Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3681/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 11 mart 2011-ci ildə cavabdeh “TBC Kredit" BOKT MMC ilə AZBA-003331 saylı kredit müqaviləsi bağlamışdır. Həmçinin 26 aprel 2011-ci il tarixində AZBA-003331 saylı ipoteka müqaviləsi də bağlamışdır. Aralarında bağlanmış kredit müqaviləsi ABŞ dolları ilə bağlanmışdır. Lakin buna baxmayaraq cavabdeh “TBC Kredit" BOKT MMC tərəfindən ona verilən pul manatla olmuşdur. Müqavilə bağlanan zaman o, tələb etmiş ki, aralarında bağlanmış müqavilə manatla olsun. Lakin müqavilə manatla yox dollarla olnuşdur. Cavabdeh “TBC Kredit" BOKT MMC onu aldatmış və müqaviləni ABŞ dolları ilə bağlamışdır. Bunun nəticəsində də o, maddi ziayana düşmüşdür. Belə ki, dolların kəskin bahalaşmasından sonra o, öhdəliyini icra edə bilməmişdir. Ona görə də bank ona qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 23.02.2018-ci il tarixli, 2(060)- 3953/2018 nömrəli qətnaməsi ilə iddiaçı TBC Kredit BOKT MMC-nin cavabdehlər İddiaçı, X3, X1 və X5 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələləbinə dair iddiası qismən təmin edilərək, iddiaçı TBC Kredit BOKT MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış 11.03.2011 -ci il tarixli, AZBA-003331 saylı kredit müqaviləsinin, 10.07.2013-cü il tarixli saziş daxil olmaqla, ləğv edilməsi, cavabdehlər İddiaçı c-ğlu və X2 müştərək qayadada iddiaçı TBC Kredit BOKT MMC-nin xeyrinə 95.495,37 ABŞ dolları məbləğində əsas borc, 38.348,72 ABŞ dolları faiz borcu və 8739 ABŞ dolları məbləğində dəbbə borcu olmaqla, cəmi isə 142 583.09 ABŞ dolları - qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının manata olan rəsmi məzənnəsi nəzərə alınmaqla, manatla - məbləğində kredit borcunun, bildiriş DƏDRX-də qeydə alınması üçün ödənilmiş 60 manatın, məhkəməyə mürciət üçün ödənilmiş 30 manat dövlət rüsumunun və müqavilələrin surətlərinin notarial qaydada təsdiqlənməsi ilə əlaqədar xərclənmiş 70 manatın alınması, tutmanın Daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınan Sumqayıt şəhəri, 9-cu mikrorayonda istifadədə olan 0.078422 ha torpaq sahəsində yerləşən 5/6 nömrəli 9 mərtəbəli binanın 2-ci girişində, 7-ci mərtəbəsində yerləşən 80.39 kv.m ümumi, 53,13 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 32 nömrəli və Daşınmaz əmlakın dövlət reysterində 15 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınan Sumqayıt şəhəri, 9-cu mikrorayonda istifadədə elan 0.11 ha torpaq sahəsində yerləşən 10/11 nömrəli 9 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 78.74 kv.m ümumi, 53,13 kv.m yaşayış sahəshən ibarət 4 otaqlı 56 nömrəli mənzillərə yönəldilməsi, Sumqayıt şəhəri, 9-cu mikrorayonda istifadədə olan 0.11 ha torpaq sahəsində yerləşən 10/11 nömrəli 9 mərtəbəli binanın 4-cü girişində, 1 -ci mərtəbəsində yerləşən 78.74 kv.m ümumi, 53,13 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 56 nömrəli mənzilinin ilkin satış qiymətinin 100.000 manat və Sumqayıt şəhəri, 9-cu mikrorayonda istifadədə olan 0.078422 ha torpaq sahəsində yerləşən 5/6 nömrəli 9 mərtəbəli binanın 2-ci girişində, olan 7-ci mərtəbəsində yerləşən 80.39 kv.m ümumi, 53,13 kv.m yaşayış sahsindən ibarət 4 otaqlı 32 nömrəli mənzilin ilkin satış qiymətinin 100.000 manat müəyyən edlməklə açıq hərracdan satılması və satışdan ədə edilən vəsait hesabına kredit borcunun iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11 2019-cu il tarixli, 2(105)-298/2019 nömrəli qətnaməsi ilə cavabdehlər İddiaçı, X6, X4 və X7 tərəfindən apelyyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 23.02.2018-ci il tarixli, 2(060)-3953/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması, cavabdehlərdən müştərək qaydada ekspertiza xərci 400 manat və 200 manatın tutulması qət edilmişdir. O, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayati vermişdir. Ali məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır. Hazırda qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İş Sumqayıt şəhəri üzrə icra idarəsinin icraatındadır. Ona məxsus əmlakların hərracda satılması üçün Sumqayıt şəhəri üzrə icra idarəsinin sifariş məktubu da göndərilmişdir. O, kredit müqaviləsi ilə razılaşmır, cavabdeh tərəfindən aldadılmışdır. Ona görə də hesab edir ki, aralarında bağlanmış kredit müqaviləsi etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən, cavabdeh "xxxx" BOKT MMC ilə aralarında bağlanmış 11 mart 2011-ci il tarixli, AZBA-003331 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan 11.03.2011-ci il tarixli, AZBA-003331 №-li kredit (borc) müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC İddiaçı 48 ay müddətinə illik 22 faiz olmaqla 65000 ABŞ dolları məbləğində kredit vermişdir. İşin materiallarında olan 11.03.2011-ci il tarixli, AZBA-003331 №-li İpoteka (Girov) müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış 11.03.2011ci il tarixli, AZBA-003331 №-li kredit müqaviləsinin icrasının təmin edilməsi üçün İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda istifadədə olan 0.11 ha torpaq sahəsində yerləşən 10/11 nömrəli, 9 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 78.74 kv.m ümumi, 53.13 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 56 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan 26.04.2011-ci il tarixli, AZBA-003331 №-li İpoteka (Girov) müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış 11.03.2011ci il tarixli, AZBA-003331 №-li kredit müqaviləsinin icrasının təmin edilməsi üçün İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda istifadədə olan 0.078422 ha torpaq sahəsində yerləşən 5/6 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 7-ci mərtəbəsində yerləşən 80.39 kv.m ümumi, 53.13 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 32 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Hazırda iddiaçı, "xxxx" BOKT MMC ilə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsini istəyir. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-339.4-cü maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Qeyd olunan hüquq normalarının məzmunundan aydın olduğu kimi, hazırki halda tərəflər arasında bağlanmış əqd o zaman etibarsız sayıla bilər ki, iddiaçının ağır vəziyyətə düşməsi və digər tərəfin, yəni cavabdehin bundan istifadə etməsi nəticəsində iddiaçının özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur olduğu və yaxud da əqdi məcburetmə (zorakılıq və ya hədələmə) təsiri altında bağladığı sübuta yetirilsin. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının istinad etdiyi etibarsızlıq şərtlərinin faktiki hallarını sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür. Bununla belə, istinad olunan etibarsızlıq halının hər hansı bir zəruri şərtinin aşkar edilməməsi bu xarakterli iddia tələbinin rədd edilməsi üçün əsasdır. Hazırkı mülki işdə isə iddiaçı yuxarıda sadalanan etibarsızlıq şərtlərinə istinad etsə də, kredit müqaviləsinin bağlanılması ilə bağlı iradəsinin təşəkkül etməsinə təsir edən amillərdə cavabdehin məcburetmə hərəkətlərinin mövcud olduğunu, onunla cavabdeh arasında özünün zəifliyindən qaynaqlanan tənasübsüzlük olmasını, cavabdehin bu zəiflikdən istifadə edərək onu qəsdən istismar etməsini və müqavilənin də bunun nəticəsində bağlanıldığını (ağır şərtli əqd) bildirən, habelə sözügedən kredit müqaviləsi bağlanarkən tərəflərin hüquqi nəticə əmələ gətirməmək barədə razılığa gəldiklərini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 347.1-ci və 347.2-ci maddələrinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Hazırkı mülki işdə isə iddiaçı kredit müqaviləsi ilə bağlı açıqladığı iradə bəyanının onun düşündüyünə uyğun olmamasını, yaxud müqavilə ilə bağlı iradəsinin təşəkkül etməsinə təsir edən amillərdə yanılmasını göstərən mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 mart 2020-ci il tarixli qərarında qeyd olunmmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Məhkəmə xüsusilə vurğulayır ki, hətta mübahisə predmeti olan kredit müqaviləsi iddiaçının qeyd etdiyi əsaslarla səbəbilə etibarsız olsaydı belə, iddiaçı tərəfindən bu əqdin etibarsızlığını mübahisələndirmə müddəti ötürüldüyündən, tələb rədd edilməlidir. Çünki, Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı, həm əqdin əhəmiyyətsiz əqd olduğuna, həm də MM-in 340.1-ci və 340.2-ci maddələrinə istinad etdiyindən, həmin tələbə MM-nin 354.1-ci və 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət şamil edilir. Həmin müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Hazırki işin hallarından və tərəfin izahatından belə məlum olur ki, iddiaçı mübahisə predmeti olan kredit müqaviləsi bağlanarkən öz hüquqlarının pozulduğunu bilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3681/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3681/2021
17.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver