Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3728/2019 14.08.2019 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, “X23 Azərbaycan” QSC-nin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh “X23 Azərbaycan” QSC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X23 Azərbaycan” QSC ilə X13 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçıilə X13 xx.xx.1996-cı il tarixdə nikaha daxil olmuşlar. Uzun müddət birlikdə yaşadqarı müddət ərzində bir neçə daşınmaz əmlak əldə etmişlər. Lakin bəzi səbəblərdən xx xxxxxx 2017-ci il tarixdə Nəsimi rayon məhkəməsinin 2(006)-9371/2017 saylı qətnaməsi ilə aralarındakı nikaha xitam verilmişdir. Birgə nikahları dövründə Bakı şəhəri Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 253 nömrəli, 12 mərtəbəli binanın 1-ci girişində, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 117 kv.m olan 3 otaqlı, 116 saylı mənzili əldə etmişlər. Həmin mənzilə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xxx 2006-cı ildə Çıxarış almışlar. Həmin mənzil onların birgə mülkiyyətində olub və bu gün də mənzil birgə mülkiyyətlərindədir. Bu günədək tərəflərindən mülkiyyətin bölgüsü aparılmamışdır. xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə evlərinə Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən məktub göndərilmiş, həmin məktub "tələbin könüllü icrası haqqında" bildirişdən və icraata başlamaq haqqında qərardan ibarət olmuşdur. O, məsələdən xəbərsiz olduğu üçün göndərilən icra sənədlərinin mahiyyətini başa düşməmişdir. Keçmiş həyat yoldaşıyla birgə yaşamadıqları üçün onunla əlaqə saxlayıb görüşmüş və ondan nə baş verdiyini, mənzilin nə vaxt və nə üçün girov qoyulduğunu soruşmuşdur. Keçmiş həyat yoldaşı qohumu çətin vəziyyətdə olduğu üçün onun xahişi ilə evi girov qoyduğunu bildirmişdir. Elə həmin gündən də aralarında mübahisə başlamış və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı keçmiş həyat yoldaşının bu hərəkətinə, yəni evlərinin ipoteka ilə yüklü edilməsinə qarşıdır. Hazırda məhkəmə qətnaməsi icraya yönəldilmiş, ipoteka predmeti olan mənzilləri artıq hərraca çıxarılmaq ərəfəsindədir. Belə olduğu halda o, qanuni əsaslarla min əziyyət hesabına aldığı evindən məhrum olacaqdır. Evlərinin kiminsə borcu ilə bağlı ipoteka qoyulmasından xəbərsiz olmuşdur. İpoteka müqaviləsindəki imza iddiaçıya məxsus deyil, o, belə bir müqaviləyə imza atmamışdır. Ona görə də iddiaçının və digər ailə üzvlərinizin razılığı olmadan xx xxxx 2013-cü il tarixdə bağlanmış ipoteka müqaviləsi etibarsız sayılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “X23 Azərbaycan” QSC-nin nümayəndəsi X16 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-225/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə “xxxxxxxxxxx” MMC və X4 “YapıKredi Bank QSC-nin xeyrinə xx xxx 2014-cü il tarixli, 4 saylı kredit sazişi üzrə 179.790 manat əsas, 31.457.88 manat faiz və 2000 manat cərimə olmaqla, cəmi 213.247.88 manat məbləğində borcun; xx xxx 2014-cü il tarixli, 5 saylı kredit sazişi üzrə 169.801.67 manat əsas, 29.752.92 manat faiz və 2000 manat cərimə olmaqla, cəmi 201.554.59 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumu və 19 manat poçt xərcinin müştərək qaydada tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “X23 Azərbaycan” QSC-nin təmin edilmiş tələblərinin ödənilməsi; daşınmaz əmlaklar satıldıqdan sonra əmlakların istifadə hüquqları itirilmiş hesab edilməklə 1 ay müddətində və bankın xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin X5, İddiaçı, X8 və X9 qaytarılması qət edilmişdir. Tərəflərin verdiyi apellyasiya və kassasiya şikayətlərinə baxmayaraq, həmin qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmış və xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almışdır. Halhazırda qətnamənin icrası əmlakların satışını təşkil etməklə hərrac mərhələsində davam etdirilir. İddiaçı qətnamənin icra olunmasına suni şəkildə mane yaratmaq istəyir. Hazırda icraatda olan işlə bağlı iddia ərizəsində göstərilənlər formal xarakter daşıyır. İddiaçı bu iddia ilə məhkəməyə müraciət etməklə "xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə olan kredit borclarını bu üsulla ödəməkdən yayınmaq istəyir. Göstərilənlərə əsasən, eyni zamanda məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 253 nömrəli, 12 mərtəbəli binanın 1-ci girişində, 8-ci mərtəbəsində yerləşən 3 otaqlı 11 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 4701 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan “X23 Azərbaycan” QSC (İpoteka saxlayan) ilə “Qaradağ-And MMC” (borcalan) və X13 (İpoteka qoyan) arasında bağlanmış xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, “X23 Azərbaycan” QSC ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 072013 №-li kredit müqaviləsinin təminatı olaraq X6məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 253 nömrəli, 12 mərtəbəli binanın 1-ci girişində, 8-ci mərtəbəsində yerləşən 3 otaqlı 116 nömrəli mənzil “X23 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən daşınmaz əmlak 177.000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-225/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, “xxxxxxxxxxx” MMC və X4 “YapıKredi Bank QSC-nin xeyrinə xx xxx 2014-cü il tarixli, 4 saylı kredit sazişi üzrə 179.790 manat əsas, 31.457.88 manat faiz və 2000 manat cərimə olmaqla, cəmi 213.247.88 manat məbləğində borcun; xx xxx 2014-cü il tarixli, 5 saylı kredit sazişi üzrə 169.801.67 manat əsas, 29.752.92 manat faiz və 2000 manat cərimə olmaqla, cəmi 201.554.59 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumu və 19 manat poçt xərcinin müştərək qaydada tutulması, ipoteka predmetləri: Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzilinin ilkin satış qiyməti 95.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 saylı mənzilinin ilkin satış qiyməti 110.000 manat və Bakı şəhəri, Qaradağ rayonu, Qobustan msəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evinin isə ilkin satış qiyməti 6.000 manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, qeyd edilən əşyaların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “X23 Azərbaycan” QSC-nin təmin edilmiş tələblərin ödənilməsi, qeyd edilən daşınmaz əşyalar satıldıqdan sonra X2 Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evindən, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 A'lı evin 117 saylı mənzilindən, X6 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 saylı mənzilindən və X7 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməklə həmin daşınmaz əşyaların 1 ay müddətində boşaldılması (iddiaçıya satıldığı təqdirdə), “X23 Azərbaycan” QSC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi nüvafıq olaraq X5, İddiaçı, X8 və X9 qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3155/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-225/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı “X23 Azərbaycan” QSC, cavabdehlər X14 və X13 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-225/2019 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-8473/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3155/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən “X23 Azərbaycan” QSC və X14 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Tərəflər arasında bağlanmış ipoteka müqavilələrində göstərilmişdir ki, ipotekaya qoyulmuş əmlak “X23 Azərbaycan” QSC ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 072013 №-li kredit müqaviləsinin təminatı qismində çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İpoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə ipoteka əqdin bir növü olduğuna görə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (MM-in 269.1-269.3-cü maddələri). Yuxarıda qeyd olunduğu kimi tərəflər ipoteka müqavilələri bağlanarkən göstərilən şərtlərlə razılaşaraq həmin müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 329.1 və 329.2-cimaddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.4-ci maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.3-cümaddəsinintələbinəəsasənəhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. İş materiallarından göründüyü kimi, ipoteka müqaviləsi tərəflər arasında xx xxxx 2013-cü ildə bağlanıldığı halda, həmin müqavilənin etibarsızlığına dair hazırkı iş üzrə iddia tələbi ilə məhkəməyə xx xxx 2019-cu ildə müraciət olunmuşdur. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə bildirir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Belə ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı müqavilənin etibarsız hesab edilməsinə əsas olaraq həmin müqavilədəki imzanın ona məxsus olmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “X23 Azərbaycan” QSC-yə qarşı “X23 Azərbaycan” QSC ilə X13 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X12 cavabdehlər X10 və "xxxx" BOKT ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X23 Azərbaycan” QSC-yə qarşı “X23 Azərbaycan” QSC ilə X13 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-3728/2019
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3728/2019
14.08.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver