Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-377/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Ərizəçi X2 maraqlı şəxs qismində Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X2 “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə müraciət edərək, anası xx.xx.1969-cu il təvəllüdlü X3 1993-cü ildən etibarən fəaliyyət qabiliyyəti olmayan heab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan iddia ərizəsinin məhkəməyə verilməsi üçün ərizəçi X5 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4253/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, ərizəçi X2 maraqlı şəxs qismində Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə bağlı mülki iş üzrə xx.xx.1969-cu il təvəllüdlü X6 barəsində məhkəmə-psixiatriya ekspertizası təyin edilərək icraat dayandırılmışdır. 05 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi PHŞ tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, 706 saylı məlumata əsasən ambulator məhkəmə psixatrik ekspertizası təyin olunmuş X6 mərkəzə təqdim olunmadığından qərardad icrasız geri qaytarılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-377/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, ərizəçi X2 maraqlı şəxs qismində Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iş üzrə icraat təzələnmiş, hazırlıq iclası 15 mart 2024-cü il tarixə, saat 15:50-yə təyin olunmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-377/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, yenidən ərizəçi X2 maraqlı şəxs qismində Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə bağlı mülki iş üzrə xx.xx.1969-cu il təvəllüdlü X6 barəsində məhkəmə-psixiatriya ekspertizası təyin edilərək icraat dayandırılmışdır. 16 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi PHŞ tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, 2907 saylı məlumata əsasən ambulator məhkəmə psixatrik ekspertizası təyin olunmuş X6 mərkəzə təqdim olunmadığından qərardad icrasız geri qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələblərinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 14 saylı Qərarının 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə hesab edir ki, işə mahiyyəti üzrə baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizəçiyı izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzrlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanıldığına görə ərizəçi X5 tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində (xx.xx.2023-cü il tarixli, ********** saylı qəbz üzrə) dövlət rüsumu da ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi X2 maraqlı şəxs qismində Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində (xx.xx.2023-cü il tarixli, ********** saylı qəbz üzrə) dövlət rüsumu ərizəçi X1ytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-377/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-377/2024
25.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver