Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3793/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə (yekun məhkəmə iclasına gəlməmişdir), Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin fərdi yaşayış evinə məxsus olması faktı barədə ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 1974-cü ildə tərtib edilmiş ünvan 1 ünvanına dair texniki pasportun, **********73- 10301 reyestr nömrəli X17 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Sabit Rəhman küçəsi ev 1b saylı fərdi yaşayış evinə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak Ərizəçi məxsusdur, həmin əmlak torpaq sahəsi və fərdi yaşayış evindən ibarətdir. Maraqlı şəxsə müraciət edilərək ünvan 3 ünvanında yerləşən əmlak (torpaq sahəsi və fərdi yaşayış evi) üzərində ərizəçinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsində köməklik göstərilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli maraqlı şəxsin imtina məktubu təqdim edilmiş, orada bir sıra nöqsanların olması bildirilmişdir. Onlardan biri də ilkin mülkiyyətçinin adına 1974-cü ildə tərtib edilmiş texniki pasportda evin nömrəsinin 1a kimi qeyd edilməsi bildirilmişdir. Fərdi yaşayış evi ilk dəfə Nəsimi rayon XDS İK 104/5 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən qeydiyyata alınmışdır. Sonradan ev X22 ilə alqı-satqı qaydasında adına qeydiyyatdan keçmişdir, onun vəfatından sonra isə vərəsəlik qaydasında hazırkı ərizəçinin adına qeydiyyata alınmışdır. Torpaq sahəsi ilə fərdi yaşayış evinin vahid formada birlikdə dövlət qeydiyyatına alınması üçün müraciət edildikdə, maraqlı şəxs bundan imtina edərək bildirmişdir ki, ilkin texniki pasportda evin nömrəsi 1 a kimi qeyd edilmişdir. Eyni evdir, sadəcə olaraq əvvəlki dövrdə texniki səhv olaraq 1 b əvəzinə 1 a kimi qeydlər aparılmışdır. Maraqlı şəxs bundan imtina edərək bildirdi ki, texniki pasportda evin nömrəsi hissəsində uyğunsuzluq vardır. Dövlət arxivinin 03 iyul 2024-cü il tarixli arayışında və həmin arayışa əlavə edilmiş xx.xx.1989-cu il Nəsimi XDS İK nın qərarında torpaq sahəsinin ölçüsü 128.6 kv metr, fərdi yaşayış evinin ümumi sahəsi 96.1 kv.m, 2 otaq, ünvan isə 1 B olaraq qeyd edilmişdir. 1974-cü ilin texniki pasportundada torpaq sahəsinin ölçüsü 128.6 kv metr, fərdi yaşayış evinin ümumi sahəsi 96.1 kv.m, 2 otaq, ünvan isə 1 a olaraq qeyd edilmişdir. Sonradan fərdi yaşayış evinə bir neçə dəfə çıxarışlar alınmış və həmin çıxarışlarda da 1 b olaraq qeyd edilmişdir. Buradan belə nəticəyə gəlinir ki, fərdi yaşayış evi eyni evdir, eyni məkandır, sadəcə olaraq fərdi yaşayış evinin ünvanı 1 b-dir, 1974-cü ildə texniki pasport tərtib edilərkən səhv olaraq 1 a olaraq qeyd edilmişdir. Digər nöqsanlar müvafiq arayışlarla həllini tapmışdır, ancaq evin nömrəsi hissəsində olan nöqsana görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan SSR-nin Kommunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1974-cü il tarixli pasportun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 128,6 kv.m torpaq sahəsində yerləşən sahəsi 96.1 kv.m olan 2 otaqdan ibarət tikilinin mülkiyyətçisi X3. Nəsimi Rayon Xalq Deputatları Şurasının İcra Komitəsinin xx.xx.1989-cu il tarixli 104/5 saylı qərarına əsasən V.Xaçaturovun yaşadığı S.Rəhman küçəsi 1-b üzrə 128,6 kv.m torpaq sahəsində 39,6 kv.m 2 yaşayış otağından və 43,0 kv.m yardımçı sahədən ibarət 96.1 kv.m tikilinin mülk sahibliyinin V.Xaçaturovun adına ilkin qanuni qeydiyyatına razılıq verilməsi qərara alınmışdır. xx.xx.1989-cu il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X5 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsindəki 1 b saylı evi X1. Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Ərizəçi xx.xx.1999-cu il tarixdə ölmüş X10 vərəsəsidir və ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 39,6 kv.m 2 otaqlı fərdi yaşayış evi miras kimi qəbul edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin çıxarşının surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi Ərizəçidur. Bakı şəhəri 14 saylı dövlət notariat kontorunun 22 may 2007-ci il tarixli mənzil bağışlama müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyatı İdarəsi tərəfindən xx.xx.2002-ci ildə verilmiş 50 saylı reyestr kitabının, 7605-ci səhifəsində qeydiyyatı 30/7605 nömrə ilə aparılmış qeydiyyat vəsiqəsi əsasında ona məxsus Bakı şəhəri, S.Rəhman küçəsindəki 1A saylı evin yaşayış sahəsi 29,6 kv.m ümumi sahəsi 57,3 kv.m-dən ibarət 2 otağı X16 bağışlamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 93 saylı xx.xx.2002-ci il tarixli protokoldan Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının xx.xx.2002-ci il tarixli protokolundan çıxarışın surətindən görünür ki, Ermənistan Respublikasından qaçqın düşmüş X11 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi 1a saylı özbaşına tikilmiş evə qeydiyat vəsiqəsinin verilməsi bildirilmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 vərəsəsi X13r. Bakı şəhəri X2 ünvanlanmış xx.xx.2002-ci il tarixli ərizələrin təsdiq olunmuş surətlərindən görünür ki, X18,X19, X6, X7, X23, X20, X21, X27 və X28 Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsindəki 1a saylı evin X12 adına özəlləşdirilməsinə etiraz etməmişlər. Bakı şəhəri X2 ünvanlanmış xx.xx.2002-ci il tarixli ərizəsinin surətindən görnür ki, X24 Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsindəki 1a saylı evin X11 adına özəlləşdirilməsinə etiraz etməmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 60.25 kv.m, yaşayış sahəsi 47.75 kv.m, yardımçı sahəsi 12.5 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin mülkiyyətçisi X13r. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanına dair sənədlər haqqında məlumatın verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi, 1B saylı fərdi yşayış evi ilkin olaraq X29 Soveti İcraiyyə Komitəsinin 104/5 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən qeydiyyata alınmışdır. Bakı şəhəri 22 saylı DNK-nın Dn-922 reyestr nömrəli xx.xx.1989-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi X10 adına qeydiyatdan keçmişdir və hazırda adındadır. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin fərdi yaşayış evinə dair arxiv qovluğunda ilkin mülkiyətçinin adına 1974-cü il tarixdə tərtib edilmiş texniki pasport mövcuddur, lakin evin nömrəsi 1a kimi qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 5 və ünvan 4 ünvanlarında yerləşən fərdi yaşayış evlərinə dair müvafiq məlumat və sənədlərin surətlərinin verilməsi barədə sorğu ilə əlaqədar olaraq bildirilmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Ərizəçi adına qeydiyyata alınmışdır. Ümumi sahəsi 57.30 kv.m, yaşayış sahəsi 29.60 kv.m olan ünvan 4 ünvanında yeriƏşən fərdi yaşayış evi X14 adına qeydiyyata alınmışdır. Ümumi sahəsi 60.25 kv.m, yaşayış sahəsi 47.75 kv.m olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X8 adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-c il tarixli məktubundan görünür ki, fərdi yaşayış evinin ünvanı ilə bağlı yaranmış uyğunsuzluğun aradan qaldırılması ilə bağlı müraciətlə əlaqədar bildirilmişdir ki, təqdim olunmuş sənədlər surətdir. Bundan başqa idarənin arxiv əsaslarında Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi ünvanında yerləşən “1b” nömrəli fərdi yaşayış evinin “1a” olaraq dəyişdirilməsi (və ya keçməsi) ilə bağlı hüquqmüəyənedici sənədlər aşkar olunmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 1.6-cı bəndinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 13-cü bəndinə əsasən, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan SSR-nin Kommunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1974-cü il tarixli pasportuna əsasən ünvan 4 ünvanı kimi göstərilmiş 128,6 kv.m torpaq sahəsində yerləşən sahəsi 96.1 kv.m olan 2 otaqdan ibarət tikili X4 məxsus olmuş, Nəsimi Rayon Xalq Deputatları Şurasının İcra Komitəsinin xx.xx.1989-cu il tarixli 104/5 saylı qərarına əsasən V.Xaçaturovun yaşadığı S.Rəhman küçəsi 1-b üzrə 128,6 kv.m torpaq sahəsində 39,6 kv.m 2 yaşayış otağından və 43,0 kv.m yardımçı sahədən ibarət 96.1 kv.m tikilinin mülk sahibliyinin V.Xaçaturovun adına ilkin qanuni qeydiyyatına razılıq verilməsi qərara alınmış, xx.xx.1989-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsindəki 1 b saylı evi X1. Ərizəçi xx.xx.1999-cu il tarixdə ölmüş X10 vərəsəsi kimi ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 39,6 kv.m 2 otaqlı fərdi yaşayış evini miras kimi qəbul etmişdir və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin fərdi yaşayış evi Ərizəçi xüsusi mülkiyyətindədir. Ərizəçi hüquqmüəyyənedici sənədlərdə olan uyğunsuzluğun aradan qaldırılması üçün maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəs tərəfindən idarənin arxiv əsaslarında Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi ünvanında yerləşən “1b” nömrəli fərdi yaşayış evinin “1a” olaraq dəyişdirilməsi (və ya keçməsi) ilə bağlı hüquqmüəyənedici sənədlərin aşkar olunmadığı bildirilmişdir. Ərizəçi da məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 1974-cü ildə tərtib edilmiş ünvan 1 ünvanına dair texniki pasportun, X17 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Sabit Rəhman küçəsi ev 1b saylı fərdi yaşayış evinə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə fərdi yaşayış evinin vahid formada birlikdə dövlət qeydiyyatına alınması üçün aidiyyəti dövlət orqanına müraciət edildikdə, bundan imtina edilərək texniki pasportda evin nömrəsi hissəsində uyğunsuzluq aşkar edildiyi, ilkin texniki pasportda evin nömrəsinin 1 a kimi qeyd edildiyi bildirilmişdir, eyni evdir, sadəcə olaraq əvvəlki dövrdə texniki səhv olaraq 1 b əvəzinə 1 a kimi qeydlər aparılmışdır. Toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, sözügedən hüquqmüəyyənedici sənəddə - Azərbaycan SSR-nin Kommunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1974cü il tarixli pasportda ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən səhvə yol verilmiş, ərizəçiyə məxsus fərdi yaşayış evinin ünvanı 1a olaraq qeyri-düzgün yazılmışdır. Belə ki, ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsində yerləşən 1a və 1b nömrəli fərdi yaşayış evlərinə dair hüquqmüəyyənedici sənədlər məhkəmə sorğusu əsasında tələb edilib öyrənilərkən, müəyyən olundu ki, həmin ünvanların yerləşdikləri torpaq sahələrinin və tikililərin ölçüləri tamamilə fərqli olmaqla bir-birinə aidiyyəti yoxdur, eyni zamanda 1a ünvanına aid 2002-ci il tarixli ayrıca texniki pasport mövcuddur və həmin pasportda hazırda X9 mülkiyyətində olan 1a nömrəli evin 3 otaqdan ibarət olmaqla, çıxarışda da göstərildiyi kimi 0.00751 ha torpaq sahəsi üzərində yerləşərək köməkçi sahəsi 12.5 kv.m, yaşayış sahəsi 47.75 kv.m olmaqla, ümumi sahəsinin 60.25 kv.m olduğu qeyd edilmişdir. Bundan başqa Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsində yerləşən 1a nömrəli ümumi sahəsi 57.30 k.m, yaşayış sahəsi 29.60 kv.m olan başqa bir fərdi yaşayış evinin də X16 məxsus olduğu və həmin evə dair də ayrıca xx.xx.2002-ci il tarixli texniki pasportun tərtib edildiyi müəyyən edilmişdir. 1b nömrəli fərdi yaşayış evinə dair Nəsimi Rayon Xalq Deputatları Şurasının İcra Komitəsinin xx.xx.1989-cu il tarixli qərarında, habelə həmin evə dair xx.xx.1989-cu il tarixli alqı-satqı müqaviləsində 1b nömrəli evin 2 otaqdan ibarət olmaqla 128,6 kv.m torpaq sahəsində yerləşərək 39,6 kv.m yaşayış sahəsinə malik olduğu öz əksini tapmışdır, hansı ki eyni göstəricilər 1974-cü il tarixli texniki pasportda da əks olunmaqla 1a ünvanına aid olduğu göstərilmişdir. Göründüyü kimi, 1974-cü ildə tərtib edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi 1a kimi göstərilmiş evə dair texniki pasportdakı texniki göstəricilər 1a nömrəli fərdi yaşayış evlərinə dair tərtib edilmiş texniki pasportlardakı texniki göstəricilərlə üst-ütsə düşmür, əksinə onda tamamilə fərqli ölçülər öz əksini tapmışdır. Bu da 1974-cü il tarixli texniki pasportda 1b əvəzinə 1a ünvanının yanlışlıqla yazıldığı qənaətinə gəlməyə əsas verir. Qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından (DƏDKR-in cavab məktubundan da görünür ki, 1974-cü ildə tərtib edilmiş texniki pasportla bağlı hüquqmüəyyənedici sənədlər aşkar olunmamışdır), ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Faktın müəyyən olunması ərizəçiyə əmlakla bağlı rəsmiləşdirmə işlərinin aparılması üçün lazımdır. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 1974-cü ildə tərtib edilmiş ünvan 1 ünvanına dair texniki pasportun, X17 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Sabit Rəhman küçəsi ev 1b saylı fərdi yaşayış evinə məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 1974-cü ildə tərtib edilmiş ünvan 1 ünvanına dair texniki pasportun, X17 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Sabit Rəhman küçəsi ev 1b saylı fərdi yaşayış evinə məxsus olması barədə barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3793/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3793/2024
07.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver