Məhkəmə qərarları › İş №2(006)-3797/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3797/2020

29.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3797/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı "aktın ləğv edilməsi və borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxxxxxx" ASC X2 Nəzarət İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli AKT NDM № 018321 saylı aktın ləğv olunması və onun əsasında yaranan 743.62 manat (yeddi yüz qırx üç manat altmış iki qəpik) borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 17-ci Nərimanov döngəsi, 7 ünvanındakı fərdi yaşayış evi atası X4 xüsusi mülkiyyətindədir. Atası xx xxxxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda ailəsilə birlikdə həmin ünvanda yaşayırlar. xx xxxx 2020-ci il tarixdə '‘xxxxxxxx’' ASC X2 Nəzarət İdarəsi tərəfindən AKT NDM № 018321 saylı akt tərtib olunmuşdur. Həmin aktda göstərilmişdir ki, "EEİQ-na uyğun baxış aparərkən məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar faza xətti daxil olmuşdur. Kənar faza xətti fərdi yaşayış evinin qarşısından keçən 04 kvtluq sip xəttindən çəkilmişdir. Ölçmə zamanı xəttdən axan yük: Pxət=3.52 kvt. Psay=0.35 kvt, qoşulmuş güc naqilin en kəsiyinə görə 1 x 10 mm2 aliminium Pqoy=10.8 kvt təşkil edir." Akt tərtib olunduğu tarixdə onlar evdə olmamışlar və onlara öncədən heç bir xəbərdarlıq edilmədən birbaşa akt tərtib olunmuşdur. Çünki “xxxxxxxx” ASC X2 Nəzarət İdarəsi tərəfindən AKT NDM № 018321 saylı aktında da qeyd edilmişdir ki, qapını açan olmamışdır. Həmin bu tarixə qədər müxtəlif aylar üzrə müxtəlif borcları yaranmış və vaxtlıvaxtında borclarını ödəmişlər. Lakin bizim işığa heç bir vaxt yüksək məbləğdə borcumuz olmamışdır və mütəmadi olaraq hər ay işığın istifadəsinə yaranmış borcu ödəmişlər. Həmin məbləğ isə aylar üzrə 10-15 manatdan artıq məbləğ təşkil etməmişdir. "xxxxxxxx" ASC X2 Nəzarət İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixli AKT NDM № 018321 saylı akta əsasən müəyyən olunmuş dəymiş ziyanın tərəfindən ödənilməsi ilə razı deyildir. Çünki bir ay ərzində 12.81 manat olduğu halda ikinci ayda birdən-birə artaraq 743.62 manat təşkil etməsi mümkün deyil, absurtdur. Məcbur qalıb məhkəməyə müraciət edir. Yuxarıda göstərilənlərə əsasən qeyd etmək istəyir ki, abonent olaraq hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkməmişdir və yaranmış borcun da onunla heç bir əlaqəsi yoxdur. Qeyd edilənlərə əsasən cavabdeh "xxxxxxxx" ASC X2 Nəzarət İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli AKT NDM № 018321 saylı aktın ləğv olunması və onun əsasında yaranan 743.62 manat (yeddi yüz qırx üç manat altmış iki qəpik) borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli AKT NDM № 018321 saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 732,56 manat məbləğində borcun ona məxsus **********70008 saylı abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçıyuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X7 iddia tələblərinə etiraz edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. xx.xx.1996-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası: X8, anası: X5r. xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə ölmüşdür. “xxxxxxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli bildiriş və xəbərdarlıqdan görünür ki, İddiaçı 743,62 manat borc hesablanmış və həmin borcun xx.xx.2020-ci il tarixədək ödənilməyəcəyi təqdirdə elektrik enerjisinin xəbərdarlıq edilmədən dayandırılacağı qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli NDM 018321 saylı aktdan görünür ki, həmin tarixdə “xxxxxxxx” ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********0008) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, fərdi yaşayış evinə sayğac sxemindən kənar faza xətti daxil olmuşdur. Kənar faza xətti fərdi yaşayış evinin qarşısından keçən 04 kvt-luq sip xəttindən çəkilmişdir. Ölçmə zamanı xəttdən axan yük: Pxət=3.52 kvt. Psay=0.35 kvt, qoşulmuş güc naqilin en kəsiyinə görə 1 x 10 mm2 aliminium Pqoy=10.8 kvt təşkil edir. Bununla əlaqədar həmin tarixdə akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli icra vərəqindən görünür ki, xx.xx.2020-ci il tarixli, 018321 saylı akta əsasən aşkar edilmiş qüsur üzrə (3,52 kvt x (0.7) x 24 saat x 120 gün) = 7096 kvts hesablanmış və kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Abunə kodu **********70008 olan abunə haqqında sənəddən görünür ki, iddiaçı X1 xx.xx.2020-ci il tarixli NDM 018321 saylı akta əsasən 732,56 manat əlavə ödəniş hesablanmışdır. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6cıbəndinəəsasənenerjitəchizatı müəssisəsiiləistehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılmasıüçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2020ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda(abunə kodu- **********70008) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, fərdi yaşayış evinə sayğacdan kənar xəttin daxil olması aşkar edilmiş, bununla əlaqədar xx.xx.2020-ci il tarixli NDM 018321 saylı akt tərtib edilmiş və akta əsasən iddiaçıya 84,00+648,56=732,56 manat əlavə ödəniş hesablanmışdır. Təqdim edilmiş aktın surətinə əsasən görünür ki, sayğac yoxlanılarkən iddiaçının iştirakı təmin edilməmişdir. Eyni zamanda iddiaçının Aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması, hal-şahidlərinin iştirakı da aktdan müəyyən edilmir. Ümumiyyətlə sayğacın yoxlanılması, yenisi ilə əvəz edilməsi, başqa yerə daşınması və quraşdırılması zamanı iddiaçının iştirakını sübut edə biləcək hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş akt etibarlı deyil və beləliklə də onun əsasında hesablanmış borc silinməlidir. Eyni zamanda iş materialları ilə sayğacın iddiaçıya məxsus həyət evinin çöl divarında quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bundan başqa iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıdan borc kimi yazılmış 732,56 manat məbləğində əlavə ödənişin tələb edilməsi sayğacdakı qüsurlara görə cavabdehlik daşımadığı üçün qanunvericiliyə ziddir. Belə ki, Mülki Məcəllənin (bundan sonra - MM) 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə iddiaçının təqsiri müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, borcun hesablanmasına əsas olan akt qüsurlu olduğundan etibarsız hesab edilməli, onun əsasında hesablanmış borc, 732,56 manat İddiaçı məxsus **********0008 saylı abunə kodundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesa edir ki, iddia təmin edilməli, cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli NDM 018321 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 732,56 manat məbləğində borc **********0008 saylı abunə hesabından silinməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli NDM 018321 saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 732,56 manat məbləğində borc İddiaçı məxsus **********0008 saylı abunə kodundan silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar