saylı mənzil;

8. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi. Göründüyü kimi bu əmlaklar ər-arvadın birgə mülkiyyəti sayılmasına baxmayaraq, cavabdeh aşağıdakı əqdləri bağlamaqla anasının razılığı və xəbəri olmadan qeyri-qanuni yollarla həmin əmlakları özgəninkiləşdirmişdir: - Bakı şəhəri, Səbail rayonu, Yusifbəyli İbrahimli küçəsi, ev 6-da yerləşən 3 saylı mənzilə dair 41 saylı Notariat Kontorunda bağlanmış 24.09.2014-cü il tarixli, 4Ə-861 reyestr nömrəli dəyişmə müqaviləsi; - Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 2A-da yerləşən 15 saylı mənzilə alir 41 saylı Notariat Kontorunda bağlanmış 30.04.2013-cü il tarixli 4Ə-227 saylı alqı-satqı müqaviləsi; - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 102-də yerləşən 57 saylı mənzilə dair 41 saylı Notariat Kontorunda bağlanmış 16.07.2013-cü il tarixli 4Ə-02-365 reyestr nömrəli alqı-satqı müqaviləsi; - Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 57-də yerləşən 15 saylı mənzilə dair 19 saylı Notariat Kontorunda bağlanmış 22.01.2020-ci il tarixli, 4Ə-13 reyestr nömrəli alqı-satqı müqaviləsi; - Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 2A-da yerləşən 13 saylı mənzilə dair 19 saylı Notariat Kontorunda bağlanmış 07.02.2017-ci il tarixli 4Ə-29 reyestr nömrəli alqı-satqı müqaviləsi; - ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 19 saylı notariat kontorundha bağlanmış 18.10.2016-cı il trixli, 4Ə-388 reyestr nömrəli alqı-satqı müqaviləsi; - Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, ev 2/15-də yerləşən 175 saylı mənzilə dair 19 saylı Notariat Kontorunda bağlanmsış 29.03.2017-ci il tarixli 4Ə-78 reyestr nömrəli alqı-satqı müqaviləsi; Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 19-da yerləşən 21 saylı mənzilə dair 19 saylı Notariat Kontorunda bağlanmış 31.01.2020-ci il tarixli, 4Ə-23 reyestr nömrəli bağışlama müqaviləsi. Qeyd olunan müqavilələr bağlanan zaman heç birində iddiaçının anasının razılığı olmamışdır. Halbuki, birgə nikah dövründə əldə olunmuş ümumi birgə əmlak reyestrdəərarvadın hər hansı birinin adında qeydiyyatdan keçməsindən asılı olmayaraq, həmin əmlak özgəninkiləşdirilən zaman digər tərəfin mütləq qaydada buna razılıq verməsi tələb olunur. Qeyd olunan müqavilələr bağlanan zaman Azərbaycan Respublikası Mülki və Ailə qanunvericiliyinin tələbləri kobud formada pozulmuşdur. Həmin əqdlər etibarsız hesab olunmalı, bu əmlaklarla bağlı verilmiş hazırda qüvvədə olan çıxarışlar ləğv olunmalı, həmin əmlakların ½ hissəsinə anası X6 mülkiyyət hüququ tanınmalı və onun adına ½ paya uyğun DƏDRX tərəfindən çıxarış verilməlidir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Səbail rayonu, Yusifbəyli İbrahimli küçəsi, ev 6-da yerləşən 3 saylı mənzil ilə bağlı 41 saylı Notariat Kontorunda bağlanmış 24.09.2014-cü il tarixli, 4Ə-861 reyestr nömrəli dəyişmə müqaviləsinin, Bakı şəhəri, Sadıqcan küçəsi, ev 2A-da yerləşən 15 saylı mənzil ilə bağlı 41 saylı Notariat Kontorunda bağlanmış 30.04.2013-cü il tarixli 4Ə-227 reyestr nömrəli alqı-satqı müqaviləsinin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 102-də yerləşən 57 saylı mənzil ilə bağlı 41 saylı Notariat Kontorunda bağlanmış 16.07.2013-cü il tarixli, 4Ə-02-365 reyestr nömrəli alqı-satqı müqaviləsinin, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 57-də yerləşən 15 saylı mənzilə dair 19 saylı Notariat Kontorunda bağlanmış 22.01.2020-ci il tarixli, 4Ə-13 reyestr nömrəli alqı-satqı müqaviləsinin, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 2A-da yerləşən 13 saylı mənzilə dair 19 saylı Notariat Kontorunda bağlanmış 07.02.207-ci il tarixli 4Ə-29 reyestr nömrəli alqı-satqı müqaviləsinin, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 19 saylı Notariat Kontorunda bağlanmış 18.10.2016-cı il tarixli, 4Ə-388 reyestr nömrəli alqı-satqı müqaviləsinin, ünvan 3-də yerləşən 175 saylı mənzilə dair 19 saylı Notariat Kontorunda bağlanmış 29.03.2017-ci il tarixli 4Ə-78 reyestr nömrəli alqı-satqı müqaviləsinin, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 19-da yerləşən 21 saylı mənzilə dair 19 saylı Notariat Kontorunda bağlanmış 31.01.2020-ci il tarixli, 4Ə-23 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə, bu əmlaklarla bağlı verilmiş hazırda qüvvədə olan çıxarışların ləğv olunmasına, həmin əmlakların ½ hissəsinə anası X6 mülkiyyət hüququnun tanınmasına və ½ paya uyğun DƏDRX tərəfindən çıxarış verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə isə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X13 mülki işə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaya uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəməədn xahiş etdi. Cavabdehlər Bakı şəhəri 41 və 19 saylı Notariat Ofisləri tərəfindən məhkəməyə məktublar göndərilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Belə olan halda məhkəmə işə cavabdehlər Bakı şəhəri 41 və 19 saylı Notariat Kontorlarının nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayonu VVAQ tərəfindən 19 mart 2001-ci il tarixdə verilmiş Vİİ-JQ № 419989 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə X8 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 mart 2001ci il tarixdə 261 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 28 mart 1992-ci il tarixdə verilmiş XVİİ № 252706 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx xxxx 1992ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh1, anası X7r. İş materiallarında olan Bakı nikah evi tərəfindən 03 iyun 2011-ci il tarixdə verilmiş AZ-İ № 666191 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 ilə X10 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 iyun 2011-ci il tarixdə 921 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 126204 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 25.06.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02.07.2020-ci il tarixdə 552 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən verilmiş 03.02.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, 25.06.2020-ci il tarixdə vəfat etmiş 04.08.1964-cü il təvəllüdlü X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 19 saylı notariat ofisinə əri Cavabdeh1 və qızı İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X6 vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında 21.07.2020-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. İddiaçı anası X6 vərəsəsi kimi tanınmışdır. Lakin vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər 41 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 30.04.2013-cü il tarixli dəyişmə müqaviləsi ilə əlaqədar notariat işindən görünür ki, - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 11.01.2013-cü il tarixli Çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıxcan küçəsində yerləşən 2A saylı evin 5 otaqlı 15 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1803 saylı reyestr kitabının 165928 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. - Bakı şəhər 41 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 7E-4946 reyestr üzrə qeydə alınmış 26.05.2010-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən X8 tərəfindən Cavabdeh1 bütün əmlakı üzərində sərəncam verməklə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti 26.05.2040-cı il tarixədək müəyyən edilmişdir. - Cavabdeh1 ilə X23 arasında bağlanmış 30 aprel 2013-cü il tarixli daşınmaz əmlakın dəyişmə müqaviləsindən görünür ki, Cavabdeh1 özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A-da yerləşən 5 otaqlı 15 nömrəli mənzili və X23 özünə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67,6 kv.m. olan qeyri-yaşayış sahəsini dəyişmişlər. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər 41 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 16.07.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə əlaqədar notariat işindən görünür ki, - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi təərəfindən verilmiş ÖM seriyalı 051003 nömrəli 06.09.2020-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Təbriz küçəsində yerləşən 102 saylı evin 3 otaqlı 57 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 267 saylı reyestr kitabının 38515 nömrəli vərəqində, 30/17249 nömrə ilə qeydiyyat aparılmışdır. - X8, İddiaçı və X18 tərəfindən yazılmış ərizələrdən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 102-də yerləşən 57 saylı mənzilin satılmasına etiraz etməmişlər. - Cavabdeh1 ilə X17 arasında bağlanmış 16 iyul 2013-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 102 saylı 3 otaqlı 57 saylı mənzili Cavabdeh1 tərəfindən X12 satılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər 41 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 14.09.2014-cü il tarixli dəyişmə müqaviləsi ilə əlaqədar notariat işindən görünür ki, - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli 10.02.2012-ci il tarixli Çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, Yusifbəy İbrahimli küçəsində yerləşən 6 saylı evin 2 otaqlı 3 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 162 saylı reyestr kitabının 16528 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. - Bakı şəhər 41 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 7E-6351 reyestr üzrə qeydə alınmış 18.07.2014-cü il tarixli etibarnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən X8 tərəfindən Cavabdeh1 bütün əmlakı üzərində sərəncam verməklə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti 18.07.2034-cü il tarixədək müəyyən edilmişdir. - X8 tərəfindən yazılmış (X6 adından etibarnamə əsasında Cavabdeh1 imzalanmış) ərizədən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Yusifbəy İbrahimli küçəsi, 6 saylı evdə yerləşən 3 saylı mənzilin X16 məxsus olan ünvan 1 saylı evdə yerləşən 175 saylı mənzil ilə dəyişməsinə etiraz etməmişdir. - Cavabdeh1 ilə X21 arasında bağlanmış 24 sentyabr 2014-cü il tarixli daşınmaz əmlakın dəyişmə müqaviləsindən görünür ki, Cavabdeh1 özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Yusifbəy İbrahimli küçəsi, ev 6-da yerləşən 3 nömrəli mənzili və X21 özünə məxsus olan ünvan 3 ünvanında yerləşən 175 saylı mənzilini dəyişmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli 10.07.2010-cu il tarixli Çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən 57 saylı evin 3 otaqlı 15 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1178 saylı reyestr kitabının 106961 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan X8 tərəfindən yazılmış (X8 adından etibarnamə əsasında Məmmədov Tahir Fikrət oğlu imzalanmış) və Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, əri Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən 57 saylı evin 15 saylı mənzilin bağışlanmasına etiraz etməmişdir. İş materiallarında olan notariat qaydasında 22 yanvar 2020-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən 57 saylı evin 15 saylı mənzili Cavabdeh1 tərəfindən X14 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 08.02.2018-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 21 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2905 saylı reyestr kitabının 261584 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan X8 tərəfindən yazılmış (X8 adından etibarnamə əsasında Məmmədov Tahir Fikrət oğlu imzalanmış) və Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, əri Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 21 saylı mənzilin bağışlanmasına etiraz etməmişdir. İş materiallarında olan notariat qaydasında 31 yanvar 2020-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən 19 saylı evin 21 saylı mənzili Cavabdeh1 tərəfindən X14 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 11.01.2013-cü il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş kserosurətindən göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıxcan küçəsində yerləşən 2A saylı evin 4 otaqlı 13 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1804 saylı reyestr kitabının 166005 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan X8 tərəfindən yazılmış (X6 adından etibarnamə əsasında Cavabdeh1 imzalanmış) ərizədən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıxcan küçəsi, 2A saylı evdə yerləşən 13 saylı mənzilin satılmasına etiraz etməmişdir. İş materiallarında olan Cavabdeh1 ilə X15 arasında bağlanmış və Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş 07 fevral 2017-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıxcan küçəsində yerləşən 2A saylı 13 saylı mənzili Cavabdeh1 tərəfindən X1. İş materiallarında olan Cavabdeh1 ilə X4 arasında bağlanmış və Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş 18 oktyabr 2016-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 18 kv.m. olan qeyri-yaşayış binasını Cavabdeh1 tərəfindən X3 satılmışdır. İş materiallarında olan X8 tərəfindən yazılmış (X6 adından etibarnamə əsasında Cavabdeh1 imzalanmış) ərizədən görünür ki, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına etiraz etməmişdir. İş materiallarında olan Cavabdeh1 ilə X4 arasında bağlanmış və Bakı şəhəri 19 saylı Notariat Kontorunda təsdiq edilmiş 23 avqust 2017-ci il tarixli müqavilənin ləğvi barədə sazişindən görünür ki, Cavabdeh1 özünə məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X4n satmışdır. X4 qeyd olunan qeyri-yaşayış saşsinin alqı-satqı müqaviləsini daşınmaz əmlakın dövlət qeyestrindən çıxarışını öz adına almışdır. Tərəflərin ümumi razılığına əsasən Cavabdeh1 ilə qeyd olunan qeyri-yaşayış sahəsinə dair X4 arasında Bakı şəhəri, 19 saylı notariat kontorunda 18.10.2016-cı ildə bağlanmış alqı-satqı müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X3 ünvanlanmış 06.09.2017-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 1 saylı qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən 4Ə-388 reyestr nömrəli, 18.10.2016-cı il tarixli alqı-satqı müqaviləsinin ləğvi barədə 3M- 518 reyestr nömrəli, 23.08.2017-ci il tarixli saziş nəzərə alınaraq 26.08.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 11.10.2014-cü il tarixli Çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən 2/15 saylı evin 175 saylı mənzili (Yeni qaydalarla: AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, 18,M4,m2) Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1666 saylı reyestr kitabının 152944 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan X8 tərəfindən yazılmış (X8 adından etibarnamə əsasında Məmmədov Tahir Fikrət oğlu imzalanmış) və Bakı şəhəri 41 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, həyat yoldaşı Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən 2/15 saylı evin 175 saylı mənzilin (Yeni qaydalarla: AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, 18,M4,m2) satılmasına etiraz etməmişdir. İş materiallarında olan notariat qaydasında 29 mart 2020-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən 2/15 saylı evin 175 saylı mənzili (Yeni qaydalarla: AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, 18,M4,m2) Cavabdeh1 tərəfindən X2. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər 41 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 7E/10-6739 reyestr üzrə qeydə alınmış 27.08.2013-cü il tarixli etibarnaməyə əsasən X8 tərəfindən Cavabdeh1 bütün əmlakı üzərində sərəncam verməklə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti 27.08.2043-cü il tarixədək müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı bütün müqavilələr notariat ofislərindən tələb edilmiş və qeyd olunan əmlaklara bağlı əqdlər iddiaçının adından verilmiş , 26.05.2010-cu il tarixli 121292 saylı, 28.08.2013-cü il tarixli 6739 saylı, 18.07.2014-cü il tarixli 7E-6351 saylı qüvvədə olan etibarnamələrə əsasında həyata keçirilmişdir. Hətta 16.07.2013-cü il tarixdə bağlanmış ******* saylı müqavilənin imzalanmasında Məmmədova Kəmalə özü şəxsən iştirak etmişdir. Bunun əskini sübut edən hər hansı mötəbər əsas məhkəməyə təqdim olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 41 saylı Notariat Kontoruna və Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı müqavilələrinin etibarsız hesab edilməsi tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın digər hissələri olan verilmiş çıxarışların ləğv edilməsi, ½ payın müəyyən edilərək paya uyğun çıxarışın verilməsi hissəsi ilə bağlı isə qeyd edir ki, iddia tələbi müqavilələrin etibarsız hesab edilməsi hissəsində rədd olunduğundan və digər tələblər ilkin tələblə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi digər hissələrdə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 41 saylı Notariat Kontoruna və Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı «müqavilələrinin etibarsız hesab edilməsi və s» tələblərinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar