Məhkəmə qərarları › İş №2(006)-3655/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3655/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3655/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, X6, İMEİ Kodu **********75850 Xiaomi Mi A2 Lite markalı telefon, X5 Segway, İmei kodu **********67750 Xiaomi Mi A2 markalı telefon, X8-Ear Headphones markalı qulaqcıq, Power Bank mi, İMEİ Kodu **********93592 X7 6 PRO markalı telefon və X4 markalı qulaqcıq almış və nəticədə 2030 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 108 manat (18 ay x 6 manat + 0 manat ilkin ödəniş) olan X6 üçün 47 manat olmaqla ondan, 36 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 744 manat (24 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********75850 Xiaomi Mi A2 Lite markalı telefon üçün 446 manat olmaqla ondan, 372 manat ödənilməmiş hissə, 74 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 manat (24 ay x + 21 manat + 0 manat ilkin ödəniş) olan X5 Segway üçün 399 manat olmaqla ondan 336 manat ödənilməmiş hissə, 63 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 660 manat (12 ay x 55 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********75850 Xiaomi Mi A2 Lite markalı telefon, X8-Ear Headphones markalı qulaqcıq, Power Bank mi üçün 215 manat olmaqla ondan 165 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 702 manat (18 ay x 39 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********93592 X7 6 PRO markalı telefon üçün 741 manat olmaqla ondan 624 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 167 manat (12 ay x 13 manat + 11 manat ilkin ödəniş) olan X4 markalı qulaqcıq üçün 182 manat olmaqla ondan 143 manat ödənilməmiş hissə, 39 manat dəbbə pulu; cavabdehin cəmi ödədiyi məbləğ 1209 manat təşkil edir. Göstərilənlərə əsasən, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, X6 üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu. Cəmi 47 manat; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********75850 Xiaomi Mi A2 Lite markalı telefon üçün 372 manat ödənilməmiş hissə, 74 manat dəbbə. Cəmi 446 manat; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, X5 Següay üçün 336 manat ödənilməmiş hissə, 63 manat dəbbə pulu. Cəmi 399 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********67750 Xiaomi Mi A2 Lite markalı telefon, X8-Ear Headphones markalı qulaqcıq, Power Bank mi üçün 165 manat ödənilməmiş hissə, 50manat dəbbə pulu. Cəmi 215 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********93592 X7 6 PRO markalı telefon üçün 624 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu, cəmi 741manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, X4 markalı qulaqcıq üçün 143 manat ödənilməmiş hissə, 39 manat dəbbə pulu. Cəmi 182 manat. Ümumilikdə 2030 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2060 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsini rəhbər tutaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, № 00372189 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC «X5 D-1» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə ilkin ödəniş daxil olmaqla hər ay 21 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 00461737 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC “Xiaomi Mi A2 Lite” markalı telefonu, X8-Ear Headphones” markalı qulaqcıq, “Power Bank mi” Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ilkin ödəniş daxil olmaqla hər ay 55 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 00665521 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC «X7 6 PRO» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ilkin ödəniş daxil olmaqla hər ay 39 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, № 00314904 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC «Xiaomi Mi A2» Lite 3/32 GB markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə ilkin ödəniş daxil olmaqla hər ay 31 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, № 00308842 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC «Ütü Panasonic» markalı ütü Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ilkin ödəniş daxil olmaqla hər ay 6 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 00725277 saylı müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC «X4» Lite 3/32 GB markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə ilkin ödəniş daxil olmaqla hər ay 31 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxx 2020-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 36 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu olmaqla, ümumilikdə 47 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 372 manat ödənilməmiş hissə, 74 manat dəbbə pulu olmaqla, ümumilikdə 446 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 336 manat ödənilməmiş hissə, 63 manat dəbbə pulu olmaqla, ümumilikdə 399 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 165 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu olmaqla, ümumilikdə 215 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 624 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu olmaqla, ümumilikdə 741 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 143 manat ödənilməmiş hissə, 39 manat dəbbə pulu olmaqla, ümumilikdə 182 manat hər müqavilə üzrə ümumilikdə isə 1676 manat əsas, 354 manat dəbbə, cəmi 2030 manat borcu vardır. «xxxxxxxxxxx» MMC tərəfindən Məmmədov Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən «xxxxxxxxxxx» MMC əşyaları Cavabdeh vermiş, Cavabdeh isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun hazırkı tarixədək «xxxxxxxxxxx» MMC-yə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 36 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu olmaqla, ümumilikdə 47 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 372 manat ödənilməmiş hissə, 74 manat dəbbə pulu olmaqla, ümumilikdə 446 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 336 manat ödənilməmiş hissə, 63 manat dəbbə pulu olmaqla, ümumilikdə 399 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 165 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu olmaqla, ümumilikdə 215 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 624 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu olmaqla, ümumilikdə 741 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 143 manat ödənilməmiş hissə, 39 manat dəbbə pulu olmaqla, ümumilikdə 182 manat hər müqavilə üzrə ümumilikdə isə 1676 manat əsas, 354 manat dəbbə, cəmi 2030 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləğləri ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 2 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 7 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 6 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 4 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən X6 üçün ümumilikdə 36 (otuz altı) manat ödənilməmiş hissə, 2 (iki) manat dəbbə pulu, cəmi 38 (otuz səkkiz) manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75850 olan “Xiaomi Mi A2 Lite” markalı telefon üçün 372 (üç yüz yetmiş iki) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə pulu, cəmi 379 (üç yüz yetmiş doqquz) manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “X5 Segway” üçün 336 (üç yüz otuz altı) manat ödənilməmiş hissə, 6 (altı) manat dəbbə pulu, cəmi 342 (üç yüz qırx iki) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********67750 “Xiaomi Mi A2 Lite markalı telefon,X8-Ear Headphones markalı qulaqcıq, Power Bank mi” üçün 165 (bir yüz altmış beş) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, cəmi 170 ( bir yüz yetmiş) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********93592 “X7 6 PRO” markalı telefon üçün 624 (altı yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, cəmi 634 (altı yüz otuz dörd) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “X4” markalı qulaqcıq üçün 143 (bir yüz qırx üç) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə pulu, cəmi 147 (bir yüz qırx yeddi) manat, ümumilikdə 1123 (bir min yüz iyirmi üç) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1153 (bir min yüz əlli üç) manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən X6 üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 2 (iki) manat dəbbə pulu, cəmi 38 (otuz səkkiz) manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 372 (üç yüz yetmiş iki) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə pulu, cəmi 379 (üç yüz yetmiş doqquz) manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 336 (üç yüz otuz altı) manat ödənilməmiş hissə, 6 (altı) manat dəbbə pulu, cəmi 342 (üç yüz qırx iki) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 165 (bir yüz altmış beş) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, cəmi 170 ( bir yüz yetmiş) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 624 (altı yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, cəmi 634 (altı yüz otuz dörd) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 143 (bir yüz qırx üç) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə pulu, cəmi 147 (bir yüz qırx yeddi) manat, ümumilikdə 1123 (bir min yüz iyirmi üç) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1153 (bir min yüz əlli üç) manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar