Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3603/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X20 oğlunun katibliyi, Ərizəçi, Fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxs X2 iştirakları ilə, Ərizəçi Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi övladları xx.xx.1994-cü il təvəllüdlü X9 və xx.xx.2005-ci il təvəllüdlü X10 müddətsiz ikinci qrup əlildirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlara əsasən xx.xx.1994-cü il təvəllüdlü X4 “anadangəlmə əqli zəiflik debillik səviyyəsində.”, xx.xx.2005-ci il təvəllüdlü X6 “dərin kəmağıllıq, İQ-18, psixotik daxilolmalarla.” diaqnozu qoyulmuşdur. Kobud nitq və davranış pozuntuları ilə əlaqədar onların daima kənar şəxslərin köməyinə ehtiyacları var. Artıq uzun müddətdir ki, hər ikisi ev şəraitində və ambulator qaydada çoxsaylı müalicələr alıblar. Onların daimi qulluğa ehtiyacları var. Onlar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyillər. Ona görə də hazırki ərizənin verilməsinə zərurət yaranmışdır. Ərizəçi hər iki uşağa qulluq edir. Hazırki vəziyyətdə ərizə təmin edilməli, vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan xx.xx.1994-cü il təvəllüdlü X9 və xx.xx.2005-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.
3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “xx.xx.2005-ci təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinin “xx.xx.1994-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbindən ayrılaraq, ayrıca icraatda baxılması, Ərizəçi Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “xx.xx.2005-ci təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair ərizəsi üzrə işə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır.
a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, ekspert rəyini nəzərdən keçirib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
7. Doğum haqqında XVİİİ-ЖГ seriyalı 295341 nömrəli şəhadətnamədən görünür ki, X11 xx.xx.1994-cü ilarixdə Bakı şəhərində anadan olmuş, atası X13, anası X12r.
8. Nikah pozulması haqqında AZ-İ seriyalı 468286 nömrəli şəhadətnamədən görünür ki, X7 Ərizəçi ilə olan nikahı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur.
9. Müayinə olunan şəxs üzrə məlumat adlı sənəddən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X8 xx.xx.2013-cü ilən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş, səbəbi ümumi xəstəlik qeyd edilmiş, ona anadangəlmə əqli zəiflik debillik səviyyəsində diaqnozu qoyulmuş, əmək qabiliyyətsiz hesab olunmuşdur.
10. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilmişdir.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 xx.xx.2024-cü il tarixli 2892 nömrəli rəyindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X5 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X11 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə işdə olan ekspertin rəyinə əsasən müəyyən etdi ki, Ərizəçi X13 ilə birgə nikahından olan xx.xx.1994-cü il təvəllüdlü X5 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur, o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.
c) Məhkəmənin mövqeyi:
13. Mülki qanunvericiliyin tələbinə görə, ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir.
14. Məhkəmə hesab edir ki, ərizəçinin dəlilləri ekspert rəyi ilə təsdiq olunduğundan, ərizə təmin edilməli, xx.xx.1994-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Mülki Məcəllənin: Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər Maddə 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: Maddə 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
17. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1994-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
18. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilməlidir.
Nəticə:
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Hazırki qətnamə X11 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova