Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3686/2020 04.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, X1 qızının katibliyi ilə, iddiaçı ”İddiaçı” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ”İddiaçı” MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırlmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, Apple Watch markalı qol saatı və İMEİ **********98695 Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 1625 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1153 manat olan Apple Watch markalı qol saatı üçün 860 manat olmaqla ondan, 782 manat ödənilməmiş hissə, 78 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 706 manat olan İMEİ **********98695 Samsung Galaxy A50 markalı telefon üçün 765 manat olmaqla, ondan 696 manat ödənilməmiş hissə, 69 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 381 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple Watch markalı qol saatı üçün 782 (yeddi yüz səksən iki) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat cərimə, cəmi 860 (səkkiz yüz altmış) manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ **********98695 Samsung Galaxy A50 markalı telefon üçün 696 (altı yüz doxsan altı) manat ödənilməmiş hissə, 69 (altmış doqquz) manat cərimə, cəmi 765 (yeddi yüz altmış beş) manat, ümumilikdə 1625 (min altı yüz iyirmi beş) manat borc, 30 (otuz) manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 1655 (min altı yüz əlli beş) manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə “xxxxxxxxxxx” MMC ilə arasında xx.xx.2019-cu il tarixli, 00951256 saylı müqaviləsindən görünür ki, İMEİ **********98695 Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 765 manat borc yaranmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə “xxxxxxxxxxx” MMC ilə arasında xx.xx.2019-cu il tarixli, 00734631 müqaviləsindən görünür ki, Apple Watch markalı qol saatı almış və nəticədə 860 manat borc yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1153 manat olan Apple Watch markalı qol saatı üçün 860 manat olmaqla ondan, 782 manat ödənilməmiş hissə, 78 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 706 manat olan İMEİ **********98695 Samsung Galaxy A50 markalı telefon üçün 765 manat olmaqla, ondan 696 manat ödənilməmiş hissə, 69 manat cərimə miqdarında borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən icranı gecikdirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple Watch markalı qol saatı üçün 782 (yeddi yüz səksən iki) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat cərimə, cəmi 860 (səkkiz yüz altmış) manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ **********98695 Samsung Galaxy A50 markalı telefon üçün 696 (altı yüz doxsan altı) manat ödənilməmiş hissə, 69 (altmış doqquz) manat cərimə, cəmi 765 (yeddi yüz altmış beş) manat, ümumilikdə 1625 (min altı yüz iyirmi beş) manat borc, 30 (otuz) manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 1655 (min altı yüz əlli beş) manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 (otuz) manat təşkil edir. Ona görə məhkəmə hesab edir ki, ödənilməyən 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple Watch markalı qol saatı üçün 782 (yeddi yüz səksən iki) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat cərimə, cəmi 860 (səkkiz yüz altmış) manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ **********98695 Samsung Galaxy A50 markalı telefon üçün 696 (altı yüz doxsan altı) manat ödənilməmiş hissə, 69 (altmış doqquz) manat cərimə, cəmi 765 (yeddi yüz altmış beş) manat, ümumilikdə 1625 (min altı yüz iyirmi beş) manat borc, 30 (otuz) manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 1655 (min altı yüz əlli beş) manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3686/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3686/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver