Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3699/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X12 qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi X9, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı “əmanətin geri qaytarılması barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 12990,33 Avro məbləğində pul tutularaq ödənilən gün məzənnə uyğun olaraq Azərbaycan manatı valyutasında ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, onunla “xxxxxxxxxxx” ASC-nin arasında xx xxxx 2015-ci il tarixli 210FO**********2 saylı əmanət bank əmanəti müqaviləsinə əsasən illik faizlərin hər ay ödənilməsi şərti ilə 4 faiz ödənilməsi xx xxxxxxx 2015-ci il tarixinədək 30000 avro məbləğində pul qoyulmuşdur. Həmin müqaviləyə əsasən X4 sığorta haqqı ödənilmiş və həmin əmanət qorunan əmanət hesab edilən əmanətlər kimi Fond tərəfindən sığortalanmışdır. Bank tərəfindən 005879 saylı əmanət kitabçası ona təqdim edilmişdir. Qeyd edilən müqavilənin tələblərinə əsasən tərəflər arasında bağlanmış müqavilənin bitdiyi gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə həmin günə bankdan qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab olunur. Azərbaycan Respublikası Maliyyə X7 tərəfindən “xxxxxxxxxxxx” ASC-nin bank kimi fəaliyyət göstərməsi lisenziyası ləğv edilmiş və kütləvi informasiya vasitələri ilə elan edilmişdir. Azərbaycan Respublikası X1 məxsus 30000 avro məbləğində pulu ona qaytarılması barədə müraciət etməsinə baxmayaraq, həmin pul məbləğinin 30000 manat məbləği milli valyuta ilə ödənilmişdir. Əmanətinin böyük bir məbləği yəni 12990,33 avro ödənilməmişdir. Aralarında mövcüd bağlanılmış müqaviləyə əsasən Bankda ona məxsus əmanətin illik faizlərin hər ay ödənilməsi şərti ilə 4 faiz, faizlərin ödənilməsi müəyyən edilmişdir. Lakin Bank tərəfindən sığorta hadisəsi baş verdiyi halda əmanətinin tam məbləğdə ona ödənilməməsi barədə məlumatlar bildirilməmiş və müqavilədə göstərilməmişdir. Ləğv prosesində olan “xxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2016-cı il tarixli əmanətçilər qarşısında öhdəliklərin reyestrindən çıxarışdan görünür ki, ona məxsus 30000 avro əmanətindən 17062 avro ödənilmişdir. X5 tərəfindən əvvəlcədən əmanətin tam qaytarılmaması barədə müqavilənin qüvvədə olduğu müddət ərzində hər hansı məlumat verilməmişdir. Sonda iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X10 iddiaçının dediklərini təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə “xxxxxxxxxxxxxx” ASC-nin arasında xx xxxx 2015-ci il tarixli 210FO**********2 saylı standart əmanət (depozit) hesabı haqqında müqavilə bağlanmış, İddiaçı tərəfindən müqaviləyə əsasən illik faizlərin hər ay ödənilməsi şərti ilə 4 faiz ödənilməsi xx xxxxxxx 2015-ci il tarixinədək 30000 avro məbləğində pul qoyulmuşdur. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC-nin əmanətçiləri haqqında öhdəliklərin reyestrindən çıxarışdan görünür ki, İddiaçı xx xxxxxx 2016-cı ildə ödənilən kompensasiyanın məbləği 17062 avro, kompensasiya olunmayan məbləğ isə 12990,33 avro təşkil edir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müyyən edilir ki, iddiaçı ilə “xxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 210FO**********2 saylı standart əmanət (depozit) hesabı haqqında müqaviləsinə əsasən iddiaçı tərəfindən banka 4 faizlə, xx xxxxxxx 2015-ci il tarixinədək 30000 avro məbləğində əmanət qoyulması, bankın müflis elan edilməsi və barəsində iflas prosedurunun başlanılması, “xxxxxxxxxxxx” ASC xxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi təyin olunması, “xxxxxxxxxxxx” ASC tərəfindən iddiaçıya əmanət qoyuduğu 30000 avro pulun 17062 avro hissəsinin kompensasiya edilərək ödənilməsi, qalan 12990,33 avro məbləğinin isə kompensasiya olunmaması, kreditor tələb kimi qeydə alınması işin mübahisə edilməyən hallarıdır. Bankla əmanətçi arasında illik 4 dərəcəsi nəzərdə tutulan əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının 2015-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Bu səbəbdən kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, əmanətçilərin mülkiyyət hüquqlarının təmin edilməsi məqsədilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan «Əmanətlərin sığortalanması haqqında» 2006-cı il 29 dekabr tarixli Qanun qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən XXXX yaradılmışdır. «Əmanətlərin sığortalanması haqqında» Qanunun preambulasında qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən: əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir (2.1,1-ci maddə); qorunan əmanət - sığorta hadisəsi baş verdikdə XXXX tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir (2.1.2-ci maddə); sığorta hadisəsi - iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir (2.1.9-cu maddə); kompensasiya - sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir (2.1.11-ci maddə). «Əmanətlərin sığortalanması haqqında» Qanunda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada XXXXa verilir. Sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsi XXXXun əsas funksiyası və vəzifəsidir, XXXX iştirakçı bankın öhdəlikləri üzrə kompensasiya ödədikdə həmin məbləği reqres qaydasında bankdan tələb edir (Qanunun 4,1.8-ci maddəsi). Qeyd olunduğu kimi, «Əmanətlərin sığortalanması haqqında» Qanunun 27-ci maddəsində sığorta hadisəsi baş verdikdə kompensasiyanın ödənilməsi qaydaları müəyyənləşdirilmişdir. Belə ki, həmin Qanunun 27.1-ci maddəsinə əsasən, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. «Əmanətlərin tam sığortalanması haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) maiik olan banklarda mövcud olan və illik faiz dərəcələri XXXXnun XXXXnın müəyyən etdiyi ıliik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin Qanunun 5.1-ci maddəsinin tələbinə görə XXXXnun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 26.1 -ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Mülki Məcəlləsinin 385.1 -ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bır şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası X3 İddiaçı xeyrinə 12990,33 (on iki min doqquz yüz doxsan avro otuz üç sent) məbləğində pul tutularaq, ödənilən günün məzənnəsinə uyğun olaraq Azərbaycan manatı valyutasında ona ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası X3 İddiaçı xeyrinə 12990,33 (on iki min doqquz yüz doxsan avro otuz üç sent) məbləğində pul tutularaq, ödənilən günün məzənnəsinə uyğun olaraq Azərbaycan manatı valyutasında ona ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3699/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3699/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver