Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-367/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh ləğv prosesində olan “X8” ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər ləğv prosesində olan “X8” Açıq Səhmdar Cəmiyyətinə, ləğv prosesində olan “X8” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və “Daşınar və Daşınmaz Əmklakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan “X8” Açıq Səhmdar Cəmiyyətinə, ləğv prosesində olan “X8” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və “Daşınar və Daşınmaz Əmklakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4052/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı məxsus olan ünvan 5i rayonu,H.Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90.000 manat məbləğində olmaqla “xxxx” MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. İddiaçının Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərraca sifariş verilməsindən xəbəri olmamışdır. Həmçinin Hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclar barədə iddiaçıya məlumat verilməmişdir. İddiaçıya məxsus mənzilin açıq hərracdan bank tərəfindən əldə edilməsi barədə ona məlumat bankın nümayəndəsi tərəfindən verilmişdir. Bundan sonra Hərrac təşkilatçısına etdiyi müraciətə cavab olaraq hərracdan keçirilməsinə dair sənədlərin surətləri iddiaçıya təqdim edilmişdir. Hərrac təşkilatçısının xx.xx.2019-cu il tarixli bildirişdən müəyyən edilmişdir ki, mənzil açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 90.000 manat olmaqla xx.xx.2019-cu il tarixində 11.00-da birinci hərrac keçirilmişdir. Hərrac təşkilatçısının xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən edilmişdir ki, mənzil təkrar hərracdan satılması məqsədi ilə satış qiyməti 55.250 manat olmaqla xx.xx.2019-cu il tarixinə 11.00-da birinci hərrac keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş “FM Ekspress” məktub və poçt daşıma xidmətinin qaimələrindən məlum olur ki, Hərracın yeri və vaxtı barədə bildirişlər ipoteka qoyan olaraq iddiaçının ünvan 1 ünvanına deyil, tamamilə fərqli ünvanlara ünvan 5i rayonu, H.Ələsgərov küçəsində yerləşən 10 və 2 saylı evlərin 24 saylı mənzillərinə göndərilmiş və həmin mənzillərdə tanımadığı şəxslər (Şəfiyeva və Gəraylı) tərəfindən qəbul edilmişdir. Halbuki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4052/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsində iddiaçının ünvanı ünvan 3 olaraq göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş mötəbər sübutlardan aydın olur ki, Hərrac təşkilatçısı tərəfindən qanunvericiliyin birbaşa tələbləri pozularaq hərracın keçirilməsi barədə ipoteka qoyan İddiaçı heş bir məlumat verilməmişdir. İddiaçı məxsus olan ünvan 5i rayonu, H.Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinə dair tələbkar “X8” ASC ilə hərrac təşkilatçısı “xxxx” MMC arasında xx.xx.2020-ci il tarixli, 12/01 saylı protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə müqaviləsi bağlanmışdır. Göründüyü kimi qanunvericilik hərracın keçirilməsi zamanı elanların verilməsi ilə bildirişlərin göndərilməsinin təyinatını fərqləndirərək, elanın verilməsinin bildirişin göndərilməsi istisna edən hala aid olmadığını müəyyən etmişdir. Göstərilənlərə əsasən İddiaçı məxsus olan ünvan 5i rayonu, H.Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinə dair tələbkar “X8” ASC ilə hərrac təşkilatçısı “xxxx” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 12/01 saylı protokolun və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia tələbini təsdiq edərək, onların təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddiaçının mənzilinə dair heç bir hərrac barədə bildiriş ona gəlməmiş və bildirişlərdə isə ünvan tamamilə fərqli olmuşdur. Odur ki, ddia tələbini təsdiq edərək, onların təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan “X8” ASC-nin ləğv edicisi ADİFin nümayəndəsi X5 iddianı qəbul etmədiklərini bildirərək iddianın mahiyyəti üzrə həllinin məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh “Daşınar və Daşınmaz Əmklakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4052/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin kserosurətindən görünür ki, İddiaçı “X8” ASCnin xeyrinə 45.000 manat məbləğində əsas borcun, 15.072 manat faiz borcun, cəmi 60.072 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinin tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulması, tutmanın İddiaçı məxsus olan ünvan 5i rayonu, Hənifə Ələsgərov küçəsində istifadədə olan 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 24 nömrəli mənzilə yönəldilməsi, İddiaçı məxsus olan ünvan 5i rayonu, Hənifə Ələsgərov küçəsində istifadədə olan 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 24 nömrəli mənzilin açıq hərracda satılması, Bakı şəhəri,Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində istifadədə olan 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 24 nömrəli mənzilin ilkin satış qiymətinin 90.000 manat müəyyən edilməsi, satışdan əldə edilən pul vəsaiti hesabına İddiaçı “X8” ASC-yə olan borcun ödənilməsi, İddiaçı və onun ailə üzvləri X1, X3 və X4 ünvan 5i rayonu, Hənifə Ələsgərov küçəsində istifadədə olan 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 20 nömrəli mənzili satıldıqdan sonra ən geci 1 ay ərzində tərk etməsi qət edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin tələbkar LPO «X8» ASC-yə, borclu İddiaçı və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı «hərracın keçirilməsinə dair» xx.xx.2019-cu il tarixli, 01 №-li bildirişdən görünür ki, ünvan 5i rayonu, H.Ələsgərov küçəsi 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin tələbkar LPO «X8» ASC-yə, borclu İddiaçı və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı «hərracın keçirilməsinə dair» xx.xx.2019-cu il tarixli, 01/2 №-li bildirişdən görünür ki, ünvan 5i rayonu, H.Ələsgərov küçəsi 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin tələbkar LPO «X8» ASC-yə, borclu İddiaçı və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı «hərracın keçirilməsinə dair» xx.xx.2020-ci il tarixli, 02 №-li bildirişdən görünür ki, ünvan 5i rayonu, H.Ələsgərov küçəsi 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90.000-15%=76.500 manat müəyyən edilməklə, satılmaq üçün açıq təkrar hərraca çıxarılmış, hərracın keçirilməsi xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin tələbkar LPO «X8» ASC-yə, borclu İddiaçı və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2020-ci il tarixli təklifindən görünür ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi 20752/36270/14-5-6 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü ünvan 5i rayonu, H.Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 57.375 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan “FM Ekspress” məktub və bağlama daşıması xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin talonun xx.xx.2019-cu il tarixli surətindən görünür ki, “xxxx” MMC tərəfindən İddiaçı bildiriş göndərilmiş, həmin qəbzin «Alanın ünvanı» qrafasında “ünvan 5i rayonu, H.Ələsgərov küçəsi, ev 2, mənzil 24” göstərilmiş və bildiriş “Gəraylı” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan “FM Ekspress” məktub və bağlama daşıması xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin talonun xx.xx.2019-cu il tarixli surətindən görünür ki, “xxxx” MMC tərəfindən İddiaçı bildiriş göndərilmiş, həmin qəbzin «Alanın ünvanı» qrafasında “ünvan 4 göstərilmiş və bildiriş “X6” adlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin «Hərracın yekunları barədə» xx xxxx 2020ci il tarixli, 12/01 №-li protokoldan görünür ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında Nəsimi rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(006)-4052/2013 saylı icra vərəqəsinin və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 20752/36270/14-6-5-6 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrası ilə əlaqədar İddiaçı mülkiyyətində olan ünvan 5i rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzilin hərracı keçirilmiş və ipoteka predmeti ünvan 5i rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzil təkrar hərracdan sonra 57.375 manata ləğv prosesində olan «X8» ASC-yə satılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətindəki ünvan 5i rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzil kredit müqaviləsinin təminatı kimi «X8» ASC-nin xeyrinə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığı üçün bank tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlamış və Nəsimi rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı tutulmalı olan cəmi 60.072 manat məbləğində pul iddiaçının mülkiyyətindəki mənzilinə yönəldilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və şöbə tərəfindən ipoteka predmeti satılması üçün “xxxx” MMC-yə təqdim edilmişdir. “xxxx” MMC tərəfindən xx xxxx 2020-ci il tarixdə keçirilən təkrar hərracda əmlakın alıcısı olmadığından, əmlak 57.375 manata ipoteka saxlayan ləğv prosesində olan «X8» ASC-yə təklif edilmiş və sonuncu əmlakı qəbul etdiyindən xx.xx.2020-ci il tarixdə hərracın yekunları barədə protokolu imzalanmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, mülkiyyətindəki evə dair hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, hərracın keçirilməsi barədə ona məlumat verilməyərək onun iştirakı olmadan keçirilmişdir. Bu səbəbdən iddiaçı keçirilmiş hərracın və hərracda bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın keçirilməsi ilə bağlı ipoteka saxlayana və ipoteka qoyana göndərilən bildirişdə əks olunan məlumatlar, habelə bildirişin verilmə müddəti «İpoteka haqqında» Qanunun 42-ci maddəsi ilə tənzimlənir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Qeyd olunan normalardan göründüyü kimi, qanunverici təşkil edilmiş hərracda ipoteka saxlayan və ipoteka qoyanın alıcı qismində iştirak etmək imkanını təmin etməklə, bu imkanın reallaşdırılması və hərracda iştirakla bağlı digər hüquqlardan istifadə edə bilmələri üçün onlara hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməsini təsdiq etmə üsulu ilə bildirişlərin göndərilməsi kimi məcburi qayda nəzərdə tutmuşdur. Bu baxımdan məhkəmə qeyd edir ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində qanundan irəli gələn hüququn dayışıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Diqqətə alınmalıdır ki, hüquq tətbiqetmə təcrübəsində vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadəsinin mümkünsüz hala gətirilməsi həmin imkanı özündə əks etdirən normanın deklarativ xarakter daşımasına dəlalət edir. Odur ki, hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən hərracın keçirilməsi zamanı ipoteka qoyan kimi ona hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsi tələbinə riayət olunacağından əmin olmalıdır. Heç kəs hüquqlarının, o cümlədən mülkiyyət hüququnun pozulmasını daimi olaraq gözləməyə və ya istənildən anda onların pozula biləcəyini güman etməyə məcbur edilə bilməz. Sonuncu xüsusat qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edən hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda vurğulanan qaydasına əməl edilməməsi (yəni hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməməsi) hərracın keçirilmə qaydasına zidd olmaqla yanaşı, eyni zamanda ipoteka predmetinin mülkiyyətəisi olan, ipoteka qoyanın əmlak mənafeyini pozulması ilə də nəticələnə bilər. Belə ki, ipoteka qanunvericiliyində bir nəfərin iştirakı hərracın baş tutmamış elan edilməsinə səbəb kimi çıxış etsə də, bu hal təkrar hərracda ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilmədən saxlanılması üçün də əsas kimi müəyyən edilmişdir. Hazırki işdən görünür ki, ipoteka qoyan İddiaçı hərracın keçirilməsinə dair bildirişlər göndərilməmiş, göndərilən bildirişlər iddiaçının ünvanına deyil tamam başqa bir ünvana (“ünvan 5i rayonu, H.Ələsgərov küçəsi, ev 2, mənzil 24”, və ev 10 mənzil 24) göndərilmiş, bildirişlər isə fərqli şəxslər tərəfindən qəbul edilmişdir. Həmin bildirişlərdən görünür ki, birinci dəfə İddiaçı ünvanı “ünvan 5i rayonu, H.Ələsgərov küçəsi, ev 2, mənzil 24” kimi göstərilmiş və bildirişi «Gəraylı» adlı şəxs tərəfindən, ikinci dəfə İddiaçı ünvanı “ünvan 4 kimi göstərilmiş və bildirişi “X6” soyadlı şəxs tərəfindən alınmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hərrac mərkəzinin hərracın keçirilməsi barədə bildirişlərin ipoteka qoyan tərəfindən alınmadan hərracın həyata keçirilməsi barədə hərəkətləri qanuni hesab edilə bilməz. Çünki yuxarıda qeyd olunduğu kimi qanunvericilik hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsini hərrac mərkəzinin üzərinə qoymuşdur. Lakin hərrac mərkəzi ipoteka qoyanın şəxsən həmin bildirişləri almamasını təsdiq edən sübutlar olduğu halda hərracın keçirilməsini təşkil etdiyindən, həmin hərrac qanunun tələblərini pozulmaqla keçirilmiş hesab edilməlidir. «İpoteka haqqında» AR Qanununun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. AR Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilin satılması ilə bağlı keçirilmiş hərracın qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olmaması müəyyən edildiyindən, iddia tələbi həmin hissədə təmin edilməli, keçirilmiş hərrac etibarsız hesab edilməlidir. Məhkəmə hərracda bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı ləğv prosesində olan “X7” ASC ilə hərrac təşkilatçısı «xxxx» MMC arasında xx.xx.2020-ci il tarixdə əmlakın alqı-satqı barədə müqavilənin bağlanmasını göstərsə də, bu halları təsdiq edən sübutları ( alqı –satqı müqaviləsinin əslini və ya təsdiq edilmiş surətini) məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mövcud olmayan müqavilənin bu halda etibarsız hesab edilməsindən də söhbə gedə bilməz. Odur ki, hərracda bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində tələb təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus olmuş ünvan 5i rayonu, Hənifə Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilnin açıq hərracdan ləğv prosesində olan «X8» ASCyə satılması haqqında «xxxx» MMC tərəfindən xx xxxx 2020-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə 12/01 saylı protokol etibarsız hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olmuş ünvan 5i rayonu, Hənifə Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilnin açıq hərracdan ləğv prosesində olan «X8» ASC-yə satılması haqqında «xxxx» MMC tərəfindən xx xxxx 2020-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə 12/01 saylı protokol etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-367/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-367/2021
17.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver