Məhkəmə qərarları › İş №2(006)-3688/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3688/2022

02.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3688/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi - X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra hakimiyyətinin başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 14 iyul 2022-ci il tarixdə - Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra hakimiyyətinin başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməs» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu - 12 aprel 2005-cı ildə Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, 12 aprel 2005-ci ildə Bakı şəhərində anadan olmuş oğlu - X2 şəxslərin köməyinə ehtiyacı vardır. Oğlu Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əmək qabiliyyətsiz, başqasının köməyinə ehtiyacı olan şəxs kimi qeydiyyata götürülmüşdür. Xəstəliyi ilə əlaqədar oğlu öz hərəkətlərinin mənasını başa düşmədiyi və hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün kənar şəxslərin köməyinə və daimi nəzarətinə kəskin ehtiyacı vardır. Oğlu iddiaçı və qohumlarına qarşı mehriban olsa da, bəzən ümumi qəbul edilmiş etik normaların mənasını anlamır, özünü azyaşlı kimi aparır. Oğlu ilə bir ünvanda yaşayır, oğlu daimi onun himayəsindədir. Ona görə də oğlu üzərində qəyyum təyin edilməyi daha məqsədə müvafiqdir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nümayəndəsi X5 məhkəmə iclasında ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. AA1897733 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.2005-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin AZ-İ seriyalı, № 598842 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X10, anası isə X8r. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin AZ-İ seriyalı, №136570 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X13 arasında olan nikah xx.xx.2012-ci ildə ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi akt qeydləri kitabında 18 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv ediləndən sonra qadına Kərimova, kişiyə Ağayev soyadı verilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3688/2022 saylı qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, ev 4, mənzil 115 ünvanında qeydiyyatda olan xx.xx.2005-ci il təvəllüdlü X12 barəsində məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 verdiyi xx.xx.2022-ci il tarixli, 2457 saylı rəyə əsasən, X7 uşaq autizmi, kanner sindromu, ağıl zəifliyi ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə üç yaşında peyvənd olunduqdan sonra qızdırmalı hal keçirməsi, bundan sonra uşağın yeriməsinin pişləşməsi, onda əsəbilik, qıcolma tutmaları biruzə verməsi, uşaq nevropatoloqunun təyin etdiyi müalicələri qəbul etməsi, sonralar uşağın erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqinin bir qədər qüsurlu olması biruzə verməsi, sonradan isə yaşayış yeri üzrə psixiatrik qeydiyyata düşməsi, ona müvafiq müalicələr təyin edilməsi, psixi vəziyyəti ilə əlaqədar Bakı şəhər X11, həmçinin Bakı şəhər 2 saylı X1 müalicələrdə olması, xx.xx.2022-ci il tarixdə müayinə edilərək “Uşaq autizmi, kanner sindromu. Yüngül kəmağıllıq. Nitq artikulyasiyasının spesifik pozuntusu” diaqnozu müəyyən edilməsi, əqli gerililiyi, narahatlığı, evdə bəzən aqressiv hərəkətlərə yol verməsi, əsəbləşdikdə əllərini dişləməsi və psixi pozuntularla əlaqədar hər-hansı bir işi müstəqil yerinə yetirə bilməməsi səbəbindən daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı mimikasında narahatlıq ifadəsi biruzə verməsi, autizm və əqli inkişafdan gerilik əlamətləri və s.) sübut edir. X7 Uşaq autizmi, Kanner sindromu, ağıl zəifliyi ilə müəyyən edilir. X12 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X12 tam fəallyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 onda müəyyən edilən Uşaq autizmi, Kanner sindromu, ağıl zəifliyi ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 12 aprel 2005-ci il təvəllüdlü X12 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, ödənilmiş dövlət rüsumu isə ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü, Bakı şəhərində doğulmuş, X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar