Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3685/2020 17.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlu, iddiaçı «xxxxxxxxxxx» X1 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» X3 Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmışxx.xx.2016-cı il tarixlimüqaviləyə əsasən İMEİ kodu **********14728 olan «İphone 6S» markalı telefon, Philips markalı musiqi mərkəzi, Screen protector glass aksessuar almış və nəticədə 187(yüz səksən yeddi)manat borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə alqı-satqı qiyməti 1909 manat (min doqquz yüz doqquz) (yəni 12 ay x 122 manat+ 445 manat ilkin ödəniş) olan İMEİ kodu **********14728 olan «İphone 6S» markalı telefon,Philips markalı musiqi mərkəzi,Screen protector glass aksessuar üçün 187 (yüz səksən yeddi) manat olmaqla ondan 170 (yüz yetmiş) manat ödənilməmiş hissə,73 manat( 60 gün x 1.22 manat) cərimə pulu,(hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu) hesablanmalı olmasına baxmayaraq,müştəriyə güzəşt olunaraq 17 (on yeddi) manat cərimə pulu borcu yaranmışdır.Müqavilənin 2.3-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa,müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin cəmi ödədiyi məbləğ 1739 manat təşkil edir. Göstərilənlərə əsasən, xx.xx.2016-cı il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********14728 olan «İphone 6S» markalı telefon, Philips markalı musiqi mərkəzi,Screen protector glass aksessuar üçün 170 (yüz yetmiş) manat ödənilməmiş hissə,17 (on yeddi) manat cəriməmiqdarında borcu, ümumilikdə 187 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 207 manat pul Cavabdeh alınaraq «xxxxxxxxxxx» X2 ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh tərəfindən bildirişin xx xxxx 2020-ci il tarixdə qəbul edilməsinə baxmayaraq məhkəməyə etiraz ərizəsi ünvanlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı iltarixlimüqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC dəyəri 1909 manat olan İMEİ kodu **********14728 olan «İphone 6S» markalı telefon,Philips markalı musiqi mərkəzi,Screen protector glass aksessuarı Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 122 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxx» MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdehnun «xxxxxxxxxxx» MMC-yə xx.xx.2016-cı il tarixli müqavilə üzrə 170 manat ödənilməmiş borcu, 17 manat dəbbə borcu, cəmi 187 manat borcu vardır. «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmışxx.xx.2016-cı il tarixlimüqaviləyə əsasən İMEİ kodu **********14728 olan «İphone 6S» markalı telefon, Philips markalı musiqi mərkəzi, Screen protector glass aksessuar almış və nəticədə 187(yüz səksən yeddi)manat borc yaranmışdır.Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə alqı-satqı qiyməti 1909 manat (min doqquz yüz doqquz) (yəni 12 ay x 122 manat+ 445 manat ilkin ödəniş) olan İMEİ kodu **********14728 olan «İphone 6S» markalı telefon, Philips markalı musiqi mərkəzi,Screen protector glass aksessuar üçün 187 (yüz səksən yeddi) manat olmaqla ondan 170 (yüz yetmiş) manat ödənilməmiş hissə,73 manat( 60 gün x 1.22 manat)cərimə pulu,(hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu) hesablanmalı olmasına baxmayaraq,müştəriyə güzəşt olunaraq 17 (on yeddi) manat cərimə pulu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 20 (iyirmi) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2016-cı il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********14728 olan «İphone 6S» markalı telefon, Philips markalı musiqi mərkəzi, Screen protector glass aksessuar üçün 170 (yüz yetmiş) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə borcu, ümumilikdə 187 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 207 manat pul Cavabdeh alınaraq «xxxxxxxxxxx» X2 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən cəmi 170 (yüz yetmiş) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə borcu, ümumilikdə 187 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 207 manat pul Cavabdeh alınaraq «xxxxxxxxxxx» X1 xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3685/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3685/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver