Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3666/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC BOKT-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC BOKT-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması” tələbi ilə məhkməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdınlma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015- ci il müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - İddiaçı QSC) keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı Cavabdeh1 “xxxx” ASC-yə olan və müqavilə öhdəliyindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 18 oktyabr 2016-cı il tarixli, 405 saylı təhvil-təslim aktı əsasında "İddiaçı” QSC-yə təhvil verilmişdir. Akta əsasən Cavabdeh1 təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 2.700,00 manat (əsas borc 2.700,00 manat və faiz borcu 0,00 manat) manat məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış 04 fevral 2015-ci il tarixli 2-04.02.2015-SM 15 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. Borc İddiaçı QSC-nin idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. Beləliklə, 08.01.2021-ci il tarixə Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə cəmi borcu 2.700,00 manat (əsas borc 2.700,00 manat və faiz borcu 0,00 manat) məbləğində təşkil etmişdir. Cavabdeh1 ilə bağlanmış və iddia ərizəsinə əlavə edilən 04 fevral 2015-ci il tarixli 2- 04.02.2015-SM15 nömrəli kredit müqaviləsinin surətindən göründüyü kimi müqavilənin predmeti pul öhdəliyidir. Müqaviləyə görə borcalan həmin müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürür. Bu borcun təminatı olaraq, “xxxx” ASC ilə Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 04 fevral 2015-ci il tarixli, 2-04.02.2015-SM15 nömrəli zaminlik müqavilələri bağlanılmışdır. Həmin zaminlik müqavilələrinin 2.1-ci bəndinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 2.2-ci bəndinə əsasən borclu yuxarıda qeyd edilən kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi. Belə ki, məhkəməyə arayış təqdim edərək, “xxxx” ASC pərakəndə biznes seqmenti üzrə “Yasamal” filialı qarşısında Cavabdeh1 04 fevral 2015-ci il tarixli 1-04.02.2015-SM15 №-li kredit müqaviləsinə əsasən heç bir öhdəliyinin olmamasını bildirərək, iddianın rədd edilməsi barədə qətnam qbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə “xxxx” ASC-yə bağlanmış 18 oktyabr 2016-cı il tarixli, 405 saylı təhvil-təslim aktından görünür ki, müqavilə öhdəliyindən irəli gələn problemli borcu üzrə tələb hüququ da əsasında "İddiaçı” QSC-yə təhvil verilmişdir. Akta əsasən Cavabdeh1 təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 2.700,00 manat (əsas borc 2.700,00 manat və faiz borcu 0,00 manat) manat məbləğində borcu olmuşdur. İş materiallarında olan Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış 04 fevral 2015-ci il tarixli 2-04.02.2015-SM 15 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 2.700,00 manat (əsas borc 2.700,00 manat və faiz borcu 0,00 manat) manat məbləğində borcu olmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, 08.01.2021-ci il tarixə Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə cəmi borcu 2.700,00 manat (əsas borc 2.700,00 manat və faiz borcu 0,00 manat) məbləğində təşkil etmişdir. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 04 fevral 2015-ci il tarixli, 2-04.02.2015-SM15 nömrəli zaminlik müqavilələrindən görünür ki, 2.700,00 manat borcun banka ödənilməsinə zaminlər cavabdehdirlər. İş materiallarında olan “xxxx” ASC-nin 25.10.2017-ci il tarixli arayışından görünür ki, “xxxx” ASC pərakəndə biznes seqmenti üzrə “Yasamal” filialı qarşısında Cavabdeh1 04 fevral 2015-ci il tarixli 1-04.02.2015-SM15 №-li kredit müqaviləsinə əsasən heç bir öhdəliyi yoxdur. Beləliklə, məhkəməm iclasında müəyyən edilmişdir ki, “xxxx” ASC-nin 25.10.2017-ci il tarixli arayışından göründüyü kimi “xxxx” ASC pərakəndə biznes seqmenti üzrə “Yasamal” filialı qarşısında Cavabdeh1 04 fevral 2015-ci il tarixli 1-04.02.2015-SM15 №-li kredit müqaviləsinə əsasən heç bir öhdəliyi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Mülki Məcəllənin 527-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 527.2 maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı QSC BOKT-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı QSC BOKT-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3666/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3666/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver