Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3600/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Müdafiəsi olmaqla “döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Müdafiəsi olmaqla “döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun məcburi köçkün faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə bir hissədə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Ərizənin məzmununda göstərilir ki, ərizəçinin Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Publik hüquqi şəxsinə və habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanlanmış müraciətlərinə imtina cavabı verilməklə müraciəti təmin olunmamışdır. Göründüyü kimi, sözügedən məsələ müvafiq dövlət orqanına müraciət edilməklə inzibati icraat çərçivəsində həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1 -ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 avqust 2007-ci il Qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı”nın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati orqanlara aid edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi mövcud iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və əriəçiyə məsələ ilə bağlı müvafiq dövlət orqanına müraciət etmək hüququnun olması, müraciətin təmin edilməsindən imtina edildiyi halda müvafiq inzibati məhkəməyə müraciət etməsi izah olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Müdafiəsi olmaqla “döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə məsələ ilə bağlı müvafiq dövlət orqanına və həmin orqanın imtinası halında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Ərizənin verilməsinə görə Vəkil tərəfindən ödənilmiş 100 manat (“X1”, qəbzin nömrəsi: **********, tarix: xx.xx.2025-ci il, saat: 16:54:22) dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsindən Vəkil qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3600/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3600/2025
05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver