Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3669/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı və cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı oğlunun «xxxx» ASC-yə qarşı «aktın ləğv edilməsi və akt üzrə hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «akta dəyişiklik və.s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirşağa qəsəbəsi, bağlar massivində yerləşən fərdi yaşayış evi üzrə yanlış enerji sərfiyyatının hesablanmasına əsas olmuş R №199146 saylı, 12.11.2020-ci il tarixli aktda elektrik xəttinin Amper yükünə dəyişiklik edilməsi və 2020-ci ilin noyabr ayından 2021-ci ilin fevral ayı daxil omaqla, 4 ay müddət üçün qeyd olunan bağ evində enerji sərfiyyatının 32 manata endirilərək, hesablanması öhdəliyinin cavabdeh xxxx \ASC-nin üzərinə qoyulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Pirşağı qəsəbəsi, bağlar massivində ona məxsus bağ evindən əsas etibarilə yay aylarında istifadə edir, digər aylarda isə evdə istifadə olunan soyuducu və həyətyanı sahənin işıqlandırılması səbəbindən təxmini 8 (səkkiz) manat məbləğində cüzi sərfiyyat olur. Lakin keçən ilin mart ayının əvvəllərində COVİD-19 pandemiyasının başlanması və məktəblərin bağlanması səbəbindən bağ evinə mart ayının əvvəllərində köçüb və həmin ay 06.03.2020-ci il tarixdən 06.04.2020-ci il tarixədək 1 ay müddətində ailəsi ilə birgə evdə 16,30 (on altı) manat 30 qəpik elektrik enerjisi sərfiyyat etmişdir. Növbəli 2 ay ərzində də təxmini eyni elektrik sərfiyyatı edilmişdir. 2020-ci ilin iyun ayının ikinci yarısında həyətyanı sahədə tikinti-quraşdırma, təmir işləri başladığı, həyətyanı sahədə laqunda, perforator, elektrik qaynaq aparatı kimi cihaz və avadanlıqlardan istifadə edildiyi üçün 04.06.2020-ci il tarixdən 02.07.2020-ci il tarixədək 28.26 (iyirmi səkkiz manat, 26 qəpik) manat elektrik enerjisi sərfıyyatı artmışdır, Təmirquraşdırma işləri növbəti ayda daha da intensvləşdiyi və tamamlandığı üçün elektrik enerjisi sərfıyyatı 02.07.2020-ci il tarixdən 04.08.2020-ci il tarixədək daha da artaraq 41,37 (qırx bir manat, otuz yeddi qəpik) manat təşkil etmişdir. Təmir işləri tamamlandığı aydan sonrakı ayda yəni 04.08.2020-ci il tarixindən 02.09.2020-ci il tarixinədək yenidən elektrik enerjisi sərfiyyatı yaşayış yerində adi normada isifadə olunan sərfiyyata enmiş, 19,46 (on doqquz manat, qırx altı qəpik) manat təşkil etmişdir. Növbəti ayda da yəni 02.09.2020-ci il tarixindən 01.10.2020-ci il tarixinədək elektrik enerjisinin sərfiyyatı 19.34 (on doqquz manat, otuz dörd qəpik) manat təşkil etmişdir. 01.10.2020-ci il tarixində məktəblər açıldı və iddiçı bağ evindən şəhərdə olan mənzilə köçüb. Oktyabr ayı ərzində bağ evində olmadıqlarından 01.10.2020-ci il tarixindən 03.11.2020-ci il tarixi daxil olmaqla, bağ evinə 8,02 (səkkiz manat, iki qəpik) elektrik enerjisi sərfiyyatı olmuşdur. Daha sonra iddiaçı zəfər bayramını qeyd etmək məqsədilə 11.11.2020-ci il tarixində bağ evinə gəlmiş və həftə sonuna kimi 15.11.2020-ci il tarixinədək bağda qalmağı düşünüb. 12.11.2020-ci il tarixində gündüz saatlarında iddiaçı Bakı şəhərində olan zaman ona məxsus evin xaricində daş hasar üzərində quraşdırılmış elektrik sayğacında qəfil alovlanma və özündə daxildən yanma hadisəsi baş verir. Həmin zaman yanan sayğac və sayğac qutusu və naqilin foto şəklini iddiaçının qonşusu çəkərək,iddiaçıya proqram vasitəsilə göndərir.İddiaçı isə öz növbəsində Azərişığın sahə rəisi Hüseynov Eldəniz və işçilərini dərhal ərazidə hadisə yerinə çağırıb və hadisə yerinə gələn sahə rəisi və digər əməkdaşlar da sayğacın təbii daxildən alovlanaraq, yandığının şahidi olublar. Elektrik xəttlərinin yük amperajası ölçülüb, norma daxilində olması barədə o zaman iddiaçının anasına məlumat veriblər. Bu barədə 12.11.2020-ci il tarixində abonent olaraq, iddiaçının iştirakı olmadan anasının iştirakı ilə R №199146 saylı akt tərtib olunub və vəd verilib ki, yaxın zamanlarda yeni sayğac quraşdırılacaqdır. Lakin hər dəfə sahə rəisi Hüseynov Eldəniz ilə əlaqə saxlandığı zaman yeni sayğacın quraşdırılması üçün bir neçə dəfə yenidən görüşməyimizin zəruri olduğu bildirildi və dəfələrlə növbəti vədlər verildi. Bu vəziyyətin uzanmaması və davam etməməsi üçün iddiaçı 30.12.2020-ci il tarixində Heydər Əliyev prospektində yerləşən ASAN5 Xidmətinə müraciət etdim, tez bir zamanda sayğacımın quraşdırılmasını xahiş etdi,yalnız bundan sonra 2021-ci ilin yanvar ayında yeni elektrik sayğacı quraşdırıldı, lakin 07.03.2021-ci il tarixdə məlum oldu ki, 03.03.2021 -ci il tarixində 384,93 (üç yüz səksən dörd manat, doxsan üç qəpik) manat məbləğində bildiriş elektrik sayğacının qutusuna qoyulmuşdur. İddiaçı süni surətdə sərfiyyat üzrə hesablanmış ödəniş məbləği barədə səhə rəisi Hüseynov Eldənizə məlumat vermiş, o isə öz növbəsində bu məbləği yeni sayğac ilə əlaqələndirmişdir. İnzibati akt olaraq “xxxx” ASC tərəfindən tərəfindən 12.11.2020-ci il tarixdə tərtib edilmiş R № 199146 saylı Akt əsassız olaraq evə daxil olan xəttlərin yük amperinin ölçülmə nəticəsi olaraq 10A (on amper) qeyd edilmişdir. Həqiqəti və faktiki halı əks etdirmədiyi üçün bu inzibati akt iddiaçı tərəfindən mübahisələndirilir. İddiaçı bildirmişdir ki, Anoloji olaraq ötən illərdən 2019-cu ilin bağda olmayan mövsümdə 2019-cu ilin 07.01.2019-cu il tarixindən 03.02.2019-cu il tarixi daxil olduğu dövr ərzində 8,18(səkkiz manat, on səkkiz qəpik) manat, 03.03.2019-cu il tarixindən 03.04.2019-cu il tarixi daxil olmaqla 8,82 (səkkiz manat, səksən iki qəpik) elektrik enerjisi sərfıyyatı olmuşdur, (bildirişləri və ödəniş qəbzləri əlavə edilir.) Eyni zamanda bağ mövsümündə məsələn 02.07.2019-cu il tarixindən 06.08.2020-ci il tarixinədək 19,40 (on doqquz manat, qırx qəpik) elektrik enerjisi sərfıyyatı olmuşdur. Ötən 2019 və 2020-ci illər üzrə yay-bağ və qış mövsümlərində elektrik enerjisi sərfiyyatları onu təsdiq edir ki, bu ilin qış mövsümündə də yəni payız 2020/qış 2021-ci ilin ayları üzrə də fərdi yaşayış evində yaşayış olmadığını, sadəcə soyuducu və bəzən həyətin işıqlandırması üçün nəzrədə tutulan bir lampa üzrə elektrik enerjisnin ay üzrə ortalama sərfıyyatı 8 (səkkiz) manatdır. Fərdi yaşayış sahəsinə dair elektrik enerjisi sərfiyyatı üzrə statistik hesabat "xxxx" ASC-nin vəzifəli şəxslərinə tam aydın olmasına baxmayaraq, naməlum səbəblərdən hər hansı bir araşdırma və təhlil aparmadan 2020-ci ilin noyabr,dekabr və 2021-ci ilin yanvar və fevral ayları üzrə 4 ay istifadə olunmayan bağ evinin qış mövsümü üzrə sərfiyyatı statistik göstəricilərə əsasən 32 (otuz iki) manat təşkil elmək əvəzinə yanlış olaraq 384,93 (üç yüz səksən dörd manat, 93 qəpik) qeyd edilmişdir. Həmin bu dövrdə bağ evində yaşayışın olmaması barədə sahə rəisi Hüseynov Eldəniz və onun əməkdaşları dəfələrlə əraziyə gəldikləri zaman əmin olmuşdurlar. O zaman belə nəticəyə gəlmək olur ki, 12 dəfə artıq elektrik enerjisi sərfiyyatı hesablanmışdır. Nəticə etibarilə iddiaçı 09.03.2021-ci il tarixdə əsaslandırılmış sənədlərin surətlərini təqdim etməklə, “xxxx” ASC-yə etiraz müraciətini ünvanlayıb. Lakin “xxxx" ASC öz tərəfindən laqeyd və etinasızlıq göstərdi, iddiaçının müraciəti orda olarkən bir neçə dəfə Müştəri Xidmətləri İdarəsinin rəisi Mahir Abdullayev ilə əlaqə saxlamış, ünvana dəvət edib ki, düzgün araşdırma aparılsın, yanlış hesablanmış sərfıyyat azaldılsın. Halbuki, iddiaçı növbəti dəfə onun özü ilə əlaqə saxladığı zaman artıq müraciəti cavablandırdığını qeyd etmiş, yəni müraciətə formal cavab verilmişdir. Sonuncu “xxxx” ASC-nin 03.03.2021-ci il tarixindən 05.04.2021-ci tarixinədək olan müddət üzrə 05.04.2021-ci il tarixli bildirişi ilə iddiaçının 5,39 (beş manat, otuz doqquz qəpik) manat elektrik enerjisindən istifadə etməyinin təsdiq olunması bir daha təsdiq edir ki, 2020-ci ilin noyabr ayırdan 2021 -ci ilin fevral ayı daxil olmaqla passiv 4 ay üzrə elektrik enerjisinin sərfiyyatı 32 (otuz iki) manatdan artıq ola bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia tələbinin dəyişdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri, Pirşağa qəsəbəsi, bağlar massivi ünvanı üzrə 12 noyabr 2020-ci il tarixli R №199146 saylı aktın ləğv edilməsi və qeyd olunan akt üzrə hesablanmış 239.47 (iki yüz otuz doqquz manat, qırx yeddi qəpik) manat məbləğində borcun əsassız sayılaraq silinməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 14.12.2012-ci il tarixli, AZE № ******** nömrəli Nərimanov RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1977-ci il Azərbaycan Respublikası, ünvan 2 ünvanında qeydiyyatdadır. 12 noyabr 2020-ci il tarixdə tərtib edilmiş R № 199146 saylı aktdan və 27.01.2021-ci il tarixli icra vərəqindən görünür ki, Bakı şəhəri, Pirşağı qəsəbəsi, bağlar massivi ünvanında olan sayğaca EEİQ-yə uyğun baxış keçirilən zaman elektrik sayğacının məlum olmayan səbəbdən tamam yanması müəyyən edilmişdir. Abunə haqqında məlumatdan görünür ki, Bakı şəhəri, Pirşağı qəsəbəsi, bağlar massivi ünvanı üzrə İddiaçı adına olan «**********60060» saylı abunə koduna 26.11.2020ci il tarixdə R № 199146 saylı akt üzrə 239.47 (198.66 + 40.81) manat məbləğində borc yazılmışdır. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın: 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iş materiallarında olan sənədləri və iş üzrə tərəflərin izahatlarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, elektrik enerjisi sayğacı evdən kənarda, yəni çöldə quraşdırılmış, qeyd olunan akt tərtib olunarkən isə qanunvericiliyin tələblərinə riayət olunmamış, borc düzgün hesablanmamış və istehlakçının hüquqları pozulmuşdur. Belə ki, cavabdeh “xxxx” ASC tərəfindən akt tərtib edilərkən qanunvericiliyin tələblərinə zidd olaraq şəxsən abonent və hal şahidlərinin iştirakı təmin olunmamış, aktlar abonent və hal şahidləri tərəfindən imzalanmamış, həmçinin istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Bundan başqa aktdan göründüyü kimi, sayğac ümumi istifadədə olan yerdə quraşdırıldığından abonentin sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşıması qanuna ziddir. Belə olan halda məhkəmə hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmış və əsassız olaraq 239.47 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, «xxxx» ASC tərəfindən tərtib edilmiş 12 noyabr 2020-ci il tarixli R № 199146 saylı akt ləğv edilməli, ünvan 4 ünvanı üzrə İddiaçı oğlunun adına olan «**********60060» saylı abunə koduna qeyd olunan akt üzrə hesablanmış 239.47 (iki yüz otuz doqquz manat, qırx yeddi qəpik) manat məbləğində borc əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. «xxxx» ASC tərəfindən tərtib edilmiş 12 noyabr 2020-ci il tarixli R № 199146 saylı akt ləğv edilsin. ünvan 4 ünvanı üzrə İddiaçı oğlunun adına olan «**********60060» saylı abunə koduna qeyd olunan akt üzrə hesablanmış 239.47 (iki yüz otuz doqquz manat, qırx yeddi qəpik) manat məbləğində borc əsassız sayılaraq silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3669/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3669/2021
07.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver