Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-375/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkilləri Vəkil1 və X5, İddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi X4 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1, X27, X14 2 Saylı Bakı ASAN xidmət mərkəzinin Notariat ofisinin və 1 Saylı Bakı ASAN xidmət mərkəzinin Notariat ofisinə ƏDK DƏDRX 1 saylı Bakı ərazi idarəsinə qarşı “bağışlama müqavilələrinin ləğvi, çıxarışların etibarsız hesab edilməsi və vərəsə payının müəyyən edilməsi tələbinə dair” illkin iddiası, Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 qarşılıqlı iddi va üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, X13, 1 Saylı Bakı ASAN xidmət mərkəzinin Notariat ofisinə, Bakı şəhər 14 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “bağışlama müqavilələrinin ləğvi, çıxarışların etibarsız hesab edilməsi, vərəsə payının müəyyən edilməsi tələbinə dair” qarşılıqlı iddiası, həmçinin Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı “pul tələbi”nə dair iddiaları üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 ogluna, Cavabdeh1, 2 saylı Bakı Cavabdeh3 Notariat Ofisinə, Əmlak Məsələləri üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 1 saylı Bakı Cavabdeh3 Notariat Ofisinə qarşı «bağışlama müqavilələrinin etibarsızlığı, çıxarışların ləğvi və vərəsə payının müəyyən olunması» tələtinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən ikinci nikahdan olan övladları X17 və X14 daşınmaz əmlaklar üzrə verilmiş bağışlama müqavilələrinin ləğv olunması və bu öhdəliyin 2 saylı Bakı Cavabdeh3 Notariat ofisinin və 1 saylı Bakı Cavabdeh3 Notariat ofisinin üzərinə qoyulması; DƏDRX tərəfindən X15 adına verilmiş 06.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması; DƏDRX tərəfindən X11 adına verilmiş 03.07.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması; DƏDRX tərəfindən X11 adına verilmiş 13.01.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və bu öhdəliyin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə qoyulması; Cavabdeh2 ilə mərhum anası X34 ilə birgə nigah dövründə əldə olunmuş ünvan 1 ünvanda yerləşən 250,59 m2-dən ibarət qeyri-yaşayış sahəsi üzrə, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913 ünvanda 0,12 ha torpağ sahəsi və 82,18 m2-dən ibarət bağ evi üzrə çıxarışın Cavabdeh2 və mərhum X22 adlarına birgə olaraq verilməsi; bundan başqa Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4013 «a» saylı 0,12 ha torpaqdan ibarət bağ sahəsinin üzərində onların razılığı olandan sonra hər hansı bir hüquqi işlərinin görülməsi; "xxxx" MMC-nin vərəsə paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərirzəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 valideynləridir. Belə ki, cavabdeh X28 ilə X7 arasında 14 mart 1982-ci il tarixdə 986 nömrəli aktla qeyd olunmuş nikah bağlanmışdır. Lakin 26.08.2004-cü il tarixdə X7 vəfat etmişdir. X2 ölümü Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində 31.08.2004-cü il tarixdə 726 nömrəsi ilə qeydə alınmışdır. X3 cavabdeh olan ataları Cavabdeh2 ilə birgəh nigah dövründə əldə olunan daşınmaz əmlakları var idi. Belə ki, 1994-cü il tarixdə birgə nigah dövründə Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913 ünvanda yerləşən, xüsusi mülkiyyət növü olan, 0,12 ha torpaq sahəsi ilə birlikdə 82,18 m2-dən ibarət fərdi yaşayış evi alınmışdır. Sonradan isə həmin daşınmaz əmlak üzrə 13 mart 2007-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Başçısı X8 inkişafı və istismarı birliyi ilə 27361 saylı müqavilə bağlanmışdır. Həmin müqavilədə onların adlarımız qeyd olunmuşdur. Bundan başqa, valideynləri birgə nigah dövründə 11 dekabr 2001-ci il tarixdə "xxxx" MMC ilə ataları Cavabdeh2 arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən və ümumi sahəsi 250,59 m2-dən ibarət qeyri-yaşayış sahəsinin sahibi Cavabdeh2 olmuşdur. Bundan başqa, valideynləri birgə nigah dövründə, cavabdeh olan ataları Cavabdeh2 adından 16 aprel 2004-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) açılmışdır. Həmin MMC hal-hazıradək fəaliyyət göstərir. X7 vəfat etdikdən sonra, cavabdeh olan ataları Cavabdeh2 yenidən ailə həyəti qurmaq məqsədi ilə özündən 24 yaş balaca olan xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1 ilə 2005-ci ilin dekabr ayında nigah bağlamışdır. Birgə nigahdan cavabdehlərin iki öladları dünyaya gəlmişdir - 15.10.2006-cı il təvəllüdlü X27 və 09.09.2011-ci il təvəllüdlü X24. 2013-cü il tarixdə babaları X36 bağışlama müqaviləsinə əsasən ona məxsus olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913a ünvanda yerləşən, 0,12 ha torpaq sahəsini ataları Cavabdeh2 bağışlamışdır. Beləliklə onlar uzun müddət xarici ölkələrdə işləyib və müvəqqəti yaşayırdılar. 2021-ci il tarixdə Azərbaycana qayıdarkən onlar nəticəyə gəlmişlər ki, mərhum X3 adına vərəsə işini notariat ofisində açsınlar. Nəticədə 46 saylı notariat ofisində mərhum analarının adına vərəsə işi açılmışdır. Sonradan isə onlara məlum olmuşdur ki, cavabdeh olan ataları Cavabdeh2 birinci nikah zamanı əldə olunmuş daşınmaz əmlakları, ikinci nikahdan olan övladlarının adına bağışlama nəticəsində keçirmişdir: 1) 15.10.2006-cı il təvəllüdlü X27 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913 ünvanda yerəşən 0,12 ha torpaq sahəsi və 82,18 m2-dən ibarət bağ evi (qeydiyyat tarixi 06.07.2020-ci il; 13 nömrəli reyestr kitabının 1778 nömrəli vərəqində qeydə alınmış; qeydiyat nömrəsi **********); 2) 09.09.2011-ci il təvəllüdlü X24 ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 250,59 m2 olan qeyri-yaşayış sahəsi (qeydiyyat tarixi 13.01.2020; 129 nömrəli reyestr kitabının 12034 nömrəli vərəqində qeydə alınmış; qeydiyyat nömrəsi **********). Bundan başqa, babaları X36 tərəfindən 2013-cü il tarixdə bağışlama nəticəsində cavabdeh olan ataları Cavabdeh2 adına keçən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913a saylı olan, 0,12 hektardan ibarət bağ sahəsini, Cavabdeh2 ikinci nikahından olan X11 adına keçirmişdir (qeydiyyat tarixi 13.07.2020; 116 nömrəli reyestr kitabının 11010 nömrəli vərəqində qeydə alınmış; qeydiyyat nömrəsi **********). Halbuki qanunvericiliyə əsasən həmin torpaq sahəsi üzrə bağışlama olduğu zaman, onların razılıqları olmalı idi. Beləliklə, yuxanda qeyd olunanlara əsasən nəticəyə gəlmək olar ki, cavabdeh olan ataları Cavabdeh2 tərəfindən qanunvericilik pozulmuşdur. Bunu da qeyd etmək istəyirlər ki, mərhum X3 adına vərəsəlik açıldığı üçün, valideynlərinin birgə nikah dövründə əldə olunmuş əmlaklarından mərhum analarına düşən pay vərəsələrin arasında bölünməlidir. 16 noyabr 2021-ci il tarixdə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən ikinci nikahdan olan övladları X17 və X14 daşınmaz əmlaklar üzrə verilmiş bağışlama müqavilələrinin ləğv olunması və bu öhdəliyin 2 saylı Bakı Cavabdeh3 Notariat ofisinin və 1 saylı Bakı Cavabdeh3 Notariat ofisinin üzərinə qoyulması; DƏDRX tərəfindən X15 adına verilmiş 06.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması; DƏDRX tərəfindən X11 adına verilmiş 03.07.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması; DƏDRX tərəfindən X11 adına verilmiş 13.01.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və bu öhdəliyin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə qoyulması; Cavabdeh2 ilə mərhum anası X34 ilə birgə nigah dövründə əldə olunmuş ünvan 1 ünvanda yerləşən 250,59 m2-dən ibarət qeyriyaşayış sahəsi üzrə, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913 ünvanda 0,12 ha torpağ sahəsi və 82,18 m2-dən ibarət bağ evi üzrə çıxarışın Cavabdeh2 və mərhum X22 adlarına birgə olaraq verilməsi; "xxxx" MMC-nin vərəsə paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh2 İddiaçı3, İddiaçı1, İddiaçı2, X13, 1 saylı Bakı Cavabdeh3ndə notariat ofisinə, Bakı şəhəri 14 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilə cavabdeh X19 arasında ünvan 5 ünvanda yerləşən yaşayış sahəsi haqqında müqavilənin ləğv olunması və bu öhdəliyin Bakı şəhəri 14 saylı Notariat ofisinin üzərinə qoyulması, DƏDRX tərəfindən X9 adına verilmiş çıxarışın ləğv edilməsi və həmin yaşayış sahəsi üzərində iddiaçının miras payı da nəzərə alınmaqla 5/8 hissədə mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilə cavabdeh İddiaçı2 arasında ünvan 6 ünvanda yerləşən yaşayış sahəsinin bağışlanması haqqında müqavilənin ləğv olunması və bu öhdəliyin 1 saylı Bakı Cavabdeh3 Notariat ofisinin üzərinə qoyulması, DƏDRX tərəfindən İddiaçı2 adına verilmiş çıxarışın ləğv edilməsi və həmin yaşayış sahəsi üzərində İddiaçının miras payı da nəzərə alınmaqla, 5/8 hissədə mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması; iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı2 hər birindən 103.232,5 Avro və 41.007,5 (13.750 + 33.970 - 6.712.5) ABŞ dollarının alınıb iddiaçı Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3 (bundan sonra – «1-ci cavabdeh»), İddiaçı1 (bundan sonra «2-ci cavabdeh») və İddiaçı2 (bundan sonra «3-cü cavabdeh», 1-ci, 2-ci və 3-cü cavabdehlər birlikdə – «Cavabdehlər») 31.08.2021-ci il tarixli iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən (bundan sonra «qarşılıqlı iddiaçı») ikinci nikahdan olan övladları X27 və X14 daşınmaz əmlaklar üzrə verilmiş bağışlama müqavilələrinin ləğv olunması və bu öhdəliyin 2 saylı Bakı Cavabdeh3 Notariat ofisinin üzərinə qoyulması, DƏDRX tərəfindən X15 adına verilmiş 06.07.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, DƏDRX tərəfindən X11 adına verilmiş 13.01.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və bu öhdəliyin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə qoyulması, 1-ci cavabdeh ilə mərhum X3 birgə nikahı dövründə əldə olunmuş ünvan 1 ünvanda yerləşən 250,59 m2dən ibarət qeyri-yaşayış sahəsi üzrə, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913 ünvanda 0,12 ha torpaq sahəsindən və 82,18 m2-dən ibarət bağ evinin və "xxxx" MMC-nin vərəsə paylarının müəyyən olunması və ondan sonra həmin daşınmaz əmlaklar üzrə çıxarışın verilməsi, bundan başqa Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913a saylı 0,12 ha torpaqdan ibarət bağ sahəsinin üzərində iddiaçıların razılığı olduqdan sonra hər hansı bir hüquqi işlərin görülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. 09 sentyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdə həmin iddia ərizəsinin qəbul edilə bilən olmaması və təqdim edilən sənədlərlə birlikdə geri qaytarılmalı olması əsaslandırılıb. İşə baxan məhkəmə tərəfindən bu vəsatət «açıq» saxlanılıb. Məhkəmə araşdırması gedişində məhkəmə belə bir nəticəyə gəlsə ki, vəsatət təmin edilməli deyil və cavabdehlər mirası qəbul etmiş vərəsələrdir, proses üzrə tərəflərin maddi hüquqi baxımdan vəziyyətləri dəyişəcək. Yəni onlar (cavabdehlər və qarşılıqlı iddiaçı) qanun üzrə vərəsə kimi mirası qəbul edən miras şəriklərinə çevriləcəklər. Bu şərait miras əmlakın məhkəmə tərəfindən bölüşdürülməsi zamanı qanun üzrə vərəsələr olaraq, müvafiq qarşılıqlı hesablaşmalar və əmlak tələblərinin nəzərə alınmasını ehtiva edir. Hesab edir ki, həmin qarşılıqlı hesablaşmalar və əmlak tələbləri prosessual baxımdan qarşılıqlı iddia formasında irəli sürülməlidir. Cavabdehlərin mirası qəbul elmiş miras şərikləri kimi qanun üzrə vərəsə olaraq hər birinə çatası pay qarşılıqlı iddiaçı və onun mərhum arvadı X22 birgə əmlakının 1/8 hissəsidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən sağ qalan ərin (iddiaçının) vərəsəlik hiıququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyil. Yəni başqa sözlə, ümumi birgə əmlakın 1/2 hissəsi miras qoyanın sağ qalan əri olaraq qarşılıqlı iddiaçının mülkiyyətindədir, qalan 1/2 hissədə onun da qanun üzrə birinci növbə vərəsə kimi cavabdehlərlə birlikdə bərabər payı vardır. Beləliklə, miras şərikləri olan cavabdehlərin və qarşılıqlı iddiaçının hər birinin qanun üzrə ona çatası payı iddiaçı və onun mərhum arvadı X22 ümumi birgə əmlakının 1/8 hissəsi olacaqdır. Cavabdehlər miras şərikləri olaraq, mirasın bölüşdürülməsi zamanı iddia ərizəsində irəli sürdükləri tələblərlə bağlı aşağıdakı qarşılıqlı hesablaşmaları və əmlak tələblərini nəzərə almalıdırlar: Bakı səhəri Sabunçu ravonu Ləhis bağ sahəsi 4913a saylı 0,12 ha torpaqdan ibarət bağ sahəsinin üzərində iddiaçıların razılığı olduqdan sonra hər hansı bir hüquqi işlərinin görülməsi tələbi ilə bağlı. İlkin iddia ərizəsində qeyd edilib ki, həmin bağ sahəsi 2013-cü ildə cavabdehlərin babası (yəni, iddiaçının atası) X36 tərəfindən iddiaçıya bağışlanıb. Yəni işin mübahisəsiz halı ondan ibarətdir ki, miras açılan anda (31.08.2004-cü ildə) həmin bağ sahəsi üzərində mülkiyyət hüququ başqa şəxsə məxsus olub. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Beləliklə, mirasın aktivinə aid olmayan mülkiyyət hüququ ilə bağlı hər-hansı bir tələb irəli sürülməsinin heç bir əsası yoxdur. ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 250,59 m2 olan qeyri-yaşayış sahəsi (həmin qeyri-yaşayış sahəsinin ərazisində hal-hazırda "xxxx" MMC adı altında fəaliyyət göstərən stomatoloji klinika yerləşdiyindən (bundan sonra mətndə klinikanın sahəsi kimi göstəriləcək) bağlı cavabdehlərin vərəsəlik paylarının müəyyən edilməsi tələbi ilə bağlı. 2a. Klinikanın sahəsinin miras şərikləri arasında daşınmaz əmlak olaraq bölüşdürülməsi tələbinin maddi hüquqi əsası yoxdur. Belə ki, daşınmaz əmlak olaraq, onun miras əmlakına daxil edilməsi üçün həmin əmlak üzərində tam formalaşmış mülkiyyət hüququnun da mirasın aktivinə daxil olması zəruridir (Mülki Məcəllənin 1151.1-ci maddəsi). Klinikanın sahəsi üzərində miras qoyan mərhum Lalə xanımın mülkiyyət hüququ mövcud deyil, bu hüquq yalnız iddiaçıya məxsus olub və 07.11.2013-cü il tarixdə yaranıb (RX seriyalı ******* №-li çıxarışın surəti qoşmaya əlavə edilib). 2b. Yuxarıda, 2a-da göstərilən məqam nəzərə alınmaqla miras əmlakına yalnız klinika sahəsinin tikintisi aparıldığı dövrdə (2001-2004-cü illərdə) həmin tikintiyə sərf edilmiş maliyyə vəsaitinin müvafiq hissəsi aid edilə bilər. Müvafiq hissə dedikdə, miras açılan məqamədək ödənilən pul vəsaiti başa düşülür. Bu vəsaitin məbləği təqribən 53.700 ABŞ dollarıdır (müvafiq 5 ədəd hesab- faktura və qəbzlərin surətləri qoşmadadır). Beləliklə, miras şərikləri arasında bu hissədə bölüşdürülməli olan pul vəsaitinin ümumi məbləği nəzərə alınmaqla, hər bir miras şərikinin iddia edə biləcəyi məbləğ 6.712,5 ABŞ dollarıdır (53.700 : 4 = 6.712.5). Eyni zamanda, miras şəriklərinin arasınca ilkin iddiada göstərilməyən, lakin miras əmlakın həm aktivinə, həm də passivinə aid edilə biləcək və müəyyən əmlak hüquq və vəzifələri mövcuddur ki, bunlar da ilkin iddianın təmin edilə bilməsinin ümdə şərti olan, cavabdehlər tərəfindən mirasın qəbul edilməsi halı məhkəmə tərəfindən qəbul ediləcəksə, mirasın bölüşdürülməsi zamanı nəzərə alınmalıdır. Söhbət aşağıdakılardan gedir: 3a. 29 dekabr 2019-cu ildə iddiaçı tərəfindən X13 satılmış olan ünvan 8 ünvanda yerləşən yaşayış sahəsi. Bu mənzil 1994cü ildə əldə edilmişdir və qarşılıqı iddiaçı ilə miras qoyanın birgə əmlakının tərkib hissəsi olaraq, miras kütləsinə daxildir.Qarşılıqlı iddiaçı həmin mənzillə bağlı bağışlanma müqaviləsinin ləğv edilməsini, müvafiq öhdəliklərin bağışlama müqaviləsini rəsmiləşdirmiş Bakı şəhəri 14 saylı notariat ofisinin və DƏDRX-nin üzərinə qoyulmasını və həmin mənzil üzərində iddiaçının 5/8 payı nəzərə alınmaqla onun mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsini tələb edir (bu hissədə tələb məhkəməyə müvafiq sənədlər təqdim edildikdən sonra dəqiqləşdiriləcək). 3b. 29.12.2020-ci il tarixdə iddiaçı tərəfindən 3cü cavabdehə bağışlanılmış ünvan 6 ünvanda yerləşən yaşayış sahəsi. Bu mənzil 1994cü ildə əldə edilmişdir və iddiaçı ilə miras qoyanın birgə əmlakının tərkib hissəsi olaraq, miras kütləsinə daxildir. İddiaçı həmin mənzillə bağlı 29.12.2020-ci il tarixdə 1 saylı Bakı Cavabdeh3 Notariat ofisində bağlanmış bağışlanma müqaviləsinin ləğv edilməsini, bu öhdəliyin həmin Notariat ofisinin üzərinə qoyulmasını, DƏDRX tərəfindən 3-cü cavabdehin adına verilmiş 29.12.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini və bu öhdəliyin DƏDRX-nin üzərinə qoyulmasını və həmin mənzil üzərində iddiaçının 5/8 payı nəzərə alınmaqla onun mülkiyyət ıüququnun tanınması və müvafiq çıxarışın verilməsini tələb edir. 3c. Klinikanın sahəsinin tikintisi üçün iddiaçı hələ miras qoyan sağ olan zaman müxtəlif banklardan kreditlər götürmüş və onlar üzrə müvafiq ödəmələr etmişdir. Bu kredit müqavilələri üzrə iddiaçının öhdəlikləri əslində birgə əmlaka aid edilə bilən vəzifələrdir. Burada söhbət əsasən 5 kredit müqaviləsindən gedir: "xxxx"-dan (Dəmirbank) alınmış 65.000 ABŞ dolları, "xxxx"dan alınmış 35.000 ABŞ dolları və «Poçt Bank»-dan alınmış 10.000 ABŞ dolları, cəmi 110.000 ABŞ dolları kreditlərdən. Miras əmlak bölüşdürülən zaman müvafiq kredit müqavilələri izrə öhdəliklər (vəzifələr) miras kütləsinə aid edilməli və miras şərikləri arasında müvafiq paylar nisbətində bölüşdürülməlidir. Beləliklə, iddiaçı tərəfindən ödənilmiş bu kreditlərin müqabilində hər bir cavabdehə münasibətdə 13.750 ABŞ dolları (110.000 : 8 = 13.750) məbləğində tələbi yaranır ("xxxx" KB ASC ilə bağlı kredit barəsində arayışın surəti əlavə edilir, digər banklarla bağlı sorğular verilib, sənədlər təqdim ediləcək). İlk iddianın təmin edilə bilməsinin ümdə şərti olan, cavabdehlər tərəfindən mirasın qəbul edilməsi halı məhkəmə tərəfindən qəbul ediləcəksə, mirasın bölüşdürülməsi zamanı qarşılıqlı iddiaçının Mülki Məcəllənin 1157-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla miras şərikləri olaraq cavabdehlərə qarşı müəyyən tələb hüquqları yaranır. Belə ki, Mülki Məcəllənin 1157-1.2-ci maddəsinə əsasən mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. Mülki Məcəllənin 1157-1.3-cü maddəsinə əsasən mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına mütənasib surətdə çəkirlər. Burada söhbət aşağıdakı tələblərdən gedir: 4a. Cavabdehlər 16 aprel 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-də (VÖEN: **********) miras şərikləri olaraq müvafiq vərəsə paylarının müəyyən edilməsi tələbi ilə çıxış edirlər. İddiaçı həmin MMC-nin yeganə təsisçisi və direktoru olaraq, onun təsərrüfat fəaliyyətinin təmin edilməsi üçün müvafiq kreditlər götürmüşdür. Bu kreditlər üzrə icra edilmiş öhdəliklər mirasın idarə edilməsi ilə bağlı xərclərdir və qanunun tələbinə görə, vərəsələrin miras paylarına mütənasib surətdə onlara aid edilməlidir. Burada söhbət 2013-cü ildə "xxxx"-dan alınmış 330.930 avro, 2007-ci ildə "xxxx"-dan alınmış 82.000 avro kreditdən gedir. Kreditlərin ümumi məbləği 412.930 avrodur. Beləliklə, qarşılıqlı iddiaçının hər bir cavabdehə qarşı ən azı 103.232,5 avro tələbi mövcuddur (qoşmada "xxxx"-dan alınmış kreditlə bağlı sənədlər təqdim edilir. "xxxx"la bağlı sorğu edilib, məhkəməyə təqdim ediləcək). 4b. Cavabdehlərin hər üçü ixtisasca həkim stomatoloqlardır və təhsillərini X10 Universitetində almışlar. Burada təhsil ödənişlidir və cavabdehlərin təhsil aldığı dövrlərdə hər biri üçün illik təhsil haqqı 10.000-13.000 ABŞ dolları olmuşdur. Miras açılandan sonra 1-ci cavabdehin təhsilinə 61.125 ABŞ dolları, 2-ci cavabdehin təhsilinə 22.250 ABŞ dolları, 3-cü cavabdehin təhsilinə 188.385 ABŞ dolları pul ödənilmişdir. Bu məbləğlər miras əmlakın idarə edilməsinə aid edilə bilən məbləğlərdir və qanunun tələbinə görə miras şərikləri arasında paylara mütənasib olaraq bölüşdürülməlidir. Beləliklə, bu hissədə cəmi əmlakın idarə edilməsi ilə çəkilən xərclər 271.760 ABŞ dollarıdır və iddiaçının cavabdehlərin hər birinə qarşı 33.970 ABŞ dolları çəkilmiş xərclərin əvəzinin ödənilməsi bağlı tələbi mövcuddur (müvafiq sübutlar qoşmada əlavə edilir). Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 23 sentyabr 2021-ci il tarixli qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3 (bundan sonra – «1ci cavabdeh»), İddiaçı1 (bundan sonra – «2-ci Cavabdeh») və İddiaçı2 (bundan sonra – «3-cü Cavabdeh», 1-ci, 2-ci və 3-cü cavabdehlər birlikdə – «Cavabdehlər») 31.08.2021-ci il tarixli iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən (bundan sonra – «Qarşılıqlı iddiaçı») ikinci nikahdan olan övladları X27 və X14 daşınmaz əmlaklar üzrə verilmiş bağışlama müqavilələrinin ləğv olunması və bu öhdəliyin 2 saylı Bakı «ASAN» xidmət mərkəzinin Notariat ofisinin üzərinə qoyulması, DƏDRX tərəfindən X15 adına verilmiş 06.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, DƏDRX tərəfindən X11 adına verilmiş 13.01.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və bu öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə qoyulması, 1-ci cavabdehlə mərhum X3 birgə nikahı dövründə əldə olunmuş, ünvan 1 ünvanda yerləşən 250,59 m2-metrdən ibarət qeyri-yaşayış sahəsi üzrə, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913 ünvanda 0,12 ha torpaq sahəsindən və 82,18 m2-dən ibarət bağ evinin və "xxxx" MMC-nin vərəsə paylarının müəyyən olunması və ondan sonra həmin daşınmaz əmlaklar üzrə çıxarışın verilməsi, bundan başqa Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913a saylı 0,12 ha torpaqdan ibarət bağ sahəsinin üzərində iddiaçıların razılığı olduqdan sonra hər hansı bir hüquqi işlərinin görülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Qarşılıqlı iddiaçı 23 sentyabr 2021-ci il tarixli qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilə cavabdeh X19 arasında ünvan 5 ünvanda yerləşən yaşayış sahəsi haqqında müqavilənin ləğv olunması və bu öhdəliyin Bakı şəhəri 14 saylı Notariat ofisinin üzərinə qoyulması, DƏDRX tərəfindən X9 adına verilmiş çıxarışın ləğv edilməsi və həmin yaşayış sahəsi üzərində İddiaçının miras payı da nəzərə alınmaqla, 5/8 hissədə mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilə cavabdeh İddiaçı2 arasında ünvan 6 ünvanda yerləşən yaşayış sahəsinin bağışlanması haqqında müqavilənin ləğv olunması və bu öhdəliyin 1 saylı Bakı Cavabdeh3 Notariat ofisinin üzərinə qoyulması, DƏDRX tərəfindən İddiaçı2 adına verilmiş çıxarışın ləğv edilməsi və həmin yaşayış sahəsi üzərində İddiaçının miras payı da nəzərə alınmaqla, 5/8 hissədə mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması və iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı2 hər birindən 103.232,5 Avro və 41.007,5 (13.750 + 33.970 - 6.712,5) ABŞ dollarının alınıb iddiaçı Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş məhkəmənin icraatında olan zaman onlar tərəfindən müxtəlif əlavə sübutlar əldə edilmiş və məhkəməyə təqdim edilmişdir. Həmin sübutlar nəzərə alınmaqla, qarşılıqlı iddiada irəli sürülmüş tələblərin dəqiqləşdirilməsinə ehtiyac vardır. Həmin dəqiqləşdirmələr aşağıdakılardan ibarətdir: Qarşılıqlı iddianın 4-cü səhifəsində 2b bəndində şərh edilmiş halla bağlı - məhkəməyə müvafiq 5 ədəd hesab-faktura və qəbzlər təqdim edilməklə miras açılan ana qədər, əsas iddia təmin ediləcəksə, miras şərikləri kimi qəbul edilməli olan qarşılıqlı iddiaçı və cavabdehlərin arasında bölüşdürülməli olan, klinikanın tikintisinə sərf edilmiş vəsaitin məbləği 53.700 ABŞ dolları kimi göstərilmişdir. Qoşmada 16 dekabr tarixli KR seriyalı 000002 №-li kassa mədaxil qəbzi və AP seriyalı 023197 №-li vergi hesab fakturası da əlavə 6-cı ödəmə sənədi kimi məhkəmənin diqqətinə çatdırılır. ABŞ dollarının müvafiq kursu nəzərə alınmaqla, bu sənəd miras açılanadək, əlavə olaraq, 4.500 ABŞ dollarının da ödənilməsini və beləliklə, mirasın aktivinə daxil edilməli olmasını göstərir. Beləliklə, miras şərikləri arasında bu hissədə bölüşdürülməli olan pul vəsaitinin ümumi məbləği nəzərə alınmaqla, cavabdehlərin hər birinin miras şəriki olaraq iddia edə biləcəyi məbləğ 7.275.5 ABŞ dollarıdır (58.200 : 4 = 7.275.5). Qarşılıqlı iddianın 4-cü səhifəsində, 4a bəndində şərh edilmiş halla bağlı - məhkəməyə təqdim edilmiş sübutlar nəzərə alınmaqla 2007-ci ildə "xxxx"-dan alınmış kreditin məbləği 82.000 avro kimi deyil, 81.956 avro kimi nəzərə alınmalıdır. Beləliklə, Kreditlərin ümumi məbləği 412.886 avrodur. Beləliklə, qarşılıqlı iddiaçının hər bir cavabdehə qarşı ən azı 103.221,5 avro tələbi mövcuddur. Bu səbəbdən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilə cavabdeh X19 arasında ünvan 5 ünvanda yerləşən yaşayış sahəsinin alğı-satqısı haqqında müqavilənin ləğv olunması və bu öhdəliyin Bakı şəhəri 14 saylı Notariat ofisinin üzərinə qoyulması, DƏDRX tərəfindən X9 adına verilmiş çıxarışın ləğv edilməsi və həmin yaşayış sahəsi üzərində iddiaçının miras payı da nəzərə alınmaqla, 5/8 hissədə mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilə cavabdeh İddiaçı2 arasında ünvan 6 ünvanda yerləşən yaşayış sahəsinin bağışlanması haqqında müqavilənin ləğv olunması və bu öhdəliyin 1 saylı Bakı Cavabdeh3 Notariat ofisinin üzərinə qoyulması, DƏDRX tərəfindən İddiaçı2 adına verilmiş çıxarışın ləğv edilməsi və həmin yaşayış sahəsi üzərində iddiaçının miras payı da nəzərə alınmaqla, 5/8 hissədə mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması; iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı2 hər birindən 103.221,5 Avro və 40.444,5 (13.750 + 33.970 - 7.275,5) ABŞ dollarının alınıb iddiaçı Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X29 cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı3 ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq hesablanmaqla 24.960 ABŞ dolları, İddiaçı1 7.687,5 ABŞ dolları və X18 20.444,5 ABŞ dolları və 259.089 Türk lirəsi məbləğində maddi zərərin, 50.000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X29 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2005-ci ilin dekabr ayında Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və onların birgə nikahlarından 15.10.2006-cı il təvəllüdlü X27 və 09.09.2011-ci il təvəllüdlü X24 adlı övladları dünyaya gəlmişlər. Cavabdehlər onun ərinin əvvəlki nikahından olan övladlarıdır. Belə ki, cavabdehlər iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən ikinci nikahdan olan övladları X27 və X14 daşınmaz əmlaklar üzrə verilmiş bağışlama müqavilələrinin ləğv olunmasını və bu öhdəliyin 2 saylı Bakı Cavabdeh3 Notariat ofisinin üzərinə qoyulmasını, DƏDRX tərəfindən X15 adına verilmiş 06.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, DƏDRX tərəfindən X11 adına verilmiş 13.01.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və bu öhdəliyin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması, 1-ci cavabdehlə mərhum X3 birgə nikahı dövründə əldə olunmuş ünvan 1 ünvanda yerləşən 250,59 m2-dən ibarət qeyri-yaşayış sahəsi üzrə, Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913 ünvanda 0,12 ha torpaq sahəsi və 82,18 m2-dən ibarət bağ evinin və "xxxx" MMC-nin vərəsə paylarının müəyyən olunması və ondan sonra həmin daşınmaz əmlaklar üzrə çıxarışın verilməsi, bundan başqa Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913a saylı 0,12 ha torpaqdan ibarət bağ sahəsinin üzərində iddiaçıların razılığı olduqdan sonra hər hansı bir hüquqi işlərin görülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bildirir ki, əri Cavabdeh2 ilə rəsmi nikaha daxil olduqdan sonra, yəni 2005-ci ilin dekabr ayından başlayaraq ailə təsərrüfatlarını birlikdə idarə edərək birgə nikah dövründə gəlir əldə etməyə başlamışlar. O, birgə nikaha daxil olduqdan hazırkı tarixə kimi ərinə məxsus "xxxx" klinikasında həkim vəzifəsində işləyir və kifayət qədər aylıq gəlirləri vardır. O, Cavabdeh2 ilə birgə nikaha daxil olduqdan sonra ərinin əvvəlki nikahından olan övladları, yəni hazırkı iş üzrə cavabdehlər İddiaçı1, İddiaçı3 və X25 xaricdə təhsil almaları və xaricdə yaşamaları üçün əri ilə birgə nikah dövründə əldə etdikləri pul vəsaitindən xeyli miqdarda sərf etmişlər. Həmin dövrlər üzrə cavabdehlərə verilmiş (ödənilmiş) pulların yarısı onun əmlakı (pul vəsaiti) hesab olunduğundan, cavabdehlərdən tələb hüququ əsaslı və qanunidir. Belə ki, cavabdeh İddiaçı3 Türkiyə Respublikası Yenitəpə Universitetinin diş həkimliyi fakültəsində təhsil aldığı illərdə, yəni 2005-2009-cu illərdə ümumilikdə 49.920 ABŞ dolları məbləğində, İddiaçı1 Türkiyə Respublikası Yenitəpə Universitetinin diş həkimliyi fakültəsində təhsil aldığı illərdə, yəni 2005-2007-ci illərdə ümumilikdə 15.375 ABŞ dolları məbləğində, X25 Türkiyə Respublikası Yenitəpə Universitetinin diş həkimliyi fakültəsində təhsil aldığı (ixtisas artırmalarla birlikdə) illərdə, yəni 2005-2020-ci illərdə ümumilikdə 40.889 ABŞ dolları və 518.178 TL (Türk lirəsi) məbləğində vəsait ödənilmişdir. Həmin ödənilmiş və cavabdehlərə göndərilmiş pul vəsaiti onunla ərinin birgə qazancları olmuşdur. Odur ki, o, gəlir və qazancı hesabına göndərilmiş pulların yarısını tələb etmək hüququna malikdir. Bu baxımdan, İddiaçı3 24.960 ABŞ dolları, İddiaçı1 7.687,5 ABŞ dolları və X18 20.444,5 ABŞ dolları və 259.089 TL ödənildiyi gün Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq alınıb ona verilməlidir. Hesab edir ki, cavabdehlər onun pullarını əvəzsiz olaraq mənimsəyərək öz təhsil və yaşamları üçün xərclədikdən sonra övladlarının atası tərəfindən onlara bağışlanmış əmlaklara da iddia etmələri ona mənəvi iztirab vermişdir. Belə ki, maddi ziyanla yanaşı ona mənəvi ziyan da dəymişdir. İlk iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddiaya etiraz təqdim edərək göstərdi ki, qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. Qarşılıqlı iddiaçının irəli sürdüyü iddia ərizəsinin 1-ci və 2-ci tələbi ilə («Cavabdeh2 ilə X20 arasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv olunması «Cavabdeh2 ilə İddiaçı2 arasında bağlanmış bağışlanma müqaviləsinin ləğv olunması») bağlı etiraz olaraq qeyd edir ki, əvvəla, qarşılıqlı iddia üzrə iddiaçı alğı-satqı və bağışlanma müqavilələrini mübahisələndirərək onların etibarsız olma əsasını konkret olaraq göstərə bilməmişdir. Məlum olduğu kimi, əqdlərin etibarsılığı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəsli ilə tənzimlənir. Həmin fəsildə qeyd edilən normaların hər biri mübahisələndirilən əqdlərin ayrı-ayrı növlərini tənzimləyir və birinin tətbiqi digərini istisna edir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı həmin normaların tətbiqinə imkan verən faktiki halların mövcudluğunu təsdiqləyən hər hansı sübutu da təqdim edə bilməyib. Deməli, qeyd edilən müqavilələrinin etibarsızlığı üçün hər hansı əsasın mövcudluğu iş materialları ilə müəyyən edilmir, başqa sözlə, həmin müqavilələr etibarlıdırlar. İkincisi, qarşılıqlı iddia üzrə iddiaçının bu cür davranışı ziddiyyətlidir. Ona görə ki, o, həmin müqavilələr üzrə əmlakları təhvil verərək müqavilə üzrə öhdəliklərini icra etmişdir. Başqa sözlə, bu ehtimalda belə, qarşılıqlı iddiaçı müqavilələrin etibarsızlığını tələb etmək əvəzinə, ondan irəli gələn hüquqlarını həyata keçirmiş və öhdəliklərini də icra etmiş, nəticə etibarı ilə, ədqləri mübahisələndirmək hüququnu həyata keçirməmək niyyətini ortaya qoymuşdur. Lakin indiki mərhələdə həmin müqavilələrin etibarsızlığını irəli sürmüşdür. Qarşılıqlı iddiaçının bu cür davranışı ziddiyyətlidir və müqavilələrin etibarsızlığı üçün əsasın mövcud olduğu ehtimalında belə, irəli sürdüyü tələbin təminini istisna edir. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır. Mülki Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Üçüncüsü, mübahisələndirilən əqdlərin etibarsızlığı üçün əsasın mövcud olduğu ehtimalında belə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərin artıq bitdiyi diqqətə alınmalıdır. Diqqət edilməlidir ki, həmin müddətlər mübahisələndirilən əqdlər üçün nəzərdə tutulub və kəsici xarakterlidir. Digər bir ifadə ilə, müddətlərin keçməsi əqdlərin mübahisələndirilməsi hüququnun aradan qalxması nəticəsini doğurur. Və nəzərə aldıqda ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı etiraza «buraxılmış iddia müddətinin tədbiqinə dair» ərizə (Qoşma 1) əlavə olunur. Qarşılıqlı iddia üzrə cavabdehlərin hər birindən 103.232,5 Avro məbləğin tutulması tələbi ilə bağlı etiraz olaraq bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia edir ki, guya "xxxx" MMC-nin təsərrüfat fəaliyyətinin təmin edilməsi üçün "xxxx" MMC Paşa Bank-dan 330.930 Avro və Dəmir Bank-dan 82.000 Avro, ümumilkdə 420.930 Avro məbləğində kredit alınmışdır. Bu tələblərin əsası kimi istinad etdiyi hallan sübut etmək üçün məhkəməyə yalnız "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 08 oktyabr 2013-cü il tarixli «akkreditivin açılmasına dair» Razılaşmanın surətini təqdim etmiş, eləcə də tələblərin hüquqi əsası kimi Mülki Məcəllənin miras şərikləri tərəfindən mirasın idarə edilməsi (m. 1157-1.2.; 1157-1.3.) normalarına istinad etmişdir. Əvvəla, qeyd edilməlidir ki, məhkəmə, mübahisə üzrə məhkəməyə müraciət edən şəxsin obyektiv xarakter daşıyan subyektiv hüququnun olmamasına əvvəlcədən hüquqi qiymət verməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarı ilə (İ.Şabanovun şikayəti ilə əlaqədar) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. 08 oktyabr 2013-cü il tarixli «akkreditivin açılmasına dair» Razılaşmanın surətindən isə açıq şəkildə görünür ki, mülki hüquq münasibətləri "xxxx" ASC ilə qarşılıqlı iddiaçı arasında deyil, "xxxx" MMC arasında olmuşdur. Lakin, qarşılıqlı iddia, tələb etmək hüququ olmayan Cavabdeh2 tərəfindən irəli sürülmüşdür. Ona görə də hesab edir ki, Cavabdeh2 bu iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüquqa malik deyildir. İkincisi, ümumiyyətlə 420.930 Avro məbləğində tələbi əsaslı hesab etmir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının bu hissədə 2 dəlili vardır: 1-cisi, "xxxx"-dan 330.930 Avro məbləğində kreditin götürülməsi, 2-cisi «Dəmir Bank»-dan 82.000 Avro məbləğində kreditin götürülməsi. Bununla bağlı aşağıdakıları vurğulamağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin vo etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. "xxxx"-dan 330.930 Avro məbləğində kreditin götürülməsi dəlilləri ilə bağlı qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə yalnız 08 oktyabr 2013-cü il tarixli «akkreditivin açılmasına dair» Razılaşmanın surətini təqdim etməklə kifayətlənmişdir. Halbuki, ilk növbədə prosessual qanunvericiliyə görə məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir (MPM-nin 89-cu maddəsi). Bu kimi Razılaşmanın mövcud olduğu ehtimalında belə, həqiqətən "xxxx" MMC tərəfindən 330.930 Avro məbləğində kreditin götürülməsini və bu məbləğin məhz Cəmiyyətin təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədələri üçün sərf edildiyini təsdiqləyən hər hansı sübut qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilməmişdir. «Dəmir Bank»-dan 82.000 Avro məbləğində kreditin götürülməsi dəlilləri ilə bağlı qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən yenə də məhkəməyə heç bir sübut, o cümlədən kredit müqaviləsi, kredit məbləğinin Cəmiyyətin hesabına köçürülməsi və bu məbləğin məhz Cəmiyyətin təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədələri üçün sərf edildiyini təsdiqləyən heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, kredit məbləğlərinin tələb edilməsi üçün hər hansı əsasın mövcudluğu iş materialları ilə müəyyən edilmir. Deməli, qarşılıqlı iddia üzrə iddiaçı öz tələbini əsaslandıran halları sübut edə bilməmişdir. Üçüncüsü, qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsinin 4 (a) hissəsində iddia edir ki, adı çəkilən kreditlər üzrə icra edilmiş öhdəliklər mirasın idarə edilməsi ilə bağlı xərclərdir və Mülki Məcəllənin 1157-1.2 və 1157-1.3-cü normalarına istinad edərək hesab edirlər ki, vərəsələrin miras paylarına mütənasib surətdə onlara aid edilməldir. Bununla bağlı qeyd edilməlidir ki, məlum olduğu kimi miras şərikləri tərəfindən mirasın idarə edilməsi Mülki Məcəllənin 1157-1-ci maddəsi ilə tənzimlənir. Mülki Məcəllənin 1157-1.1-ci maddəsinə əsasən, miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Qeyd edilən normadan göründüyü kimi, mirasın idarə edilməsinin əsas şərti birgə idarəçilik və idarəçiliklə bağlı qərarların vərəsələr tərəfindən sadə səs çoxluğu ilə qəbul olmasıdır. Əgər həqiqətən banklardan kredit götürülübsə, hesab edir ki, belə olan halda qarşılıqlı iddia üzrə iddiaçı qanunvericiliyin tələblərini pozaraq miras şəriklərinin, yəni İddiaçı3, İddiaçı2 və İddiaçı1 xəbəri olmadan, onların iradəsinə zidd olaraq qərar qəbul etmişdir. Nəticə etibarı ilə miras şəriklərinin idarəçiliklə bağlı qərar qəbul etmək hüquqlarını məhdudlaşdırmışdır. Odur ki, Mülki Məcəllənin 1157-1.2-ci maddəsinin hazırki mübahisəyə tətbiqi istisna edilir. Çünki həmin norma mirasın idarə edilməsi deyil, mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri ehtiva edir. Beləliklə hesab edir ki, ümumiyyətlə iddia tələbinin bu hissədə də qanuni əsası yoxdur. Qarşılıqlı iddia üzrə cavabdehlərin hər birindən 41.007,5 ABŞ Dolları məbləğin tutulması tələbi ilə bağlı etiraz olaraq bildirir ki, ümumiyyətlə 41.007,5 ABŞ Dolları məbləğində tələbi də əsaslı hesab etmir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının bu tələb hissəsində 2 dəlili vardır: 1-cisi, Klinikanın sahəsinin tikintisi üçün miras qoyan sağ olan zaman müxtəlif Banklardan, o cümlədən «Dəmir Bank»dan 65.000 ABŞ dolları, "xxxx"dan 35.000 ABŞ dolları və «Poçt Bank»dan 10.000 ABŞ dolları, cəmi 110.000 ABŞ dolları məbləğində kredit götürüldüyü üçün, həmin kreditlər üzrə öhdəliklər miras şərikləri arasında bölüşdürülülərək hər birinə münasibətdə 13.700 ABŞ dolları tələbin yaranması (qarşılıqlı iddia ərizəsinin 3(c) hissəsi). 2-cisi, miras açılandan sonra Cavabdeh2 tərəfindən övladları İddiaçı3, İddiaçı2 və İddiaçı1 X21 Universitetində aldıqları təhsilinə görə ümumilkdə 271.760 ABŞ dolları məbləğində ödənilən təhsil haqlarının hər bir övlada qarşı 33.970 ABŞ dolları məbləğində çəkilmiş xərclərinin əvəzinin ödənilməsi (qarşılıqlı iddia ərizəsinin 4(b) hissəsi). Bununla bağlı aşağıdakıları vurğulamağı zəruri hesab edir. Birincisi, etirazın 2-ci hissəsində göstərilən əsaslara görə hesab edir ki, kredit məbləğləri ilə bağlı dəlillər əsassızdır. İkincisi, qeyd edilməlidir ki, mülki hüquq münasibətlərinin əmələ gəlməsi üçün subyektlər arasında əqd mövcud olmalıdır. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsində müəyyən edilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddənin mətnindən və mahiyyətindən göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Lakin, Cavabdeh2 ilə övladları X32, İddiaçı2 və İddiaçı1 arasında mülki hüquq münasibətləri olmamışdır. Başqa sözlə, ata ilə övladlar arasında təhsil haqqlarına çəkilmiş xərclərin qaytarılması ilə bağlı hər hansı razılaşma imzalanmamışdır ki, övladların öhdəlikləri yaranmış olsun. Uçüncüsü, təhsil haqqlarına çəkilmiş xərclərin qaytarılması üçün əsas mövcud olduğu ehtimalında belə, qarşılıqlı iddia ərizəsinin 4(b) hissəsində göstərilən təhsil haqqlarının kimin tərəfindən ödənilməsi diqqətə alınmalıdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı təhsil haqqlarının məhz onun tərəfindən ödənildiyini qarşılıqlı iddia ərizəsində bildirsə də, bunu təsdiqləyən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Baxmayaraq ki, iddia ərizəsinin 9 saylı qoşmasında «təhsillə bağlı ödəniş sənədləri - 5 vərəq» qeyd edilmiş, lakin həmin sənədlərdən görünür ki, onlar yalnız təhsil haqqlarının nə qədər təşkil etidyini əks etdirən Yeditepe Universiteti tərəfindən türk dilində verilmiş arayışlardır. Hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə həqiqətə uyğun olmayan məlumatların təqdim edilməsi məhkəmədə yanlış təsəvvürün formalaşmasına zəmin yaradır. Başqa bir ifadə ilə, Cavabdeh2 tərəfindən təhsil haqqına çəkilmiş xərclərinin əvəzinin ödənilməsi tələbi üçün hər hansı əsasın mövcudluğu iş materialları ilə müəyyən edilmir. Dördüncüsü, qarşılıqlı iddia üzrə iddiaçı təhsil haqqlarını miras əmlakın idarə edilməsinə aid edilə bilməsinin qanuni əsasını da konkret olaraq göstərə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Uzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir- birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Beləliklə, hesab edir ki, təhsil haqqlarını miras əmlakın idarə edilməsinə aid edilə bilməsinin qanuni əsaslar, eləcədə təhsil haqqlarının qaytarılması ilə bağlı mübahisə tərəfləri arasında Razılaşma mövud olmadığından və iddia ərizəsində görsədilən təhsil haqqlarının ödənilməsi öz təsdiqini tapmadığından, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü bu tələb də əsaslı hesab edilə bilməz və bu səbəbdən təmin edilməməlidir. Ümumiyyətlə, xüsusi həssaslıqla qeyd etməyi zəruri hesab edir ki, ilk iddia üzrə iddiaçılar miras kütləsində iddia etdikləri onların miras kütləsində mərhum analarının payındakı paylarıdır, ilik iddia üzrə cavabdeh bu proses çərçivəsində yalnız miras kütləsindəki payların müəyyən edilməsi ilə mübahisələndirmə apara bilər. Odur ki, ilk iddia üzrə cavabdehin qarşılıqlı iddiası ilk iddia ilə uzlaşmır və qarşılıqlı kimi dəyərləndirilməsi mümkün deyil. Qeyd olunan iddiaların hüquqi əsasının mümkünlüyü yoxlanılmaqla müstəqil məhkəmə mübahisəsi kimi irəli sürülə bilər. Bu səbəbdən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3, İddiaçı2, İddiaçı1 və X19 və digərlərinə qarşı qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3, İddiaçı2, İddiaçı1 və X6rşı iddia ərizəsinin 1-ci və 2-ci hissələrinə (Cavabdeh2 ilə X19 arasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv olunması; Cavabdeh2 ilə İddiaçı2 arasında bağlanmış bağışlama müqaviləsinin ləğv olunması) iddia müddəti tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 ilk iddia ərizəsinə münasibətdə mülahizə təqdim edərək göstərmişdir ki, Nəsimi rayon məhkəməsinin icraatında olan 2(006)-6037/2021 saylı iş üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3 (bundan sonra – «1-ci Cavabdeh»), İddiaçı1 (bundan sonra – «2-ci Cavabdeh») və İddiaçı2 (bundan sonra – «3-cü Cavabdeh», 1 -ci, 2-ci və 3-cü cavabdehlər birlikdə – «Cavabdehlər») vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ilə bağlı 16 noyabr 2021-ci il tarixdə etiraz və iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. Həmin ərizə və etirazda göstərilən məsəllərlə əlaqədar məhkəməyə aşağıdakıları bildirmək istəyir: 1. Buraxılmış iddia müddətinin tətbiqinə dair. Etirazda 2 əqdin: 1) Cavabdeh2 ilə X19 arasında bağlanmış olan alğı-satqı və 2) Cavabdeh2 ilə İddiaçı2 arasında olan bağışlanma müqaviləsinin ləğv edilməsi tələbləri üzrə qanunvericiliyin müəyyən müddəalarına istinad etməklə iddia müddətinin keçməsi ilə bağlı məsələ qaldırılmışdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı öz hüququnun öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Cavabdeh2 müvafiq əqdlərin etibarsızlığı ilə bağlı hüququnun yarandığını Cavabdehlər məhkəməyə iddia ərizəsi ilə müraciət etdikləri vaxtdan, yəni 2021-ci ilin iyun ayının 24-dən bilmişdir. Buna görə də, iddia müddətinin tətbiqi ilə bağlı verilmiş ərizə əsaslı deyil. 2. Qarşılıqlı iddia ərizəsindəki tələblərin əsaslandırılmamış olması ilə bağlı. Məhkəməyə qarşılıqlı iddia ərizəsində göstərilmiş olan tələblərin əsaslı olması ilə bağlı "xxxx", "xxxx"-dan sorğu əsasında alınmış olan sənədlər və habelə, müvafiq vəsaitlərin məhz "xxxx" MMC-nin təsərrüfat fəaliyyətini təmin etmək üçün yönəldilməsini əks etdirən sənədlər təqdim edilir. Sonradan, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 mülahizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3 (bundan sonra – «1-ci Cavabdeh»), İddiaçı1 (bundan sonra – «2-ci Cavabdeh») və İddiaçı2 (bundan sonra – «3-cü Cavabdeh», 1-ci, 2-ci və 3-cü Cavabdehlər birlikdə – «Cavabdehlər») 31.08.2021-ci il tarixli iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən (bundan sonra – «Qarşılıqlı iddiaçı») ikinci nikahdan olan övladları X27 və X14 daşınmaz əmlaklar üzrə verilmiş bağışlama müqavilələrinin ləğv olunmasını və bu öhdəliyi 2 saylı Bakı Cavabdeh3 Notariat ofisinin üzərinə qoyulmasını, DƏDRX tərəfindən X15 adına verilmiş 06.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, DƏDRX tərəfindən X11 adına verilmiş 13.01.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və bu öhdəliyin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə qoyulması, 1-ci cavabdehlə mərhum X3 birgə nikahları dövründə əldə olunmuş, ünvan 1 ünvanda yerləşən 250,59 m2dən ibarət qeyri- yaşayış sahəsi üzrə, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913 ünvanda yerləşən 0,12 ha torpaq sahəsindən və 82,18 m2-dən ibarət bağ evinin və "xxxx" MMC-nin vərəsə paylarının müəyyən olunması və ondan sonra həmin daşınmaz əmlaklar üzrə çıxarışın verilməsi, bundan başqa Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913a saylı 0,12 ha torpaqdan ibarət bağ sahəsinin üzərində iddiaçıların razılığı olduqdan sonra hər hansı bir hüquqi işlərin görülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilə cavabdeh X19 arasında ünvan 5 ünvanda yerləşən yaşayış sahəsi haqqında müqavilənin ləğv olunması və bu öhdəliyin Bakı şəhəri 14 saylı Notariat ofisinin üzərinə qoyulması, DƏDRX tərəfindən X9 adına verilmiş çıxarışın ləğv edilməsi və həmin yaşayış sahəsi üzərində İddiaçının miras payı da nəzərə alınmaqla, 5/8 hissədə mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilə cavabdeh İddiaçı2 arasında ünvan 6 ünvanda yerləşən yaşayış sahəsinin bağışlanması haqqında müqavilənin ləğv olunması və bu öhdəliyin 1 saylı Bakı Cavabdeh3 Notariat ofisinin üzərinə qoyulması, DƏDRX tərəfindən İddiaçı2 adına verilmiş çıxarışın ləğv edilməsi və həmin yaşayış sahəsi üzərində iddiaçının miras payı da nəzərə alınmaqla, 5/8 hissədə mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması və iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı2 hər birindən 103.232,5 Avro və 41.007,5 (13.750 + 33.970 - 6.712,5) ABŞ dollarının alınıb iddiaçı Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərin vəkili və nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş etiraz və iddia müddətinin tətbiqinə dair ərizədə qaldırılmış məsələlərə 22.12.2021-ci il tarixli mülahizə təqdim edilmişdir. Məhkəməyə bu əlavə mülahizəni təqdim etməklə, həmin etiraz və ərizədə qaldırılmış məsələlərə dair müəyyən məqamları bildirmək istəyir. Belə ki, birincisi, qarşılıqlı iddiaçı ilə cavabdeh X19 arasında ünvan 5 ünvanda yerləşən yaşayış sahəsi haqqında müqavilənin ləğv edilməsi haqqında tələbin faktiki və hüquqi əsası barədə. Məhkəməyə təqdim edilmiş 15.12.2021-ci il tarixli vəsatətdə göstərilib ki, bu alğı-satqı müqaviləsi ilə bağlı işin həqiqi halı ondan ibarətdir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3, həmin qarşılıqlı iddia üzrə digər cavabdeh X1, X37 məxsus Bakı şəhəri Səbail rayonu Salyan şossesi 12 ünvanda yeləşən D-8 nömrəli yaşayış kompleksini (fərdi yaşayış evini) almaq üçün Cavabdeh2, İddiaçı3 və Zaur Dadaşov arasında olan şifahi razılaşma olmuşdur. Həmin razılaşmaya görə Zaur Dadaşova məxsus fərdi yaşayış evinin qiyməti 440.000 manat qiymətləndirilmişdi və bu məbləğin 220.000 manatı Cavabdeh2 mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən mənzilin Dadaşov Zaurun anası cavabdeh X9 adına keçməsi ilə əvəzləşdirilməli idi. Həmin razılaşmaya uyğun olaraq, 29.12.2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində Cavabdeh2 ilə X19 arasında Bakı şəhəri Ceyhun Hacıbəyli küçəsi 45 saylı evin 241 saylı mənzilinin alğı-satqı müqaviləsi bağlanmışdır. Bu alğı-satqı müqaviləsində qeyd edilən mənzilin qiyməti yuxarıda qeyd olunan səbəbdən formal olaraq 120.000 manat göstərilmiş və həmin mənzilə görə ödənilmiş pul notariat ofisinin depozit hesabından Cavabdeh2 tərəfindən götürüldükdən sonra İddiaçı3 vasitəsilə Zaur Dadaşova verilmişdir. Zaur Dadaşova məxsus fərdi yaşayış evinin yerdə qalan 220.000 manat məbləğin ödənilməsi ilə bağlı elə həmin gün və həmin notariat ofisində, yəni yuxarıda qeyd olunan mənzilin alğı-satqı müqaviləsi bağlanan gün, 29.12.2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində İddiaçı3 və Zaur Dadaşov arasında 124.000 manatla bağlı kredit müqaviləsi bağlanmış, yerdə qalan məbləğ isə ipoteka hesabına Dadaşov Zaura ödənilmişdir. Halhazırda Dadaşov Zaurla əlaqə yarada bilinmədiyindən (böyük ehtimal, o, ölkə xaricindədir) onun şahid qismində məhkəmədə dindirilməsi üzrlü səbəbdən mümkün deyildir. Buna baxmayaraq, Məmmədov Zaur qarşılıqlı iddiaçıya onunla 1-ci cavabdeh arasında olan ümumi razılaşmanın tərkib hissəsi kimi 124.000 manat kredit müqaviləsi bağlanmasının sübutu kimi (yəni 1-ci cavabdehin Məmmədov Zaura 124.000 manat borclu qalmasının) ödəniş sənədlərini (3 vərəqdən ibarət qoşmaya əlavə edilir), ümumi razılaşmanın tərkib hissəsi kimi Bakı şəhəri Səbail rayonu Salyan şosesi 12 ünvanda yerləşən D-8 saylı yaşayış kompleksinin (fərdi yaşayış evini) 1-ci cavabdehin adına keçirilməsini təsdiq edən 28 dekabr 2019-cu il tarixli 28/15 saylı müqavilənin (4 vərəqdən ibarət qoşmaya əlavə edilir) surətlərini qarşılıqlı iddiaçıya təqdim edib. Həmin sənədlər məhkəməyə təqdim edilir. Göründüyü kimi, tərəflər arasında əslində Bakı şəhəri Səbail rayonu Salyan şosesi 12 ünvanda yerləşən D-8 saylı yaşayış kompleksinin (fərdi yaşayış evinin) Dadaşov Zaurdan 1-ci cavabdehə təqdim edilməsi müqabilində ünvan 5 ünvanda yerləşən mənzilin qismən ödəmə qismində özgəninkiləşdirmə müqaviləsi rəsmişəşdirilməli idi. Yəni, qarşılıqlı iddiaçı ilə cavabdeh Qayıbova Esmiralda arasında olan alğı-satqı müqaviləsi Mülki Məcəllənin 340.2-ci maddəsi anlamında başqa əqdi pərdələmək məqsədilə bağlanmış olan yalan əqddir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd əhəmiyyətsizdir. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə çıxışında bildirdi ki, cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və iddiaçı Cavabdeh1 tərəfindən məhkəməyə həqiqətə uyğun olmayan məlumatların, eləcə də hazırkı iş üçün əhəmiyyət kəsb etməyən, eləcə də aidiyyatı olmayan sənədlərin təqdim edilməsi və bununla bağlı əsassız dəlillərin sərgilənməsi onu deməyə əsas verir ki, məhkəmədə yanlış təsəvvürün formalaşmasına zəmin yaratmağa çalışırlar. Qarşı tərəf hər vəchlə mübahisənin mahiyyətindən yayınmasına müxtəlif üsullarla cəhd göstərir. Belə ki, ilk iddia üzrə iddiaçılar miras kütləsində mərhum analarının payındakı payları mübahisəlndir. Cavabdeh2 isə hazırkı işin mahiyyəti ilə bağlı olmayan şəxslə guya hansısa şifahi razılaşmaların və kredit müqaviləsinin olduğundan və onlardan qaynaqlanan hərəkətlərdən bəhs edir. Bu azmış kimi, məhkəməyə 06 yanvar 2022-ci il tarixli mülahizə ilə birgə sübut kimi müxtəlif sənədlərin surətlərini təqdim edərək bildirmişdir ki, guya həmin sənədləri ona şahid qismində məhkəmədə iştirakı ölkə xaricində olduğu səbəbindən mümkün olmayan Zaur Dadadşov adlı şəxs təqdim etmişdir. Halbuki, 07 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1: «vətəndaş Zaur Dadaşov xaricdə olduğu halda həmin sənədləri Cavabdeh2 necə təqdim edə bilərdi?» sualını cavablandıra bilməmişdir. Bu halda belə nəticəyə gəlmək olar ki, Cavabdeh2 həmin sənədləri qanundan kənar yollarla əldə etmişdir. Qanunvericiliyin imperativ normasına əsasən, bu kimi üsullarla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsi). Qarşılıqlı iddia ərizəsinin 3(c) hissəsində iddia edilir ki, guya Klinikanın sahəsinin tikintisi üçün miras qoyan mərhum Lalə xanım sağ olan zaman "xxxx"dan 65.000 ABŞ dolları, "xxxx"dan 35.000 ABŞ dolları və «Poçt Bank»dan 10.000 ABŞ dolları, cəmi 110.000 ABŞ dolları məbləğində kredit götürülmüşdür və buna görə həmin kreditlər üzrə öhdəliklər miras şərikləri arasında bölüşdürülməlidir. Bu dəlillərin sübutu olaraq məhkəməyə yalnız "xxxx"la bağlanan müqavilələr təqdim edilmişdir. Halbuki həmin müqavilələr miras qoyan mərhum Lalə xanım sağ olan zaman deyil, vəfat etdikdən sonra bağlanmışdır. Qarşılıqlı iddianın 2(a) və 2(b) hissələrində və qarşılıqlı iddiaya dəqiqləşdirilmiş ərizədə qeyd edilir ki, Klinikanın sahəsinin tikintisi aparıldığı dövrdə (2001-2004) həmin tikintiyə ümumilikdə 58.200 ABŞ dolları vəsait sərf edilmişdir. Burada diqqətə layiq məsələ ondan ibarətdir ki, sözügedən Klinikanın 250,0 m2-dən ibarət qeyri-yaşayış sahəsi miras qoyan mərhum Lalə xanım sağ olarkən iş materiallarından olan 11 dekabr 2001-ci il tarixli alğı-satqısı müqaviləsi əsasında əldə edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, 15.01.2002-ci ildən başalayaraq 2003-cü ilin sentyabr ayına qədər 150.000 ABŞ dolları məbləğində ödənişlər ödənilməli idi. Lakin Cavabdeh2 bildirir ki, guya müqavilə müddəti ərzində cəmi 58.200 ABŞ dolları ödənilib. Qalan məbləğlər isə guya miras qoyanın vəfatından sonra ödənilib. 07 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1: - «nədən Cavabdeh2 müqavilə müddətində, yəni mərhum Lalə xanını sağ olduğu dövrdə ödənişləri tam yerinə yetirməmiş?» sualını belə cavablandırmışdır ki, həmin dövrdə Cavabdeh2 maliyyə vəsaiti olmamışdır. Halbuki, iş materiallarına 22 dekabr 2021-ci il tarixli mülahizəyə əlavə edilən "xxxx"ın 22 fevral 2006-cı il tarixli məktubundan görünür ki, Cavabdeh2 həmin Bankdan sözügüdən qeyriyaşayış sahənin dəyərinin ödənilməsi üçün 26.02.2003-cü il tarixdə, yəni miras qoyan mərhum Lalə xanım sağ olarkən 60.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin, həmin vəsait bəhs edilən qeyri-yaşayış sahənin dəyərinin ödənilməsinə deyil, məlum olmayan kreditin təyinatından kənar məqsədlər üçün sərf edilmişdir. 07 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1: - «Nədən Cavabdeh2 qeyri-yaşayış sahənin dəyərinin ödənilməsi məqsədi ilə bankdan götürdüyü 60.000 ABŞ dolları məbləğində krediti təyinatı üzrə ödəməmişdir?» sualını yenə də cavablandıra bilməmişdir. İlk iddiaçılar Cavabdeh2 övladlarının dediklərinə görə, mərhum anaları həmin dövrdə ağır xəstəlikdən əziyyət çəkirmiş və bu barədə yalnız ailə üzvləri məlumatlı olmuşlar. İş materialları ona dəlalət edir ki, miras qoyan mərhum Lalə xanım 2003-cü ildə hələ sağ ikən onun həyat yoldaşı Cavabdeh2 mübahisəli qeyri-yaşayış sahənin dəyərinin ödənilməsi məqsədi ilə 60.000 ABŞ dolları məbləğində bankdan kredit götürüb, lakin nədənsə bu məqsədi icra etməkdən daşınaraq vəsaiti ayrı məqsədlər üçün sərf etməyi tərcih edib. Yenə də Cavabdeh2 övladlarının dediklərinə görə, onlar 2004-cü ilin dekabr ayında qış tətilində Türkiyədən Azərbaycana gələn vaxtlarda, yəni miras qoyan mərhum Lalə xanımın vəfatından 3 ay keçdikdən sonra, onlara məlum olmuşdur ki, Cavabdeh2 öz tələbəsi olan hazırkı iş üzrə digər iddiaçı Cavabdeh1 arasında münasibətləri olmuş və ataları onunla evlənmək qərarına gəlmişdir, övladlarının iradələrinə zidd olsa da. Əlqərəz, Cavabdeh2 bu davranışı özlüyündə ciddi şübhələr doğurur və belə düşünməyə əsas verir ki, bu hərəkətləri məqsədyönlü edib. Yəni, mübahisəli qeyri-yaşayış sahəsini Lalə xanım məhz vəfat etdikdən sonra öz adına rəsmiləşdirilməsinə nail olsun, daha sonra isə miras əmlakları Cavabdeh1 və bu nikahdan olan uşaqlarla bölüşdürsün. Onu da qeyd etmək yerinə düşər ki, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd edilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki işdə qarşılıqlı iddia üzrə cavabdehlərin iddiaya etirazları qarşılıqlı iddianın faktiki hallarının müvafiq maddi hüquq normasının dispozisiya əlamətləri ilə uzlaşmadığını açıq-aşkar təsdiq edir. Buna görə də, iddia əsassız hesab edilməlidir. Qarşılıqlı iddiaçı Cavabdeh2 və iddiaçı Cavabdeh1 iddia ərizələrinin və izahatların məzmunundan da aydın olur ki, əslində qarşılıqlı iddialar ilk iddiaçıların miras əmlaklarındakı payların müəyyən edilməsi tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiklərinə görə, ilk iddiaçılara təsir məqsədi ilə qaldırılmışdır. Hesab edir ki, bu cür hallarda əlbətdə ki, məhkəmə iddianı rədd etməlidir. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun iddiaçılar üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür münasibətlər zamanı hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurularkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki prosessual hüquqda iddianın əsassızlığına görə rədd edilməsi institutunun yaranmasına zərurət və əsas olmazdı. Bu səbəbdən, ilk iddia üzrə iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 Cavabdeh2 və digərlərinə qarşı «bağışlama müqavilələrinin etibarsızlığı, çıxarışların ləğvi və vərəsə payının miiəyyən olunması» barədə iddia tələbinin tam təmin edilməsi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3, İddiaçı2, İddiaçı1 və digərlərinə qarşı qarşılıqlı iddia ərizəsinin rədd edilməsi; iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 qarşı «pul» tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun ifadə verərək ilkin iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxıs edən qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkilləri Vəkil1 və Rüstəm Zülfüqarov qarşılıqlı iddia ərizəsinə və məhkəməyə yazılı təqdim etdikləri etiraz mülahizələrinə uyğun ifadə verərək ilkin iddianın və Cavabdeh1 iddiasının rədd qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi X12 iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan sənədlərə əsasən: - 28 dekabr 2019-cu il tarixli 28/15 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə İddiaçı3 arasında 685.800 ABŞ dolları dəyərində müqavilə bağlanmışdır. Müqavilənin predmeti qismində Salyan şossesi 12 ünvanda yerləşən D-8 nömrəli yaşayış kompleksinin satışı çıxış edir; - 14 saylı notariat ofisinin notariusu X26 "xxxx" ASC-nin 5 saylı şöbəsinə ünvanladığı 29 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, X45 notariat qaydasında təsdiq olunacaq kredit müqaviləsi üzrə ödənilməli olan 124.000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında İddiaçı3 verilməsi üçün bankda olan **********00001AZN38 saylı depozit hesabına qəbul olunmasını xahiş etmişdir; - X35 şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsinin əksi olan vərəq üzərindəki yazılardan görünür ki, o, 124.000 manatı təhvil vermişdir; - İddiaçı3 şəxsiyyətini təsdiq edən identifikasiya kartının (şəxsiyyət vəsiqəsinin) əksi olan vərəq üzərindəki yazılardan görünür ki, o, 124.000 manatı təhvil almışdır; - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli 3(006)-3840/2021 saylı qərarından görünür ki, "xxxx" MMC barədə Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi üzrə tərtib olunmuş 17.11.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxılaraq, iş üzrə icraata xitam verilmişdir; - "xxxx" MMC-nin 09 dekabr 2021-ci il tarixli 356/E saylı qiymətləndirmə aktı – ekspertiza rəyindən görünür ki, Cavabdeh2 müraciətinə əsasən qiymətləndirilmiş Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva 19 ünvanda yerləşən qeyri-yaşayış sahəsindəki 250,7 m2 ümumi sahəsi olan obyektin 2021-ci ilin dekabr ayına olan təmir-tikinti xərcləri 205.500 manat müəyyən edilir; - T.C. Yedditəpə Universitetindən (Yeditepe Üniversitesi) təqdim olunmuş sənədlərdən görünür ki, Universitetin Stomatologiya Fakültəsindən məzun olan tələbə İddiaçı1 təhsil aldığı illərdə ödənilən təhsil haqqları aşağıdakı cədvəldə göstərilmişdir: Tədris ili: Təhsil haqqı: Təqaüd: Ödənilməli: Ödənilən: 2002/2003 14.258 TL 10 % 12.833 TL 12.833 TL 2003/2004 10.416 USD 10 % 9.375 USD 9.375 USD 2004/2005 13.750 USD 50 % 6.875 USD 6.875 USD 2005/2006 15.000 USD 50 % 7.500 USD 7.500 USD 2006/2007 15.750 USD 50 % 7.875 USD 7.875 USD; - T.C. Yedditəpə Universitetindən təqdim olunmuş sənədlərdən görünür ki, Universitetin Stomatologiya Fakültəsindən məzun olan tələbə İddiaçı3 təhsil aldığı illərdə ödənilən təhsil haqqları aşağıdakı cədvəldə göstərilmişdir: Tədris ili: Təhsil haqqı: Təqaüd: Ödənilməli: Ödənilən: 2000/2001 12.500 USD - 12.500 USD 12.500 USD 2001/2002 15.355 TL - 15.355 TL 15.355 TL 2002/2003 13.883 TL - 13.883 TL 13.883 TL 2003/2004 12.500 USD 10 % 11.250 USD 11.250 USD 2004/2005 13.750 USD 10 % 12.375 USD 12.375 USD 2005/2006 15.000 USD 20 % 12.000 USD 12.000 USD 2006/2007 15.000 USD 20 % 12.000 USD 12.000 USD 2007/2008 16.200 USD 20 % 12.960 USD 12.960 USD 2008/2009 16.200 USD 20 % 12.960 USD 12.960 USD; - T.C. Yedditəpə Universitetindən təqdim olunmuş sənədlərdən görünür ki, Universitetin Stomatologiya Fakültəsindən məzun olan tələbə İddiaçı2 təhsil aldığı illərdə ödənilən təhsil haqqları aşağıdakı cədvəldə göstərilmişdir: Tədris ili: Təhsil haqqı: Təqaüd: Ödənilməli: Ödənilən: 2003/2004 5.500 USD 25 % 4.125 USD 4.125 USD 2004/2005 13.750 USD 50 % 6.875 USD 6.875 USD 2005/2006 15.000 USD 50 % 7.500 USD 7.500 USD 2006/2007 15.750 USD 50 % 7.875 USD 7.875 USD 2007/2008 17.010 USD 25 % 12.757 USD 12.757 USD 2008/2009 17.010 USD 25 % 12.757 USD 12.757 USD 2009/2010 25.512 TL 25 % 19.137 TL 19.137 TL 2010/2011 28.127 TL - 28.127 TL 28.127 TL 2011/2012 31.160 TL - 31.160 TL 31.160 TL 2012/2013 15.600 TL - 15.600 TL 15.600 TL; - LPO "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 01 oktyabr 2021-ci il tarixli məktubdan və digər sənədlərdən görünür ki, "xxxx" MMC-nin 25.12.2006-cı il tarixdə "xxxx" ASC ilə bağlanmış avro krediti üzrə müqavilələrin, kredit ayrılması ilə bağlı ərizələrin və avro hesabı üzrə 01.01.2006-cı il tarixdən 31.12.2011-ci il tarixədək aparılmış bank əməliyyatları barədə çıxarışlar "xxxx" MMC-yə təqdim olunmuşdur (qoşma 39 vərəq təşkil edir). Həmin qoşmada olan sənədlərdən görünür ki, "xxxx" MMC-nin direktoru Dr. Cavabdeh2 "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, cəmiyyətə «Siemens AG» tibbi avadanlıq alınması üçün 12 ay müddətinə 16.400 avro məbləğində kredit ayrılmasını xahiş etmiş, kreditin təminatı kimi alınan həmin tibbi avadanlıqların girov qoyulmasını təklif etmişdir. Tərəflər arasında 25 dekabr 2006-cı il tarixdə 03 saylı (Avro) kredit müqaviləsi, eyni tarixdə girov müqaviləsi bağlanmışdır. 04 aprel 2007-ci il tarixdə müqaviləyə 1 saylı əlavə saziş bağlanmışdır; - "xxxx" ASC ilə borc alan "xxxx" MMC və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2017-ci il tarixli İS2194 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 ünvan 12 ünvanda yerləşən 250,59 m2 ümumi sahədən ibarət qeyriyaşayış sahəsini 15.11.2019-cu il tarixədək ayrılmış 160.000 manat məbləğində birdəfəlik kreditin təminatı kimi "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir; - 16.12.2001-ci il tarixli AP seriyalı 023197 saylı vergi hesab-fakturasından görünür ki, Cavabdeh2 ünvan 12 ünvanda yerləşən yeni mənzilə görə mənzilin ümumi dəyərinin hissə ödənişini həyata keçirmişdir; - "xxxx" MMC-nin məktub məlumatından görünür ki, "xxxx" MMC-nin 01 yanvar 2022-ci il tarixə aktivlərinin dəyəri 63.605 manat 33 qəpik təşkil edir; - 30 iyun 2020-ci il tarixli bağışlama müqavilələrindən görünür ki, Cavabdeh2 bağışlama müqavilələrində sadalanan əmlakları X17 və X14 bağışlamışdır; - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 06 iyul 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913 saylı bağ xüsusi mülkiyyət kimi tam pay üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 13 saylı reyestr kitabının 1778 saylı vərəqində qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 03 iyul 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913a saylı bağ xüsusi mülkiyyət kimi tam pay üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 116 saylı reyestr kitabının 11010 saylı vərəqində qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 13 yanvar 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 250,7 m2 ümumi sahəsi olan qeyriyaşayış sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 129 saylı reyestr kitabının 12034 saylı vərəqində qeydiyyata alınmışdır; - 21 iyul 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 474500 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh2, anası X30r; - 11 dekabr 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 377493 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh2, anası X30r; - 11 dekabr 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 377492 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı3 xx xxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh2, anası X30r; - 11 dekabr 2001-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanmışdır. Müqavilənin predmeti qismində Bakı şəhəri Azərbaycan prospekti 19 ünvanda uçub-dağılmış binanın yenisinin tikilməsi və həmin binanın antresol mərtəbəsində yerləşən 250,0 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 təhvil verilməsi, Cavabdeh2 aldığı sahənin dəyərini müqavilənin 3-cü bəndində göstərilən qayda ilə vaxtında ödəməsi öhdəliyi çıxış edir; - Kommersiya qurumların dövlət reyestri məlumatlarına əsasən "xxxx" MMC ********** saylı VÖEN təhkim edilməklə 16 aprel 2004-cü il tarixdə qeydiyyata alınmışdır; - 13 mart 2007-ci il tarixdə X16 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış 27361 saylı müqavilədən görünür ki, Ləhiş ərazisində yerləşən 4913 saylı bağ sonuncunun istifadəsinə verilmişdir; - 17 aprel 2021-ci il tarixli 05/Q-201/69 saylı akt qeydləri haqqında arayışdan görünür ki, Cavabdeh2 ilə X46 arasında 14 mart 1982-ci il tarixdə Səadət Sarayında 986 saylı akt qeydi ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Əhmədbəyli soyadı verilmişdir. X34 vəfat etmiş və 31 avqust 2004-cü il tarixdə 726 saylı ölüm akt qeydi aparılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, 14.550 ABŞ dolları vəsaitində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh2 tutularaq İddiaçı2 ödənilməli, “Ahmedbeyli" MMC-nin vərəsə paylarıı İddiaçı2 münasibətdə 25% pay, Cavabdeh2 münasibətdə 75% pay müəyyən edilməli, ilkin iddia digər hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı2 ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə 103.221,5 (yüz üç min iki yüz iyirmi bir avro əlli sent) məbləğində pul tutularaq Cavabdeh2 ödənilməli, qarşılıqlı iddia digər hissədə təmin edilməməlidir. Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı “pul tələbi”nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 354.1-ci maddəsinə əsasən əhəmiyyəsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu hissəsinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. İlkin iddiaya dair - Mirasın qəbulu ilə bağlı: 26.08.2004-cü il tarixdə X34 vəfat edərkən qanun üzrə vərəsə olan övladlarından 2si yetkinlik yaşına çatmış (İddiaçı1 - xx.xx.1985-ci il təvəllüdlü, İddiaçı3 – xx.xx.1983-cü il təvəllüdlü), 1-i (İddiaçı2 - xx.xx.1987) yetkinlik yaşına çatmamışdı. İddiaçının nümayəndəsi və vəkilinin verdiyi ifadəyə əsasən anaları vəfat edərkən övladlardan İddiaçı1 və İddiaçı3 Bakıda akademik məzuniyyətdə olmuş və dəfndə iştirak etmişlər. İddiaçı2 isə xaricdə təhsil aldığı üçün Bakıda olmamışdır. Göründüyü kimi, vərəsələr tərəfindən Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş mirasın qəbul edilmə müddəti ötürülmüş, eyni zamanda miras əmlakına sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla belə vərəsələrdən 1nin (İddiaçı2) yetkinlik yaşına çatmadığı və miras əmlakının onun qanuni nümayəndəsi tərəfindən idarə edildiyi nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, iddialarda bağışlama müqavilələrinin ləğvi xahiş edilsə də, müqavilələrin etibarsızlığı ilə bağlı müddəalara və əsaslara istinad olunmaqla etibarsızlıqla bağlı nəticələr qeyd edilmişdir. Bununla əlaqədar məhkəmə iddia tələbində qeyd edilmiş müqavilələrin həm ləğvi həm də etibarsızlığı əsasları üzrə hüquqi qiymət verəcəkdir. Əmlaklar və müqavilələr ilə bağlı: - Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4913 ünvanda yerləşən, xüsusi mülkiyyət növü olan, 0.12 ha torpağ sahəsi ilə birlikdə 82.18 kv. metrdən ibarət fərdi yaşayış evi ilə bağlı - İddia ərizəsində 1994-cü ildə alındığı qeyd edilsə də, iş materiallarına 13 mart 2007-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X8 inkişafı və istismarı birliyi ilə bağlı müqavilə əlavə edilmişdir. Əmlakın miras kütləsinə daxil olmasına dair sübutlar və müqavilənin ləğvi və etibarsızlığı üçün digər əsaslar təqdim edilmədiyi üçün iddia həmin hissədə təmin edilməməlidir. - Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 19 (yeni ünvan Zərifə Əliyeva küçəsi 19), yerləşən və ümumi sahəsi 250,59 kv. metrdən ibarət qeyri-yaşayış sahəsi ilə bağlı - Qeyd edilən əmlakın tikintisinə dair 11 dekabr 2001-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanmış, çıxarış isə yalnız 07.11.2013-cü ildə əldə olunmuşdur. Göstərilən məqam nəzərə alınmaqla miras əmlakına yalnız klinika sahəsinin tikintisi aparıldığı dövrdə (2001-2004-cü illərdə) həmin tikintiyə sərf edilmiş maliyyə vəsaitinin müvafiq hissəsi aid edilə bilər. Müvafiq hissə dedikdə, miras açılan məqamadək ödənilən pul vəsaiti başa düşülür. Bu vəsaitin məbləği iş materiallarına əsasən 58.200 ABŞ dollarıdır. İddia mirası qəbul etmiş vərəsinin ¼ payı nəzərə alınaraq İddiaçı2 münasibətdə 14.550 ABŞ dolları hissəsində təmin edilməlidir. - 16 aprel 2004-cü il tarixdə təsis edilmiş “Ahmedbeyli" MMC ilə bağlı - Hüquqi şəxsin miras qoyanın ölümündən əvvəl təsis edildiyi nəzərə alınaraq mirası qəbul etmiş vərəsə İddiaçı2 münasibətdə 25% pay müəyyən edilməldir. Qarşılıqlı iddiada nəzərdə tutulan əmlaklar və müqavilələr ilə bağlı: 29 dekabr 2019-cu ildə İddiaçı tərəfindən X13 satılmış olan ünvan 16 ünvanında yerləşən yaşayış sahəsi və 29.12.2019-ci il tarixdə iddiaçı tərəfindən İddiaçı2 bağışlanılmış bağışlanılmış ünvan 17 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı: - Bu əmlaklar 1994-cü ildə əldə edilmişdir və qarşılıqlı iddiaçı həmin mənzillərlə bağlı bağışlanma müqavilələrinin ləğv edilməsini və həmin mənzillər üzərində iddiaçının 5/8 payı nəzərə alınmaqla onun mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsini tələb edir. Qeyd edilən əmlaklara dair bağışlama müqavilələrinin ləğvi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Belə ki, qarşılıqlı iddiaçı hazırkı halda öz iradə ifadəsi ilə bağlanılmış müqavilənin ləğvini (etibarısızlığını) tələb edir. İddiaçı, həmin müqavilələr üzrə əmlakları təhvil verərək müqavilə üzrə öhdəliklərini icra etmişdir. Başqa sözlə, bu ehtimalda belə, qarşılıqlı iddiaçı müqavilələrin etibarsızlığını tələb etmək əvəzinə, ondan irəli gələn hüquqlarını həyata keçirmiş və öhdəliklərini də icra etmiş, nəticə etibarı ilə, ədqləri mübahisələndirmək hüququnu həyata keçirməmək niyyətini ortaya qoymuşdur. Eyni zamanda qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən buraxılmış iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında mübahisələndirilən müqavilələr 29.12.2019-cu il tarixdə bağlanmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən 1 illik iddia müddəti üzürsüz səbəblərdən ötürülmüşdür və bu da, iddianın həmin hissədə rədd edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən qeyd edilən əmlaklara münasibətdə iddia təmin edilməməlidir. Pul tələbləri ilə bağlı: - Cavabdehlər 16 aprel 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMCdə (VÖEN: **********) miras şərikləri olaraq müvafiq vərəsə paylarının müəyyən edilməsi tələbi ilə çıxış edirlər. İddiaçı həmin MMC-nin yeganə təsisçisi və direktoru olaraq, onun təsərrüfat fəaliyyətinin təmin edilməsi üçün müvafiq kreditlər götürmüşdür (2013-cü ildə PaşaBank-dan alınmış 330.930 avro və 2007-ci ildə Dəmirbank-dan alınmış 82.000 avro kredit, cəmi 412.930. Beləliklə, qarşılıqlı iddiaçının hər bir cavabdehə qarşı ən azı 103.232,5 avro tələbi mövcuddur. – Bu tələb ilə bağlı mirası qəbul edən cavabdehə - İddiaçı2 münasibətdə götürülmüş kreditin ¼ hissəsində yəni 103.232,5 avro məbləğində iddia təmin edilməldir. - Klinikanın sahəsinin tikintisi üçün iddiaçı hələ miras qoyan sağ olan zaman müxtəlif banklardan kreditlər götürmüş və onlar üzrə müvafiq ödəmələr etmişdir (Azərdəmiryolbank-dan (Dəmirbank) alınmış 65.000 ABŞ dolları, Unibankdan alınmış 35.000 ABŞ dolları və Poçt Bank-dan alınmış 10.000 ABŞ dolları, cəmi 110.000 ABŞ dolları kredit) Beləliklə, iddiaçı tərəfindən ödənilmiş bu kreditlərin müqabilində hər bir cavabdehə münasibətdə 13.750 ABŞ dolları (110.000 : 8 = 13750) məbləğində pul tələb edir. – Qeyd edilən kreditlər ilə bağlı təsdiqedici sənədlər məhkəməyə tam təqdim edilməmişdir. Eyni zamanda əmlakın müras kütləsinə daxil olmasına dair əsaslar da mövcud deyildir. Göstərilənlərə əsasən bu hissədə iddia təmin edilməməlidir. - Cavabdehlərin hər üçü ixtisasca həkim stomatoloqlardır və təhsillərini X10 Universitetində almışlar. Miras açılandan sonra 1-ci Cavabdehin təhsilinə 61.125 ABŞ dolları, 2-ci cavabdehin təhsilinə 22.250 ABŞ dolları, 3-cü Cavabdehin təhsilinə 188.385 ABŞ dolları pul ödənilmişdir. Beləliklə, bu hissədə cəmi əmlakın idarə edilməsi ilə çəkilən xərclər 271.760 ABŞ dollarıdır və iddiaçının cavabdehlərin hər birinə qarşı 33.970 ABŞ dolları çəkilmiş xərclərin əvəzinin ödənilməsi bağlı tələbi mövcuddur. Qeyd edilən məbləğlər mirasın kütləsinə daxil edilməsi və bağışlamanın ləğvi və ya etibarsızılığı üçün əsaslar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən bu hissədə iddia təmin edilməməlidir. Eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı2 qarşı “pul” tələbinə dair mülki iş hazırkı işə birləşdirilmişdir. - İddia tələbinə əsasən iddiaçı Cavabdeh1 Cavabdeh2 ilə birgə nikah dövründə ərinin əvvəlki nikahından olan övladlarına çəkdiyi təhsil xərclərini – müvafiq olaraq cavabdeh İddiaçı3 ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq hesablanmaqla 24.960 (iyirmi dörd min doqquz yüz altımış) ABŞ dolları, İddiaçı1 7.687,5 (yeddi min altı yüz səksən yeddi) ABŞ dolları və X18 20.444,5 (iyirmi min dörd yüz qırx dörd) ABŞ dolları və 259.089 (iki yüz əlli doqquz min səksən doqquz) TL (Türk Lirəsi) məbləğində maddi, 50.000 (əlli min) manat məbləğində mənəvi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilən məbləğlər mirasın kütləsinə daxil edilməsi və bağışlamanın ləğvi və ya etibarsızlığı üçün əsaslar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən bu hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, 14.550 ABŞ dolları vəsaitində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh2 tutularaq İddiaçı2 ödənilməli, “Ahmedbeyli" MMC-nin vərəsə paylarıı İddiaçı2 münasibətdə 25% pay, Cavabdeh2 münasibətdə 75% pay müəyyən edilməli, ilkin iddia digər hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı2 ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə 103.221,5 (yüz üç min iki yüz iyirmi bir avro əlli sent) məbləğində pul tutularaq Cavabdeh2 ödənilməli, qarşılıqlı iddia digər hissədə təmin edilməməlidir. Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı “pul tələbi”nə dair iddiası təmin edilməməlidir. Hər üç iddia üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. 14.550 ABŞ dolları vəsaitində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh2 tutularaq İddiaçı2 ödənilsin. “Ahmedbeyli" MMC-nin vərəsə paylarıı İddiaçı2 münasibətdə 25% pay, Cavabdeh2 münasibətdə 75% pay müəyyən edilsin. İlkin iddia digər hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı2 ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə 103.221,5 (yüz üç min iki yüz iyirmi bir avro əlli sent) məbləğində pul tutularaq Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddia digər hissədə təmin edilməsin. Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Hər üç iddia üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildikdən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-375/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-375/2022
12.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver