Məhkəmə qərarları › İş №2(006)-372/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-372/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-372/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhəməyə müraciət edərək məhkəmədən Cavabdeh 14 iyul 2021-ci il tarixli MAS-4085 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 aprel 2024-cü il tarixə 316.97 manat gecikdirilmiş əsas, 110.99 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 330.46 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” minik markalı, 99- PR-262dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 1162.26 manat, ümumilikdə 1920.68 manat borc və ödənilmiş 39.21 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: İddiaçı MMC ilə X4 arasında bağlanmış 14 iyul 2021-ci il tarixli MAS-4085 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % mükafat məbləği hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 429.49 manat, ümumilikdə isə 24016 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24016 manatın 16800 manatı əsas məbləğ təşkil edir. 24 sentyabr 2021-ci il tarixdə X4, X5 və İddiaçı MMC arasında MAS-4085 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 14 iyul 2021-ci il tarixli MAS-4085 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X5 öz üzərinə götürmüşdür. 28 sentyabr 2021-ci il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında MAS- 4085saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 14 iyul 2021-ci il tarixli MAS-4085 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdehmüvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” markalı, 99-PR262 dövlət qeydiyyat nişanlı avtomobil 24 aprel 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1162.26 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-4085saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 aprel 2024-cü il tarixə ümumilikdə 758.42 manat məbləğində gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki (xx.xx.2024-cü il tarixli) iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, avtomobili 4 il müddətinə lizinq yolu ilə almışdır, 3 il ödənişləri etmiş, lakin xəstəliyi ilə əlaqədar 1 ay ödəniş edə bilməmişdir. İkinci ayda avtomobili geri qaytardılar. Hal-hazırda da xəstəliyi ilə əlaqədar ödənişlər edə bilmir. Avtomobili istəmişdir ki, işləyərək borcunu ödəsin, lakin şirkət avtomobili ona verməkdən imtina etmişdir. Ona görə də 6-7 aydır ki, ödəyə bilmir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, yekun məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin adına qeydiyyatdan keçmişdir. İddiaçı MMC (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4085 saylı X2 surətindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən, qiyməti 16800 manat olan əmlakı (2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322551 ban nömrəli, ağ rəngli avtomobil) muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə, yəni lizinq ödənişini 48 ay müddətinə illik 23 % dərəcəsi ilə hər ay 429.49 manat olmaqla lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli 1631 nömrəli maliyyə arayəışına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixli lizinq müqaviləsi üzrə 316,97 manat əsas borc, 110,99 manat mükafat borcu, 330,46 manat cəruimə borcu olmaqla, ümumilikdə 758,42 manat borcu vardır. xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2024cü il tarixli aktdan görünür ki, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmış, avtomobilin qabaq buferi qırılıb, sürtüklər var, sağ qapılarda sürtüklər və əziklər var. X10 MMC-nin xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə çəkilən xərc 1162,26 manat təşkil edir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun (pretenziya məktubu) surətindən görünür ki, Cavabdeh MAS-4085 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 758,42 manat borc, 1162.26 manat təmir-bərpa işlərinə çəkilmiş xərc tələb edilmiş, əks təqdirdə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3856/2024 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3- 16-16/2-9/9082-9/9175/2025 nömrəli xx.xx.2025-ci il tarixli rəyinə əsasən, 1-ci sual üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021 -ci il tarixli, MAS- 4085 nömrəli X2 qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2024-cü il tarixinə, (maliyyə arayışı müddətinə) Cavabdeh banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; əsas borc üzrə 4713,47 manat, faiz üzrə 90,38 manat, qrafik üzrə gecikdirilmiş əsas borc 316,97 manat, 2-ci və 3-cü suallar üzrə xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən qüsurlar Cavabdeh təqsirli hərəkətləri nəticəsində yaranmasını və göstərilən ehtiyyat hissələri ilə əvəz olunması zərurətinin olub-olmamasını müəyyən etmək məhkəmə - əmtəəşünaslıq ekspertizasının predmentinə aid deyil, 4-cü sual üzrə iş materiallarında olan 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı “X10” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən ehtiyyat hissələrinin qüsur aktında göstərilən göstəriciləri (markası, modeli və s. yoxdur) uyğun satışı barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Həmçinin avtoehtiyyat hissələrinin təmir-bərpa xərclərinin dəyəri avtoservislərin xidmət səviyyəsindən və sair asılı olaraq müxtəlif qiymətlərdə olur. Belə ki, avtoehtiyyat hissələrinin təmir - bərpa xərclərinin məbləği sifarişçi ilə sifarişi yerinə yetirən tərəf arasında qarşılıqlı razılaşma əsasında müəyyən edildiyindən təmir - bərpa üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 39,21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında göstərilmiş müddəalara əsasən bağlanmış lizinq müqaviləsindən irəli gələn münasibətlər yaranmış və iddiaçı qanunvericiliyin bu tələblərinə uyğun olaraq tələblərini irəli sürmüşdür. Müqavilə üzrə müəyyən edilmiş əmlakı İddiaçı MMC cavabdehin istifadəsinə vermiş, Cavabdeh isə həmin əmlakı qəbul etmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə lizinq obyekti "xxxx" MMC-yə təhvil verilmişdir. Lakin həmin tarixə yaranmış borcu ödəməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən Cavabdeh həmin müqavilə üzrə lizinq obyektindən istifadə hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Cavabdeh lizinq obyektindən istifadə hüququndan istifadə etmiş, lakin ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyi üçün İddiaçı MMC qarşısında borcu yaranmışdır. Bu borc işdə olan sübutlarla, eləcə də maliyyə arayışı ilə təsdiq olunur. Bu baxımdan iddiaçı yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh isə göstərilən ödənişləri iddiaçının xeyrinə ödəməyə borcludur. Məhkəmə tərəfindən qalıq borcun məbləğinin müəyyən edilməməsindən ötrü iş üzrə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, xx.xx.2024-cü il tarixinə, (maliyyə arayışı müddətinə) Cavabdeh banka olan borcu faiz üzrə 90,38 manat, qrafik üzrə gecikdirilmiş əsas borc 316,97 manat müəyyən edilmişdir. 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı “X10” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən ehtiyyat hissələrinin qüsur aktında göstərilən göstəriciləri (markası, modeli və s. yoxdur) uyğun satışı barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Odur ki, məhkəmə iddia tələbinin əsas və mükafat borcuna dair hissəsini ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə - gecikdirilmiş əsas borcu 316,97 manat, faiz borcunu 90,38 manat həddində təmin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə avtomobilin təmir-bərpası üçün tələb olunan məbləğə münasibətdə qeyd edir ki, işdə olan qüsur aktında bununla əlaqədar 1162,26 manat xərcin tələb olunduğu öz təsdiqini tapmışdır. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında qüsur aktındakı məbləği mübahisələndirməmiş, sadəcə səhhəti ilə əlaqədar ödənişləri edə bilmədiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, 1162,26 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin 330,46 manat məbləğində deyil, 30 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4085 saylı “Daxili lizinq" müqaviləsi üzrə 316.97 manat əsas, 90,38 manat gecikdirilmiş mükafat və 30 manat dəbbə pulu, habelə təmir-bərpa xərci ilə əlaqədar 1162,26 manat, ümumilikdə 1599,61 manat borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,21 manat rüsumunun 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 80 manatı cavabdehdən, 20 manatı isə iddiaçıdan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 316.97 (üç yüz on altı manat, doxsan yeddi qəpik) manat əsas, 90,38 (doxsan manat, otuz səkkiz qəpik) manat gecikdirilmiş mükafat, 30 (otuz) manat dəbbə pulu, təmir-bərpa xərci ilə əlaqədar 1162,26 manat, ümumilikdə 1599,61 (bir min beş yüz doxsan doqquz manat, 61 qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 80 manatı Cavabdeh, 20 manatı isə İddiaçındən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar