Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-357/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 30.10.2019-cu il tarixli 559/E saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 300 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə 179.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 30.10.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.09.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 625C saylı bağ evi ipotekaya qoyulmuşdur. Bağ evinin ipoteka qoyulması barədə Bank ilə borc alan Cavabdeh1 ipoteka qoyan Cavabdeh2 arasında 30.10.2019-cu il tarixli 559/EG saylı Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20.05.2017ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir.Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasn borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********284 saylı 08.05.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə öhdəliklərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 04.05.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 191.635,88 manat təşkil edir. Bundan 178.047,45 manat əsas, 13.588,43 manat faiz borcu təşkil edir. Göstərilənlərə əsasən 04.05.2021-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 191.635,88 manat, bundan 178.047,45 manat əsas, 13.588,43 manat faiz və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 625C saylı bağ evinə yönəlməsi, yuxarıdakıları əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.10.2019-cu il tarixli, 559/E saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 300 ay müddətinə, illik 8% olmaqla, 179.000 manat məbləğində kredit verilmişdir.
7. İş materiallarında olan ipoteka saxlayan qismində İddiaçı ASC ilə ipoteka qoyan qismində Cavabdeh2 və borc alan qismində Cavabdeh1 arasında bağlanmış 30.10.2019cu il tarixli, № 559/EG saylı sonraki ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla Borcalan arasında bağlanmış 30.10.2019-cu il tarixli 559/E saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmeti qarşılıqlı razılığa əsasə 175.000 manat dəyərində qiymətləndirilmişdir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 19.09.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətindədir.
9. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 19.09.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evi 17.05.2017-ci il tarixli, 463/E nömrəli kredit müqaviləsinə əsasən 48 ay müddətinə ipoteka müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
10. İş üzrə ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş 19.05.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 30.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 04.05.2022-ci il tarixə əsas borcu 178.047,45 manat, 13588,43 manat faiz borcu, cəmi 191.635,88 manat borcu var.
11. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişin surətindən görünür ki, kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir.
12. İş üzrə ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 08.05.2021-ci il tarixli ərizədən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinə tutmanın yönəldilməsi haqqında borcalana kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutlma yönəldilməsinə dair bildirişin göndərilməsini nəzərə alaraq tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuşdur.
13. İş üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalının çıxarışından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması barədə **********3 qeydiyyat nömrəli elektron ərizəsi icra edilmişdir.
14. İddiaçı ləğv prosesində olan İddiaçı ASC ipoteka bildirişlərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6993 saylı, 12 noyabr 2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş kredit tarixi, kredit müqaviləsi və s.) 30.10.2019-cu il tarixli, 559/E saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu: - 04.05.2021-ci il tarixə (sualda qeyd olunan tarix) olan əsas borc üzrə - 179.000 manat, faiz borcu üzrə - 13.774,89 manat; - 20.10.2021-ci il tarixə (ekspertin rəy verdiyi tarix) olan əsas borc üzrə - 179.000 manat, faiz borcu üzrə – 20.378,00 manat müəyyən edilmişdir.
16. "xxxx" MMC-nin 28.02.2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi haqqında PRE/08/2022 nömrəli rəyinə əsasən A Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinin bazar dəyəri 203.160,00 manat, likvid dəyəri 182.844,00 manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona 30.10.2019-cu il tarixdə 300 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə 179.000 manat məbləğində kredit verilmiş, eyni zamanda həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə bank arasında sonraki ipoteka müqaviləsi bağlanmışdır. Hazırda cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə banka borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
21. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
24. Məhkəmə qeyd edir ki, Cavabdeh1 Adil qızı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
25. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 04.05.2021-ci il tarixə olan əsas borcu 179.000 manat, faiz borcu 13.774,89 manat təşkil edir. İrəli sürülmüş tələb üzrə isə əsas borc kimi 178.047,45 manat, faiz borcu kimi 13.588,43 manat məbləğində pul tələb olunur.
26. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
27. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz.
28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 178.047,45 manat əsas borcun və 13.588,43 manat faiz borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
29. Bundan əlavə, məhkəmə iddiaçının nümayəndəsi iddia ərizəsində zamin kimi Cavabdeh2 qeyd etsədə, iddia ərizəsinə tərəflər arasında zaminlik müqaviləsinin bağlanmasında dair heç bir rəsmi sənədi təqdim etməmişdir.
30. Bu halda məhkəmə hesab edir ki, zaminlik müqaviləsi mövcud olmadığından iddiaçının cavabdeh kimi X4 yaranmış borc üzrə pulun müştərək qaydada tutulması hissəsində iddia tələbi təmin oluna bilməz.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
32. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
34. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
35. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri.
36. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
37. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
38. Məhkəmə hesab edir ki, tələbin ödənilməsi üçün tutmanın Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi ilə iddiaçının adına ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiaçının iddia tələbi Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir.
39. Məhkəmə qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür.
40. Konkret hazırki işdə ipoteka müqaviləsi 2019-cu ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində daşınmaz əmlak bazarında qiymətlərinin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz.
41. Bu səbəbdən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edilərkən ipoteka müqaviləsində göstərilən qiymət əsas kimi götürülə bilməz.
42. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir.
43. İşdə olan "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi haqqında hesabata əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinin hazırki bazar qiyməti 203.160 manat, likvid dəyəri 182,844 manat təşkil etmiş və qiymətləndirməyə dair xərc Cavabdeh2 tərəfindən ödənilmişdir.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
45. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin ekspertiza vasitəsilə müəyyən edilmiş likvid qiyməti nəzərə alınmasını qanuni, əsaslı və ədalətlidir.
46. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.
47. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsin əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.
48. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehlərdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, həmçinin Cavabdeh2 zamin olmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
49. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş bağ evi satıldıqdan sonra həmin evin boşaldılaraq banka təhvil verilməsi hissəsində qismən təmin edilməlidir.
50. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun.
51. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
52. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş bağ sahəsinə tutma yönəldildikdən sonra həmin bağ sahəsinin 1 ay ərzində Cavabdeh2 tərəfindən boşaldılmalı, əks təqdirdə Cavabdeh2 məcburi qaydada bağ sahəsindən əşyaları ilə birlikdə çıxarılmalıdılar.
53. Lakin məhkəmə hesab edir ki, ipoteka predmeti olan bağ sahəsi satıldıqdan sonra onun banka təhvil verilməsi hissədə tələb əsassızdır və təmin edilməməlidir.
54. Belə ki, ipoteka predmeti olan bağ sahəsi açıq hərracdan satıldıqdan və Cavabdeh2 tərəfindən boşaldıldıqdan sonra bağ sahəsini almış şəxsə təhvil verilməlidir. Bank iş üzrə ipoteka saxlayan olsa da və bağ sahəsi açıq hərracdan satılarkən onu əldə etmək hüququ olsa da, bunun isə qabaqcadan müəyyən edilməsi mümkün olmadığı üçün, ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra banka təhvil verilməsi barədə tələb əsassızdır. Məhkəmə qeyd edir ki, həmin əmlak hərracı udmuş və ya bağ sahəsini əldə etmiş şəxsə təhvil verilməlidir.
55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsum da tutulmalıdır.
57. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 559/E saylı, 30.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 04.05.2021-ci il tarixə yaranmış 178.047,45 (yüz yetmiş səkkiz min qırx yeddi manat, qırx beş qəpik) manat əsas borcu, 13.588,43 (on üç min beş yüz səksən səkkiz manat, qırx üç qəpik) manat faiz borcu, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 40 (qırx) manat rüsumu, cəmi 191.705,88 (yüz doxsan bir min yeddi yüz beş manat, səksən səkkiz qəpik) manat məbləğində pul tutulmalı, tutma Cavabdeh2 mülkiyyətində olan, ilkin satış qiyməti (likvid dəyər) 182.844 (yüz səksən iki min səkkiz yüz qırx dörd) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinə yönəldilməli, həmin bağ evi açıq hərracdan satılmalı və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir.
58. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
61. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
64. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
65. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 559/E saylı, 30.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 04.05.2021-ci il tarixə yaranmış 178.047,45 (yüz yetmiş səkkiz min qırx yeddi manat, qırx beş qəpik) manat əsas borcu, 13.588,43 (on üç min beş yüz səksən səkkiz manat, qırx üç qəpik) manat faiz borcu, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 40 (qırx) manat rüsumu, cəmi 191.705,88 (yüz doxsan bir min yeddi yüz beş manat, səksən səkkiz qəpik) manat məbləğində pul tutulsun. Tutma Cavabdeh2 mülkiyyətində olan, ilkin satış qiyməti (likvid dəyər) 182.844 (yüz səksən iki min səkkiz yüz qırx dörd) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinə yönəldilməli, həmin bağ evi açıq hərracdan satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 0,12 ha torpaq sahəsində yerləşən 206,8 kv.m. ümumi sahəsindən ibarət 625C nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov