Məhkəmə qərarları › İş №2(006)-3691/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3691/2020

19.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3691/2020 19.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Cəmilə Ceyhun qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, X6 və X2 qarşı (13 saylı Dövlət notariat ofisi və “xxxxxxx” Firması 3-cü şəxs qismində cəlb edilməklə) «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçıcavabdehlər Cavabdeh1, Cavabdeh2, X7,X6 və , X2qarşı (13 saylı Dövlət notariat ofisi və “xxxxxxx” Firması 3-cü şəxs qismində cəlb edilməklə) «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2089/2020 saylı qərardadı ilə qeyd olunan mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin materialları araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qaydalarına riayət etməyərək mübahisənin predmeti olan fərdi-yaşayış evinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 ünvanında yerləşdiyindən “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair iddia ərizəsi ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə müraicət etmiş, iddia Bakı şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti qaydalarına riayət edilməyərək icraata götürülmüşdür. Qeyd edilənlərə baxmayaraq hesab edirəm ki, cavabdehlərdən heç biri həmin məhkəmənin fəaliyyət göstərdiyi inzibati-ərazi vahidinin hüdudlarında rəsmi qeydiyyatda olmadığından, hazırkı iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinin tələblərinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Mülki prosessual qanunvericiliyin bu maddələrinin məzmununa görə qanunla ərazi aidiyyətinin başqa qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, bütün iddiaların iş üzrə cavabdeh qismində cəlb edilmiş fiziki şəxsin yaşadığı yerin məhkəməsinə aid olduğu müəyyən edilir. İddia ərizəsindən göründüyü kimi iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh1 rəsmi qeydiyyatda olduğu ünvanı Şərur rayonu, Zeyvə kəndi; Cavabdeh2 - Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, ev 18B; X4 - Bakı şəhəri, Səbail rayonu, S.Məmmədov küçəsi, ev 16, mənzil 14; X3 - Sabirabad rayonu, Kürkəndi kəndi; X1 - Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 5, mənzil 15dir. Mübahisələndirilən alqı-satqı-müqaviləsinin Nəsimi rayonunun ərazisində yerləşən 13 saylı Notariat ofisində bağlanmış olduğu isə hazırki mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasına əsas deyildir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində məhkəmələr arasında fikir ayrılığının yarandığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Bu səbəbdən də hesab edirəm ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, X6 və X2 qarşı (13 saylı Dövlət notariat ofisi və “xxxxxxx” Firması 3-cü şəxs qismində cəlb edilməklə) «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə müki iş, qeyd olunan xüsusatlar məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, X6 və X2 qarşı (13 saylı Dövlət notariat ofisi və “xxxxxxx” Firması 3-cü şəxs qismində cəlb edilməklə) «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar