Məhkəmə qərarları › İş №2(006)-3772/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3772/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3772/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus olan ** BX *** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı “Toyota Prius” markalı minik avtomobili hər günə 25 manat olmaqla cavabdehə icarəyə vermişdir. Eyni zamanda, avtomobili idarə etmək üçün cavabdehin adına etibarnamə də vermişdir. Tərəflər arasında bağlanmış müqaviləyə görə cavabdeh 26 aprel 2020-ci ildən başlayaraq, aylıq ödənişlər etməli, hər gecikdirdiyinə günə görə faiz də ödəməli idi. Beləliklə, iddiaçı cavabdehə avtomobilini verməyi müqabilində aylıq kirayə ödənişlərini etmişdir. Lakin cavabdeh iyun-iyul ayı üçün olan ödənişlərini etmədiyi üçün 09.07.2020-ci il tarixində onun adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Cavabdeh eyni zamanda əvvəlki aylar üçün ödənişlərini gecikdirdiyinə görə cərimə borcu da yaranmışdır. Həmçinin, cavabdeh avtomobilini zədələmişdir və iddiaçı onu təmir etdirərək 3250 manat xərc çəkmişdir. Bundan başqa, cavabdeh yol hərəkət qaydalarını pozaraq 710 manat məbləğində cərimələnmişdir. Beləliklə, cavabdehin 07.06.2020- 09.07.2020-ci il ərzində ödəniş etmədiyinə görə (32 gün x 25 manat) 800 manat borcu, ödənişləri gecikdirdiyinə görə 35 manat cərimə borcu, avtomobilin təmiri üçün çəkdiyi xərcə görə 3250 manat borcu, yol-hərəkəti qaydalarının pozulmasına görə 710 manat borcu yaranmışdır. Hazırda cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyan ümumilikdə 4795 manat məbləğindədir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən iddiaçıya ziyan vurulmasının müqabilində 4795 manat məbləğində pulun ondan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh vurulmuş ziyana görə 4795 manat, hüquqi xidmət üçün 300 manat və 30 dövlət rüsumu olmaqla, cəmi 5125 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qismən qəbul edərək, dəymiş ziyanın məbləğinin əsassız olaraq artıq göstərildiyini, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 300 manat məbləğində ziyan dəydiyini bildirmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı (avtomaşının sahibi) ilə Cavabdeh (avtomaşını götürən sürücü) arasında bağlanmış tam maddi məsuliyyətin daşınması haqqında müqavilədən görünür ki, İddiaçı mülkiyyətində olan “Toyota Prius”markalı, ** BX *** dövlət nömrə nişanlı avtomaşını təhviltəslim aktı əsasında sürücüdən 800 manat depozit almaqla 1200 gün ərzində sürücü 21,66 manat günlük ödəmək şərti ilə qiyməti cəmi 26000 manat olan avtomaşını Cavabdeh istifadəsinə vermişdir. Müqavilənin 10-cu bəndinə əsasən sürücü müqavilədə göstərilən günlük ödəniş məbləğini gecikdirərsə hər bir gecikdirilmiş gün üçün 10 manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 26 aprel 2020-ci il tarixdən 03 may 2020-ci il tarixədək 125 manat, 03 may 2020-ci il tarixdən 10 may 2020ci il tarixədək 125 manat, 11 may 2020-ci il tarixdən 17 may 2020-ci il tarixədək 125 manat, 18 may 2020-ci il tarixdən 24 may 2020-ci il tarixədək 150 manat, 25 may 2020-ci il tarixdən 31 may 2020ci il tarixədək 150 manat, 01 iyun 2020-ci il tarixdən 07 iyun 2020-ci il tarixədək 140 manat və 08 iyun 2020-ci il tarixdən 14 iyun 2020-ci il tarixədək 109 manat ödəniş edilmişdir. İş materiallarında olan AD seriyalı 767161 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 26.04.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı ona məxsus “Toyota Prius” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi Cavabdeh 3 il 4 ay 6 gün müddətinə - 01.09.2023-cü il tarixədək etibar etmişdir. İş materiallarında olan “My Auto” Servis tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, “Toyota Prius” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə çəkilən xərc 3250 manat müəyyən edilmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, 26.04.2020-ci il tarixli etibarnaməyə 09.07.2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan 31 may 2020-ci il tarixli EQ3717268 №-li, 31 may 2020-ci il tarixli EQ3720353 №-li, 12 iyun 2020-ci il tarixli EQ3790423 №-li, 18 iyun 2020-ci il tarixli EQ3824662 №li, 18 iyun 2020-ci il tarixli İXP3323064 №-li, 23 iyun 2020-ci il tarixli EQ3853197 №-li, 26 iyun 2020-ci il tarixli EQ3868089 №-li, 27 iyun 2020-ci il tarixli İXP3342516 №-li, 30 iyun 2020-ci il tarixli İXP3353499 №-li, 01 iyul 2020-ci il tarixli EQ3894510 №-li, 02 iyul 2020-ci il tarixli EQ3899548 №li, 03 iyul 2020-ci il tarixli EQ3906505 №-li, 03 iyul 2020-ci il tarixli EQ3908857 №-li, 03 iyul 2020-ci il tarixli EQ3908861 №-li, 04 iyul 2020-ci il tarixli İXP3364909 №-li, 09 iyun 2020-ci il tarixli BNA0909871 №-li protokolların surətindən görünür ki, “Toyota Prius” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı dayanma qaydaları pozulduğuna görə, yolda müəyyən edilmiş hərəkət surətini aşmağa görə, nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi səbəbindən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ümumilikdə 728,20 manat cərimə hesablanmışdır. İş materiallarında olan 09.10.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Vəkil2 hüquqi yardıma görə 300 manat pul ödənilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin qərardadı əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-avtotexniki və əmtəəşünaslıq ekspertizasının 9/3787 saylı, 26 iyul 2018-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “X5”in 10.07.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2007-ci il buraxılışlı, “Toyota Prius” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2350 manat müəyyən edilmişdir. Həmin ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 28.05.2021-ci il tarixli məktubundan görünür ki, “Toyota Prius” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil 21.02.2020-ci il tarixdən İmişli rayonu, İmişli şəhəri, M.Əsədov küçəsi, ev 15, mənzil 6 ünvanında qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü İddiaçı adında qeydiyyatdadır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Eyni Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Göstərilən Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan “Toyota Prius” markalı, ** BX *** dövlət nömrə nişanlı avtomaşını təhvil-təslim aktı əsasında sürücüdən 800 manat depozit almaqla, 1200 gün ərzində sürücü 21,66 manat günlük ödəmək şərti ilə qiyməti cəmi 26000 manat olan avtomaşını Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh 14 iyun 2020-ci il tarixədək müqavilə üzrə ödənişlər etmiş, lakin həmin tarixdən sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçıya ödənilməli olan pul məbləğini ödəməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı tərəfindən avtomobilin idarə olunması ilə bağlı cavabdehə verdiyi etibarnaməyə 09.07.2020-ci il tarixdə xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 07.06.2020-09.07.2020-ci il ərzində tərəflər arasında bağlanmış müqavilə üzrə nəzərdə tutulmuş qaydada ödəniş edilmədiyinə görə (32 gün x 25 manat) 800 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehdən avtomobilə dəymiş zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Toyota Prius” markalı, ** BX *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh istifadəsində olarkən yol-nəqliyyat hadisəsi törədilmiş, hadisə nəticəsində iddiaçıya məxsus avtomaşına zərər dəymiş və “My Auto” Servis tərəfindən tərtib olunmuş qüsur aktına əsasən “Toyota Prius” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə 3250 manat xərc çəkildiyi müəyyən edilmişdir. İşin materiallarında olan məhkəmənin qərardadı əsasında keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, 2007-ci il buraxılışlı, “Toyota Prius” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2350 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır və iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Ona görə də iddia bu hissədə qismən təmin edilməli, ekspert rəyi əsas götürülməklə avtomaşına dəymiş zərərin əvəzi olaraq, 2350 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən yol-hərəkəti qaydalarının pozulması nəticəsində hesablanan 710 manat məbləğində cərimənin tutulması” hissəsinə münasibətdə bildirir ki, iş materiallarında olan protokolların surətindən müəyyən edilir ki, “Toyota Prius” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsində olduğu müddət ərzində ona yol hərəkəti qaydalarının pozulması nəticəsində 710 manat cərimə hesablanmışdır. Beləliklə, iddia tələbində cərimələrə görə hesablanmış pul vəsaiti kimi tələb olunan 710 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbini ödənişlər gecikdirdiyinə görə 35 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də əsaslı hesab edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 10-cu bəndinə əsasən sürücü müqavilədə göstərilən günlük ödəniş məbləğini gecikdirərsə hər bir gecikdirilmiş gün üçün 10 manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, cərimə borcu kimi hesablanmış 35 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir. Məhkəmə iddia tələbinin “hüquqi xidmətlərin göstərilməsinə görə 300 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının hazırki iddia ilə əlaqədar göstərilən hüquqi yardıma görə 300 manat ödəniş etdiyi müəyyən edildiyindən tələb bu hissədə də təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, həmçinin, ekspert rəyinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 3895 (üç min səkkiz yüz doxsan beş) manat (2350+800+35+710), hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4225 (dörd min iki yüz iyirmi beş) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddiası qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 3895 (üç min səkkiz yüz doxsan beş) manat (2350+800+35+710), hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4225 (dörd min iki yüz iyirmi beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar