Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3741/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi - X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borc məbləğinin silinməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borc məbləğinin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, 57 saylı evin 62 saylı mənzilində **********70062 saylı abunə üzrə əsassız hesablanmış 249,27 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, 249,27 manat məbləğində borcun iddiaçıya aidiyyəti olmadığından cavabdeh tərəfindən tələb olunmasının əsassız hesab edilməsi və **********70062 saylı abonent kodunun iddiaçının adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, 57 saylı evin 62 saylı mənzilini 2020-ci ildə almış və xx.xx.2020-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehə müraciət edərək abunənin öz adına keçirilməsini xahiş etmiş, lakin onun adına keçirilməsinin mümkün olmadığını, belə ki, 2006-cı ildən 249,27 manat borcun olmasını göstərmişlər. Bu borc məbləği tamamilə əsassız olaraq hesablanmışdır, belə ki, abunə haqqında çıxarışdan da görünür ki, xx.xx.2006-cı il tarixdən sərfiyyata uyğun ödənişlər həyata keçirilmişdir, heç bir borc məbləği göstərilməmişdir və həmin məbləğdə borcun yaranması mümkünsüzdür və absurddur . Heç bir araşdırma aparılmadan borc hesablanmışdır, belə ki, həmin vaxtdan bir neçə dəfə əhalinin enrji borcları silinmişdir. Bununla da bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Enerji sərfiyyatı ilə bağlı verilmiş bildirişlərdə borc məbləği göstərilməmişdir, həmçinin borcun olması barədə də hər hansı bir xəbərdarlıq verilməmişdir. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Edilmiş ödənişlər də normal qaydada sərfiyyata uyğun edilmişdir. Lakin cavabdeh tərəf heç bir araşdırma aparmamış və bunun da nəticəsində üzərinə qanunsuz olaraq borc ödəmək öhdəliyi qoyulmuşdur. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd olunmuş **********7062 kodun abunəçisi X3r. Cavabdeh ilə iddiaçı arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdeh tərəfindən hesablanmış borc abunəçi X4 aiddir. Hər ay üzrə istifadə olunmuş elektrik enerjinin hesabı abonentə təqdim edilir. Həmin qəbzdə abunə kodu **********7062, abunəçinin adı X6, ay ərzində isifadə olunmuş elektrik enerjinin hesabı və ümumi borc qeyd edilir. Cavabdeh tərəfindən abunəçi olmadığına qörə iddiaçının heç bir hüququ pozulmamışdır. İddiaçi iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verdi və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 62 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Abunə haqqındadan görünür ki, **********70062 saylı abunə kodu ünvan 2 ünvanına aid olmaqla X2 adına qeydiyyatdadır. Eyni zamanda həmin abonent kodunda olan 249,27 manat məbləğində borc xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrdə yaranmış borc məbləğidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.22-ci bəndinə əsasən məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilin əvvəlki mülkiyyətçisi X4 xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrdə 249,27 manat əlavə ödəniş hesablanmışdır. Sonra göstərilən mənzili iddiaçı almış və mənzil xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilin **********70062 saylı abonent koduna hesablanmış 249,27 manat əlavə ödəniş iddiaçının həmin mənzilə sahiblik etdiyi dövr üçün yox, əvvəlki mülkiyyətçisi X2 həmin evdə yaşadığı dövr üçün hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, **********70062 saylı abunə koduna hesablanmış 249,27 manat məbləğində borc iddiaçıdan tələb oluna bilməz və tələb olunması əsassızdır. Məhkəmə iddianın “**********70062 saylı abonent kodunun iddiaçının adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə və «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən, enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlər ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.21-ci bəndinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Məhkəmə qeyd edir ki, **********70062 saylı abonent kodunun iddiaçının adına keçirilməsi üçün iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısına dair müvafiq müqavilə bağlanmalıdır, eyni zamanda iddia ərizəsinə qarşı etirazın məzmunundan da müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında belə bir müqavilə bağlanmamışdır. Elektrik enerjisinin alqı-satqısı cavabdehin inhisarında olduğundan, hazırkı məsələ, yəni abonent kodunun iddiaçının adına keçirilməsi üçün müqavilə bağlamağa məcburetmə Mülki Məcəllənin 390.3-cü maddəsinin təsiri altına düşür. Beləliklə, yuxarıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı, iddiaçı ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilin mülkiyyətçisi olduğundan, adına elektrik enerjisinin alqı-satqısına dair müvafiq müqavilə bağlamaqla abonent kodunun iddiaçının adına keçirilməsi vəzifəsi cavabdehin üzərinə öhdəlik kimi qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. **********70062 saylı abunə kodunda olan 249,27 manat məbləğində borc İddiaçı aidiyyəti olmadığından "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı tələb olunması əsassız hesab edilsin və **********70062 saylı abonent kodu İddiaçı adına keçirilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3741/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3741/2022
13.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver