Məhkəmə qərarları › İş №2(006)-3756/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3756/2020

16.11.2020 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3756/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “kredit müqaviləsinin ləğvi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “kredit müqaviləsinin ləğvi və s.” tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASCməhkəməyə ərizə ünvanlayaraq 2(006)-3756/2020 saylı mülki işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə iddiaçının işin baxılmamış saxlanması barədə məhkəməyə ərizə ilə müraciət etdiyini və cavabdeh tərəfin heç bir məlumat vermədən məhkəmə baxışı iclasında iştirak etmədiyini və bununla da faktiki olaraq işin mahiyyəti üzrə baxılmasında maraqlı olmadığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “kredit müqaviləsinin ləğvi və s.” tələbinədair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.11, 260 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “kredit müqaviləsinin ləğvi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musyaeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar